26 yan 14:26Sosial

Azay Quliyev: "Xarici QHT-lərə vəsait ayrılmasını dayandırmışıq"

Azay Quliyev: "Xarici QHT-lərə vəsait ayrılmasını dayandırmışıq""Çox təəssüf ki, Azərbaycanın xarici qeyri-hökumət təşkilatlarına uğurla verdiyi dəstək artıq 2 ildir ki, dayandırılıb".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev bildirib.

A.Quliyev deyib ki, bu çərçivədə Şura bir çox layihələri həyata keçirib:

"Onlardan bəziləri milli-maraqlarımızın təminatı baxımından mətbuata da qapalı olub. Bir çox hallarda həyata keçirilən layihələrin donorlarının kim olması haqqında məlumat verməyi məqsədəuyğun saymamışıq. Etiraf edim ki, bu çox effektiv təşəbbüs idi. Cənab prezident sağ olsun ki, vaxtilə belə bir layihələrin maliyyələşdirilməsi üçün Şuraya vəsait ayrılmışdı. Ancaq 2 ildən çoxdur ki, bu vəsaitin ayrılması dayandırılıb. Ona görə də biz xarici proqramları tamamilə dayandırmışıq".

Azay Quliyev bildirib ki, ötən il Azərbaycanda 131 qeyri-hökumət təşkilatının maliyyə hesabatında nöqsanlar aşkar edilib.

O deyib ki, QHT-lərə Dövlət Dsətəyi Şurası bu il sonuncu dəfə həmin təşkilatlarına güzəşt edib:

“Ötən il 500-dən çox QHT-nin layihələri dəstəklənib. Bu layihələrdən təxminən 80 min Azərbaycan vətəndaşı yararlanıb. 400-ə qədər çap məhsulu hazırlanıb. 100-ə qədər film, video çarx hazırlanıb”.

Azərbaycanda QHT-lərə ayrılan vəsaitlərin azlığı məsələsinə də toxunan A.Quliyev qeyd edib ki, hazırda ölkədə təxminən 4 min QHT var:

"QHT-lər üçün ayrılan fond isə ümumilikdə 5 mln. manatdır. Bunu sadə riyazi hesblama ilə hesalasaq hər bir QHT-yə 1000 manat civarında vəsait düşür. Mən bunu Milli Məclisdə də qaldırmışam. Hesab edirəm ki, bu məsələyə növbəti ildən yenidən baxılmalıdır”.
XƏBƏR LENTİ
SORĞU