05 fev 11:48Sosial

İki nəfər dönərdən zəhərləndi

İki nəfər dönərdən zəhərləndiTovuz rayonunda qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, iki nəfər Tovuz rayon sakinləri, 1989-cu il təvəllüdlü Qasımov Anar Azər oğlu və 1993-cü il təvəllüdlü Hüseynli Orxan Qabil oğlu rayon ərazisində yol kənarında yerləşən dönərxanaların birindən dönər alıblar. Aldıqları dönəri yedikdən bir müddətdən sonra özlərini pis hiss edən hər iki şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsə tibbi yardım göstərilib. Onların dönərdən zəhərlənməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU