04 fev 18:51Sosial

Mirsamir Məmmədov: "Ölkə gəncliyi yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunub"

Mirsamir Məmmədov: "Ölkə gəncliyi yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunub"Dövlətimizin ən başlıca siyasəti gənc nəslə yüksək qayğı və diqqəti əhatə edir.

Gəncliyimizə qayğı göstərilməsi, gənclərin yetişdirilməsi dövlətimizin başçısının ən ümdə siyasətidir. Dövlətimiz bu istiqamətdə bütün lazımı addımları atır..
Bunu, Dövlətimizin gənclər siyasətindən və dövlətimizin gənc nəslə qayğı diqqətindən danışarkən, politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov əlavə edib ki, Azərbaycanda uşaqlara, körpələrə, gənclərə qayğı və diqqət göstərilməsi xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin hakimiyyət başına qayıdışından sonra Dövlətimizin ən prioritet siyasətinə çevrildi. Məhz Ümummilli Liderin qayğısı və diqqəti sayəsində Azərbaycanda digər bütün sahələr kimi gənclər siyasəti də inkişaf etdirilməyə başlandı. Ölkə gəncliyinin güclü inkişafı üçün Gənclər və İdman Nazirliyini təsis edən Ulu Öndər Heydər Əliyev, 1997-ci ildə 2 fevral tarixini Gənclər Günü elan etdi. Bütün bunlar, Ulu Öndər Heydər Əliyevin bütün siyasəti, gəncliyimizin, uşaqlarımızın layiqincə yetişdirilməsini, ölkəyə, xalqa, Dövlətə layiqli töhvələr verə bilməsini ehtiva edirdi. Məhz dahi şəxsiyyət tərəfindən yarandığı gündən Azərbaycan Dövləti bu amallara xidmət etməkdə və Ulu Öndər Heydər Əliyevin siyasətinə uyğun olaraq bu mütərəqqi addımları atmaqdadır. Və təsadüfi deyil ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsini, yolunu layiqincə davam etdirən, Ulu Öndərin zəngin Dövlətçilik strategiyalarını uğurla icra edən Dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyev gəncliyimizin daha da yüksək və daha da dinamik inkişafı üçün bütün imkanlarını səfərbər etmişdir və bu səbəblə 2007-ci ildə möhtərəm cənab Prezident tərəfindən Gənclər Fondu yaradıldı və hal hazırsa fərdi şəkildə çoxlu sayda gənc, Gənclər Fondunun maliyyə dəstəyindən yararlanaraq müxtəlif layihələr həyata keçirtməkdədir. Bu gün Dövlətimizin gənclərimizə, gəncliyimizə qayğı və diqqəti ölçüyəgəlməz şəkildədir.

Mirsamir Məmmədov qeyd edib ki, eləcə də Heydər Əliyev Fondunun ölkə gəncliyinə və xüsusən körpə uşaqlara qayğısı misilsizdir. Bütün hər kəsə məlumdur ki, Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın uzun illərdir fəaliyyətinin əsas və əhəmiyyətli hissəsini körpə uşaqlara qayğı və diqqətin göstərilməsi təşkil edir. Xüsusən, səhhətində problemi olan, anadangəlmə əlilliyi olan uşaqların daim müayinəsi, müalicəsi, hətta xaricdə əməliyyat lazım gəldikdə məhz əməliyyatı daim diqqət mərkəzində saxlanılaraq bütün köməkliklər Mehriban xanım Əliyeva tərəfindən göstərilməkdədir. Təbii ki, bütün qeyd etdiyim faktorlar hamısı bütövlükdə Azərbaycanda uşaqlara, gənclərə Dövlətimizin misilsiz qayğısının təzahürüdür.

Gəncliyi sağlam ruhda, vətənpərvərlik hisslərilə yetişən bir ölkənin təhlükəsizliyi, inkişafı daimi və əbədidir. Bir ölkənin gələcəyinin daha da parlaq olması, onun nümunəvi və inetellektual gəncliyinin yetişməsindən asılıdır. Bu gün gəncliyimiz məhz Dövlət qayğısı ilə yüksək şəkildə əhatə olunmuşdur və günbəgün inkişaf etməkdədir. Hazırda ölkəmizdə intellektual, vətənpərvər, dövlətçiliyimizə bağlı olan nümunəvi gənclik yetişməkdədir. Bu isə xalqımızın və ölkəmizin gələcəyinin daha da işıqlı və firəvan olması deməkdir, deyə M. Məmmədov bildirib.
XƏBƏR LENTİ
26-05-2020, 14:55
26-05-2020, 11:23
SORĞU