23 yan 12:08Sosial

Keçmiş məhkum pulemyotla yaxalandı

Keçmiş məhkum pulemyotla yaxalandıDaxili işlər orqanlarının əıməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 22-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Məhəmmədi kənd sakini, əvvəllər məhkum olunmuş Cənnət Məcidovun yaşadığı evə baxış keçirilib və oradan “RPK 74” markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Muğan qəsəbə sakini Qurbət Əsgərovun yaşadığı evə baxış zamanı isə “TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
SORĞU