18 yan 16:40Sosial

"Qəhrəman qadınlar" adlı layihənin növbəti tədbiri keçirilib

"Qəhrəman qadınlar" adlı layihənin növbəti tədbiri keçirilibPrezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqənin qalibi olmuş Aliyə Orucovanın "Qəhrəman qadınlar" adlı layihənin 3-cü tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Aliyə Orucova layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanın qəhrəman qadınıarını gənclər arasında təbliğ etmək, onların keçdiyi şərəfli yolun gənclər tərəfindən daha dərindən öyrənilməsinə nail olmaqdan ibarətdir. O, bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi nəzərdən "Qəhrəman qadınlar" adlı layihənin aktual olduğunu qeyd edib. Sonra layihənin eksperti Cəbrail Fərzəliyev çıxış edib, C. Fərzəliyev qeyd edib ki,Azərbaycan qəhrəman qadınları hər zaman şərəfli tariximizdə silinməz izlər qoyublar.

C. Fərzəliyev qeyd edub ki, biz qəhrəman qadınlarımızla hər zaman qürur duyuruq. Sonda qeyd olunub ki, təlimdə iştirak edən gənclərə sertifikatlar təqdim ediləcək. Tədbirin sonunda layihədə iştirak edən gənclərin sualları cavablandırılıb.
XƏBƏR LENTİ
SORĞU