31 yan 16:46Sosial

Mirsamir Məmmədov: "Mehman Əliyevin açıqlamaları dövlətimizə qarşı təxribat xarakterlidir"

Mirsamir Məmmədov: "Mehman Əliyevin açıqlamaları dövlətimizə qarşı təxribat xarakterlidir"Mehman Əliyevin xidmət etdiyi ermənipərəst dairələr Əli Həsənovun və Zakir Qaralovun timsalında dövlətimizə qara yaxmağa çalışdılar...

Bunu, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin öz həbsi barədə səsləndirdiyi qeyri-obyektiv ittihamların mahiyyətindən danışarkən, politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki, "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin bir neçə gün öncə səsləndirdiyi qeyri-real və absurd ittihamlar sünii şəkildə siyasi təxribat yaratmaq məqsədi daşıyır və bu açıqlama düşmən qüvvələrin sifarişidir. Mehman Əliyev sözün həqiqi mənasında İlluziya danışıb və mifik fikirlər səsləndirib. Təbii ki, Əli Həsənov bu günə qədər Dövlətçiliyimizin qorunmasında, ölkə maraqlarının təmin olunmasında, möhtərəm cənab Prezidentin apardığı siyasətin icrasında sədaqətlə xidmət etmiş insandır. Əli müəllimi tanıyan hər kəs bilir ki, fəaliyyətində dəqiq və dürüst olaraq çalışan, ədalətli hərəkət edən və yalnız qanun və qanunçuluq nəyi tələb edirsə o yöndə də çalışan bir məmurdur. Bu səbəbdən Əli müəllim ölkəyə, dövlətə, dövlətçiliyə, xalqımıza, Ulu Öndər Heydər Əliyev siyasi irsinə, bu dəyərlərin layiqli davamçısı möhtərəm cənab Prezidentə ən sədaqətli şəxslərdəndir. Həmçinin Mehman Əliyev özünün həbs olunmasında şəxsi marağının olduğunu iddia etdiyi, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov da heçbir siyasi ambisiyası və siyasi iddiası olmayan, birbaşa Dövlətçiliyə və qanunçuluğa xidmət edən bir şəxsdir və Zakir Qaralov heçbir zaman şəxsi maraqlar zəminində kiminsə həbsinə qol qoyacaq və planlayacaq bir məmur deyil. Mehman Əliyev Baş Prokuror barədə səsləndirdiyi bu açıqlama ilə həm də ölkəmizin hüquq-mühafizə orqanları sisteminin nüfuzuna ləkə yaxmağa çalışıb. Mehman Əliyevin ittiham etdiyi hər iki şəxs, həm Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov, həm də Baş Prokuror Zakir Qaralov Mehman Əliyevin iddiasının tam əksində olan şəxslərdir..

"Turan" İnformasiya Agentliyinin rəhbəri, "Soros" Fondunun ölkəmizdəki ən birinci siması, daim ölkəmiz və dövlətçiliyimiz əleyhinə düşmənçilik siyasəti yeridən ermənipərəst qüvvələrin, erməni lobbisinin, anti-Azərbaycançı mərkəzlərin yaratdığı "5-ci Kolon"-un ən fəal və öndə olan fiqurlarından olan Mehman Əliyevin Əli Həsənovu və Zakir Qaralovu özünün həbsində ittiham etməsi birbaşa anti-Azərbaycançı qüvvələrin sifarişidir və erməni lobbisinin başında olduğu ermənipərəst düşmən qüvvələr Azərbaycandakı "5-ci Kolon"-un vasitəsilə ölkəmizi nüfuzdan salmaq və beynəlxalq aləmdə Azərbaycana qarşı mənfi imic formalaşdırmaq üçün yenidən fəaliyyətə başlayıblar. Mehman Əliyevin timsalında, artıq ermənipərəst dairələrin növbəti qara piar kampaniyaları planlaşdırdığı açıq-aşkar görsəndi. Mehman Əliyev öz həbsində Prezirentin İctimai-Siyasi Məsələlər üzrə köməkçisi Əli Həsənov və Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova qarşı arqumentsiz və heçbir dəlil və sübuta əsaslanmayan, qeyri-real ittihamlar səsləndirməsi, xarici düşmən qüvvələrin Əli Həsənovun və Zakir Qaralovun simasında, ölkəmizə və Dövlətçiliyimizə qarşı gözdən və nüfuzdan salmaq, ölkəmizin imicini və reputasiyasını zədələmək, Azərbaycanın dünyada sürətlə artan nüfuzunu ləkələmək və kölgə salmaq məqsədilə atdığı addımdır.

Mehman Əliyevin həbsi Zakir Qaralov üçün niyə və nədən maraqlı olsunki???!

Eləcə də Əli Həsənov üçün hansı əhəmiyyəti kəsb edibki??

Mehman Əliyev Dövlətçiliyimizə və Dövlətimizə qarşı səsləndirdiyi bu kompromat açıqlamanı dilə gətirmədən öncə bu sualları düşünüb təhlil etməliydi. Bu adamın fəaliyyətinin Zakir Qaralovun sahəsinə heçbir aiddiyyatı yoxdur və bu adamın həbsində də eynən Zakir Qaralovun heçbir şəxsi aidiyyatı və marağı yoxdur və olmayıb. Eləcə də Əli Həsənov hər zaman hümanist addımları ilə seçilmiş insandır və Əli müəllimi tanıyan hər kəs bilir ki, Əli Həsənov kiminsə həbsini planlaşdıracaq və ya koordinasiya edəcək bir insan deyil. Ümumiyyətlə Əli Həsənov müxalif medyaya da hər zaman Dövlət dəstəyinin verilməsinə çalışıb. Jurnalistlərə və medya nümayəndələrinə Dövlət tərəfindən ev paylanarkən, çox sayda müxalif fikirli jurnalistlərə də ev verilmişdir və bunun hamısını məhz Əli Həsənov edib. Mehman Əliyevin məhz xarici düşmən qüvvələrin tapşırığı ilə birbaşa təxribat xarakterli ittihamlar səsləndirməsi ölkəmiz əleyhinə olan bir hərəkətdir. Mehman Əliyev, açıqlamaları ilə sünii yolla siyasi təxribat yaratmağa çalışıb. Çünki bu adamın bütün ittihamları sadəcə tapşırıq və sifariş üzərində qurulmuş Dövlətçiliyimizə qarşı total hücum əməliyyatının görünən tərəfidir. Mehman Əliyev də çox yaxşı bilir ki, Əli Həsənov kiminsə həbsini planlaşdıracaq və koordinasiya edəcək şəxs deyil.
Mehman Əliyev sahibkardır və Vergilər Nazirliyi onun fəaliyyətinə dair konkret qanunpozuntuları aşkara çıxarmışdır və məhz bu səbəblə o həbs olunmuşdur. Təbiiki, qanun hər kəsə şamildir və hər kəs qanun qarşısında eynidir. Lakin Mehman Əliyev və arxasında dayanmış ermənipərəst dairələr, çevrəsindəki ermənipərəstlər və anti-Azərbaycançı qüvvələr Mehman Əliyevin həbsini siyasiləşdirməyə çalışdılar. Bu gün də Mehman Əliyev çevrəsində öz nüfuzunu və çəkisini artırmaq məqsədilə Vergilər Nazirliyi tərəfindən aşkara çıxarılan qanun pozuntularını siyasiləşdirərək dövlətimizin nüfuzunu ləkələməyə çalışır. Həmçinin onun öz həbsi barədə səsləndirdiyi qeyri-real ittihamların bir səbəbi də məhz bu idi.

Əvvəla Mehman Əliyev "Soros" Fondunun Azərbaycan üzrə ən fəal simasıdır, bütün ermənipərəst qüvvələrin ən yaxın dostu və xidmətçisidir..

2014-cü ilin aprelində Fransa Prezidenti Fransua Olland Qafqaza səfəri zamanı ermənistandan ölkəmizə gəlmişdi. Aprelin 13-də Olland ictimaiyyətlə görüş keçirəsi oldu və görüş Fransa səfirliyində keçirildi. Fransua Ollandın Azərbaycan ictimaiyyəti olaraq görüşdüyü şəxslər bunlar idi.
1. Leyla Yunus,
2. Xədicə İsmayıl,
3. Əli Kərimli,
4. "Turan" Mehman.

Görünən o oldu ki, Azərbaycan ictimaiyyyəti bu 4 şəxsdən ibarətmiş. Fransa səfirliyi açıqlama yaydı ki, Prezident Olland Azərbaycan ictimaiyyətilə görüş keçirtdi. Səfirliyin açıqlamasını ilk yayan mənbə məhz Mehman idi.

Prezident Ollandla görüşü iki şəxs, Leyla Yunusla Mehman Əliyev həyata keçirmişdi. Bu iki şəxsin təşəbbüsü ilə ictimaiyyətlə keçirildiyi adlandırılan görüş, birbaşa tam qapalı tərkibdə, ictimaiyyətdən tam gizli və məxfi keçirildi. Bu 4 nəfərlə görüşdən sonra səfirlik sözügedən görüş barədə Mehmanın vasitəsilə açıqlama yaydı. Fransua Olland 2015-ci ilin aprelin 24-də qondarma və uydurma erməni soyqırımının 100 illiyinə qatılan 2 dövlət başçısından biri idi. Bütün dünyanın Türkiyəyə, İstanbula toplandığı gündə prezident Olland məhz Yerevana getdi və saxta və uydurma soyqırım abidəsi önündə əyildi. Bu fakt, Azərbaycan ictimaiyyəti adlandırılan, ölkəmizə və dövlətçiliyimizə qarşı düşmən kəsilən bu 4-lüklə görüşün təfərrüatlarının nədən ibarət olduğunu anlamağa kifayət edir. Baxmayaraq o vaxt görüşün detalları və təfərrüatları açıqlanmasa da!

Bu gün Mehman Əliyevin mövcud açıqlaması ölkəmizə qarşı düşmən qüvvələrin mənfur siyasətinə, qurduqları məkrli planlarına xidmət edir və erməni lobbisinin Azərbaycana qarşı iyrənc düşmənçilik siyasətinin bir parçasıdır. Çünki Zakir Qaralovun və Əli Həsənovun Mehman Əliyevin həbsində heçbir şəxsi maraqları və şəxsi istəkləri olmayıb. Ümumiyyətlə, Zakir Qaralovla Mehman Əliyevin heçbir kəsişmə nöqtəsi yoxdur. Və Mehman Əliyevin ittihamı başdan-ayağa saxtadır, heçbir həqiqətə sığa bilməz və reallıqdan kənardır. Mehman Əliyev sırf məqsədli və təxribat xarakterli yalan danışıb.

Mehman Əliyev özü, əməlində düzgün insan deyil və vergi borclarına, həmçinin sahibkar olaraq vergidən yayınma hallarına və qanun pozuntusuna görə saxlanaraq həbs edilmişdir. Bunu siyasiləşdirmək və ardında siyasi çalarlar axtarmaq, öz cinayət əməlini siyasi motivlərlə izah etməyə çalışmaq ilk növbədə konkret riyakarlıqdır. Görünən odur ki, xarici düşmən qüvvələr, Mehman Əliyevin fiquranlığında, məhz dövlətçiliyimizə xidmət edən şəxslərin timsalında Azərbaycana qarşı növbəti qarayaxma və şantaj xarakterli böhtan kampaniyalarına start veriblər. Mehman Əliyevin açıqlaması şantaj və təxribat xarakterlidir. Ümumiyyətlə Mehman Əliyev reallığa sığmayan bu açıqlamaları ilə su-bulandırmağa çalışıb, deyə M. Məmmədov qeyd edib.
XƏBƏR LENTİ
SORĞU