İlahiyyatçı Elşad Mirini yatağından oğurlayacaqlar - Təhdid

İlahiyyatçı Elşad Mirini yatağından oğurlayacaqlar - TəhdidTanınmış ilahiyyatçı Elşad Miri təhdid olunur.

Son günlər dini müzakirələrin əsas simasına çevirilən Elşad Mirinin fikirlərinə görə həyatına təhlükə yaranıb.

Avrasiya.net xəbər verir ki, İlahiyyatçının sosial şəbəkədəki hesablarına gələn şərhlərdə xəbərdarlıq edilib. Bundan başqa, yazıda ilahiyyatçının danışığı lağa qoyulub və evindən oğurlanacağı bildirilir:

“Cinayətkar sənin özünsən. Elşad bəy, ağıllı ol, danışmağı öyrən, sonra ekrana çıx. Səni gecə yarısı yatağından oğurlayıb yetimə, kasıba yedizdirərəm”.

Ötən gün isə ilahiyyatçının sosial şəbəkələrdəki bir neçə şəxsi hesabı – səhifələri oğurlanıb.

Qeyd edək ki, üç il əvvəl ilahiyyatçının evindən pul, qızıl, bahalı əşya və məişət texnikası aparılıb. Həmin dövrdə oğruların tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edən ilahiyyatçı bildirir ki, hələ də hadisənin üstü açılmayıb. Qəribədir ki, həmin vaxt da Elşad Miri müxtəlif şəxslər tərəfindən ölümlə hədələnib.
İlahiyyatçı Elşad Mirini yatağından oğurlayacaqlar - Təhdid