10 fev 15:02Sosial

Solçuların prezidentliyə namizədi bəlli oldu

Solçuların prezidentliyə namizədi bəlli olduBu gün, Azərbaycan Kommunist Partiyasının və Azərbaycan Sosialist Partiyası üzvlərinin birgə plenumu keçirilib.

Avrasiya.net-in məlumatına görə, plenumun gündəliyidə əsasən aprelin 11-ə təyin edilən Azərbaycan Respublikası Prezident seçkilərində, adıçəkilən partiyaların öz namizədləri ilə iştirak etməsi məsələsi olub. Yekdil qərara əsasən partiyaların seçkilərdə iştirakı vacib sayılıb. Plenumda həmçinin, seçkilərdə namizəd olaraq, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovun namizədliyinin irəli sürülməsi qərara alınıb.

Plenumun çıxardığı qərara əsasən bu məqsədlə təşəbbüs qrupu yaradılıb və gələn həftənin ilk iş günlərində müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmək nəzərdə tutulub.

Kommunist Partiyasının rəhbəri Telman Nurullayev Avrasiya.net-ə bildirib ki, ölkənin bütün solçuları E.Həsənovun namizədliyini dəstəkləyəcək və onun təbliğat-təşviqat işlərində bütün gücünü səfərbər edəcək: "Prezidentliyə layiqli namizədimizi artıq müəyyənləşdirmişik, solçular gələn həftədən bu istiqamətdə fəaliyyət göstərəcək".
XƏBƏR LENTİ
SORĞU