18 yan 12:46Sosial

"2018-ci ilin Xalq Cümhuriyyəti İli elan edilməsi Dövlətçilik ənənələrimizin əbədiləşdirilməsidir"

"2018-ci ilin Xalq Cümhuriyyəti İli elan edilməsi Dövlətçilik ənənələrimizin əbədiləşdirilməsidir"Cənab Prezident hər zaman olduğu kimi, xalqımıza, onun tarixinə və keçmişinə olan qayğı və diqqətini göstərdi. Həmçinin bu addım Dövlətimizin başçısının Dövlətçiliyimizin keşiyində möhkəm dayanmasının təzahürüdür...

Bunu, dövlətimizin başçısının 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyət İli" elan etməsindən və bu addımın mahiyyətindən danışarkən, siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib.

M. Məmmədov bildirib ki, Azərbaycanın Dövlətçilik ənənələri dərin tarixi köklərə söykənir və bu dəyərlər həmçinin möhkəm və sarsılmazdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Dövlətçilik tariximiz yeni dövrə qədəm qoymuşdur. Cəmi 23 ay mövcud olan Xalq Cümhuriyyəti tarixdə silinməz izlər buraxdı. Müasir dövr dövlətimiz də məhz Xalq Cümhuriyyətinin modeli üzərində qurulmuşdur. Xalqımızın Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaradərkən 1918-20-ci illər mövcud Azərbaycan Xalq Cümhuriyyətinin ali dəyərlərini qorumuş və suveren dövlətimizi Xalq Cümhuriyyətinin əsasında qurmuş və Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanı, Xalq Cümhuriyyətinin davamı və varisi saymışdır. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli şanlı bayrağı 1990-cı ilin Noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində müstəqilliyimizin ilk rəmzi və atributu olaraq qəbul edilərək müstəqilliyimizin ilk addımı olaraq Naxçıvan səmasına qaldırılmışdır. Xalq Cümhuriyyətinin bütün dəyərlərinə böyük önəm verən dahi şəxsiyyət Heydər Əliyev bu dəyərləri müasir və müstəqil Azərbaycanın tarixinə yazdırdı və gələcək nəsillərə ötürülməsinə xidmət etdi. Bu gün müstəqil və müasir dövlətçiliyimiz başlanğıcını 1918-ci ildə Məmməd Əmin Rəsulzadə tərəffindən yaradılmış Xalq Cümhuriyyətindən götürür. Müsəlman Şərqində ilk Parlamentli demokratik Respublika olan Xalq Cümhuriyyətinin yaranması bütün müsəlman şərqində Azərbaycanın ilk sivil toplum və cəmiyyət olmasından xəbər verir. Xalq Cümhuriyyətinin varlığı, onun şanlı tarixi qürur hissi ilə anılmalıdır.

Bu səbəbdən Dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyevin 2018-ci ili "Xalq Cümhuriyyəti İli" elan etməsi çox mühüm, əlamətdar və böyük tarixi əhəmiyyət kəsb edən addımdır. Hər zaman xalqımızın keçmişinə, tarixinə böyük önəm verən, diqqət ayıran möhtərəm cənab İlham Əliyev məlum sərəncamı imzalamaqla və bu ili "Xalq Cümhuriyyəti İli" elan etməklə xalqımızın dövlətçilik ənənələrini və tarixini əbədiləşdirmiş oldu. Ümumiyyətlə dövlətimizin başçısı hər zaman diqqətcildir və xalqımızla bərabər, xalqımızın keçmişi həmçinin gələcəyi və bütün mənəvi dəyərləri üçün hər zaman böyük diqqət ayırmaqda, bu kimi mövzulara həssas yanaşmaqdadır. Xalqımızın sağlam və işıqlı gələcəyi və təhlükəsiz həyat mühitinin təmin olunması üçün bütün gücü ilə çalışan Dövlətimizin başçısı məlum sərəncamı imzalamaqla hətta xalqımızın keçmişinə də öz töhvəsini verərək böyük qayğı göstərmiş oldu. Xalq Cümhuriyyətinin 100 illiyində atılan bu addım, Cümhuriyyətimizin qurulma tarixini əbədiləşdirərək dünya tarixinə həkk etdirəcək və bu addım Cümhuriyyətin yaranma tarixini bütün dünyaya tanıdacaq. Çünki sözügedən sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi, qarşıdakı növbəti 1 il ərzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər ölkənin hər yerində müntəzəm olaraq keçiriləcək və bu, xalqımızın dövlətçilik dəyərlərini və ənənələrini daha möhkənləndirəcək və əbədiləşdirəcək.
loading...
XƏBƏR LENTİ
SORĞU