11 dek 12:09Sosial

“Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsi başa çatdırıldı

“Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsi başa çatdırıldıAzərbaycanda son illərdə aparılan uğurlu islahat prosesinin ən əsas komponentlərindən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Əldə olunan müsbət nəticələrə baxmayaraq, ölkəmizdə iş tapmağa çətinlik çəkən gənclərin sayı da az deyil. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzinin apardığı araşdırmalara görə, gənclər bir çox hallarda öz resurslarına və əmək bazarının ehtiyyac meyarlarına uyğun deyil, dəbə və valideyn tovsiyəsinə görə özlərinə peşə və ixtisas seçirlər ki, bu da onların gələcəkdə işsiz qalması ilə nəticələnə bilir. Gənclərin əmək bazarından məlumatsız olmaları, düzgün peşələrə yiyələnməmələri onların iş tapmalarına tutarlı əngəl yaradır.

Bu səbəbdən Mərkəz gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının təmin olunmasınaictimai dəstək məqsədilə, “Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsinin icrasına başladı. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirildi.
“Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsi başa çatdırıldı
Layihə çərçivəsində ümumilikdə 320 yeniyetmə və gənc üçün xüsusi təlim kursları təşkil edilib. Təlimlərdə “Özünü kəşf et”,“Fərdi İnkişaf”,“Hədəf müəyyənləşdirmək”,“Peşələri tanıma”,“Peşə seçiminə təsir edən amillər”,“Gələcəyin peşələri”, “Səmərəli işaxtarma mexanizmləri”,“CV necə yazılmalı”, “Müsahibə zamanı nə etməli”,“Məşğulluqla bağlı milli qanunvericilik bazası” və sair bu kimi mövzular müzakirə edilib.
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi bu istiqamətdə işlərini davam etdirir, gənclərin mövcud problemlərinin öyrənilməsi və həlli istiqamətdə bir sıra bu kimi layihələr icra etməkdədir.
XƏBƏR LENTİ
Dünən, 16:07
SORĞU