21 fev 22:18Sosial

Efiopiyanın Azərbaycanda fəxri konsulluğu açılıb

Efiopiyanın Azərbaycanda fəxri konsulluğu açılıbFevralın 21-də Efiopiyanın Azərbaycanda fəxri konsulluğunun açılmasına həsr olunan qəbul təşkil edilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Efiopiyanın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Ayaleu Gobezi Vorknyu ölkəsinin Bakıda fəxri konsulluğunun açılmasından məmnunluğunu bildirib.

Səfir bildirib ki, Efiopiya və Azərbaycan arasında qədim tarixi və mədəni əlaqələr var. Təbii sərvətlərlə zəngin olan Efiopiya Afrikada sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdəndir. Fəxri konsulluğun açılması ölkələrimiz arasında iqtisadi, mədəni əlaqələrin genişlənməsinə mühüm töhfə verə bilər.

Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə deyib ki, Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. Bizim əlaqələrimiz uzun zamandır mövcuddur. Hazırda biz əməkdaşlığın yeni səhifəsini açırıq. Azərbaycan və Efiopiya iqtisadiyyat, mədəniyyət sahələrində və digər sahələrdə əlaqələri genişləndirəcək.

Konsulluğun açılış mərasimində fəxri konsul Ceyhun Ələkbərov bildirdi ki, bu gün Efiopiya ilə Azərbaycan arasında əlaqələr həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf edir və bu münasibətlər getdikcə dərinləşəcək. "Bu sahə ilə bağlı hər iki dövlət başçısının müvafiq qərarları və təpşırıqları var. Afrika ölkələri Azərbaycan üçün bir açılımdır. Efiopiya Afrikanın ən böyük və ən qədim ölkələrindən biridir. Düşünürəm ki, Efiopiya ilə Azərbaycan arasında əlaqələrin sıx qurulması ölkələrimizin ümumi mənafeyinin xeyrinədir", - deyən konsul əlavə edib ki, hazırda ölkələrimiz qarşılıqlı əməkdaşlığa əsaslanan yeni münasibətlər qurmaqdadır. Hər iki ölkə demokratiya, bazar iqtisadiyyatı, insan haqları və qanunun aliliyi ilə bağlı təməl dəyərlərə və prinsiplərə inanır və onlara sadiqdir. "Əminəm ki, dövlət başçılarımızın siyasi iradəsi və bizim birgə səylərimiz nəticəsində, əlaqələrimiz bundan sonra davamlı olaraq inkişaf edəcək. Hər iki dövlət başçısının mənə göstərdiyi etimada görə dərin minnətdarlığımı bildirir və bundansonrakı Fəxri Konsul fəaliyyətimdə mənə göstərilən bu inamı doğrultmağa çalışacağam", - deyib fəxri konsul.

Qəbulda rəsmi şəxslər, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU