08 fev 13:07Sosial

ANS məhkəməni uddu

ANS məhkəməni udduANS Şirkətlər Qrupuna daxil olan "ANS Kommers” şirkəti "Nərgiz Med” MMC-ni ("Nərgiz Klinikası”) məhkəməyə verib.

Avrasiya.net Foodinfo.az-a istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "ANS Kommers” öhdəliyin icra edilməməsi nəticəsində yaranmış borcun ödənilməsini tələb edib.

Məhkəmə iddianı qismən təmin edib.

Qərardan narazı qalan "Nərgiz Med” MMC apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Nərgiz Klinikası”nın rəhbəri məşhur həkim Məlahət Qəhrəmanovadır. Xatırladaq ki, ANS Şirkətlər Qrupuna daxil olan telviziya, radio və digər media qurumları 18 iyul 2016-cı ildə bağlanıb.
XƏBƏR LENTİ
SORĞU