Azərbaycanda 40 günlük körpəsini 10 min manata SATIŞA ÇIXARTDI - FOTO

Azərbaycanda 40 günlük körpəsini 10 min manata SATIŞA ÇIXARTDI - FOTOAzərbaycanda yeni doğulmuş uşaq elan saytlarının birində 10 min manata satışa çıxarılıb.

Elanı verən Orxan adlı şəxs uşağa baxa bilmədiyinə görə övladını satmaq istədiyini yazıb:

“Körpə oğlan uşağıdır. Sağlamdır, baxa bilmirəm. Övladı olmayanlara razılaşma yolu ilə”.

Əməkdaşımız elanda adı qeyd olunan Orxan adlı şəxslə müştəri kimi əlaqə saxlayıb.

O, ilk olaraq qiymətdə razılaşa biləcəyini desə də, sonradan uşağı satmaq fikrindən daşındığını qeyd etdi: “Satmıram, elə-belə, pulsuz verirəm”.

Uşağı satmaq üçün isə istənilən vaxt görüşməyə hazır olduğunu deyib:

“Mən istədiyiniz yerə gələ bilərəm, hara istəyirsiniz indi gəlim görüşək”.

Uşağı görmək, sağamlığını müayinə etmək fikrini öyrənəndən sonra isə o, ümumiyyətlə, görüşmək istəyindən də daşınıb.

Qeyd edək ki, elanın verildiyi sayt fəaliyyətini bu dəqiqələrdən etibarən 20:00-dək dayandırıb.


publika.az