21 dek 15:05Sosial

Gənclər Fondunun dəstəyi ilə Qubada tədbir keçirilib

Gənclər Fondunun dəstəyi ilə Qubada tədbir keçirilib“Azərbaycan Gəncliyi-2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində Gənclər Fondunun dəstəyi ilə Qubada tədbir keçirilib

Quba rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə “Arifə bir işarə” adlı layihə çərçivəsində Quba rayonunda yaşayan və təhsil alan yeniyetmə və gənclərin iştirakı ilə “Nə? Harada? Nə zaman?” turniri təşkil olunub.

Rəsmi açılış mərasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov qeyd edib ki, layihə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixində imzalanan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.10.1-сi bəndinin icrasına dəstək vermək, eləcə də “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”çərçivəsində icra edilir. Natiq eyni zamanda 2011-ci ildən fəaliyyətə başlayan Azəbaycan Gənclər Fondunun gənclərə və gənclər təşkilatlarına göstərdiyi dəstəkdən danışıb, fondun qrant proqramları barədə məlumat verib.

Tədbirdə iştirak edən Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, Quba rayon Təhsil Şöbəsinin əməkdaşı Mehparə Rüstəmova çıxış edərək bu kimi layihə və tədbilərin gənc nəslin təhsilə olan marağının artırılmasında, eləcə də məntiqi düşünmə bacarıqlarının inkişafında, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Nə? Harada? Nə zaman? intellektual oyununun qaydaları əsasında təşkil olunan yarışda 16 komanda mübarizə aparıb. Nəticələrə əsasən Quba şəhərini təmsil edən “İstedadlar” komandası birinci, Zərdabi qəsəbə təmsilçiləri olan “Atom” biliciləri ikinci, Quba şəhərini təmsil edən digər komanda - “Oliqarx” komandası isə üçüncü olub.

Yarışın yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi şimal zonasında yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşki etmək, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etmək, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

Layihə çərçivəsində bu günə qədər şimal zonasına daxil olan Xızı, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarında yaşayan və təhsil alan yeniyetmə və gənclərin iştirakı ilə intellektual turnirlər keçirilmiş, ümumilikdə layihədən 300 nəfər bəhrələnmişdir.
Gənclər Fondunun dəstəyi ilə Qubada tədbir keçirilib
Gənclər Fondunun dəstəyi ilə Qubada tədbir keçirilib



XƏBƏR LENTİ
SORĞU