Siyəzəndə Ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR

Siyəzəndə Ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTOLARBu gün Siyəzən rayonunda Heydər Əliyev Mərkəzində Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Gənclər və İdman idarəsinin, Siyəzən Rayon İcra Hakimiyyətinin və rayon tam orta məktəblərinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Mərkəzin muzeyində Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif sahələrini əhatə edən foto-stendlərlə tanış olublar.

Dəyirmi masa ətrafında davam etdirilən tədbirdə rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov və Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova çıxış edərək Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısından bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, əgər Ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verirdi.
Siyəzəndə Ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR
Çıxışlardan sonra Ümumilli lider haqqında film nümayış etdirilib. Daha sonra tədbir iştirakçıları Gənclər və İdman idarəsi və rayon Təhsil şöbəsi tərəfindən “Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevdir” mövzusunda 20 noyabr 2017-ci il tarixdə rayon tam orta məktəblərinin VIII-XI sinif şagirdləri arasında elan edilmiş inşa-yazı müsabiqəsində I və II yerləri tutan şagirdlərin inşa-yazılarını dinləyiblər. 40-dan çox məktəblinin iştirak etdiyi müsabiqənin nəticəsinə əsasən şəhər 1 saylı tam orta məktəbin şagirdi Əhmədova Gülər I, şəhər 6 saylı məktəb-liseyin şagirdi Bağırova Xanım II, Böyük Həmyə kənd və şəhər 3 saylı tam orta məktəbin şagirdləri Xəlfəyeva Səlimə və Kərimova Firəngiz III, şəhər 1 saylı tam orta məktəbin şagirdi Şirinova Lalə, şəhər 2 saylı tam orta məktəbin şagirdləri Bəydəmirova Minə və Əliyeva Nəzrin, şəhər 5 saylı tam orta məktəbin şagirdi İlyasova Səma, şəhər 6 saylı məktəb-liseyin şagirdi Yunusova Əntiqə və Gil-gilçay qəsəbə tam orta məktəbin şagirdi Əmirova Nəsibə isə həvəsləndirici yerlərə layiq görülüblər. Tədbirin sonunda müsabiqədə yer tutmuş şagirdlər idarənin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Siyəzəndə Ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR
Siyəzəndə Ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTOLAR