10 noy 13:16Sosial

Eldar Mahmudov yenidən istintaqa çağırıldı

Eldar Mahmudov yenidən istintaqa çağırıldıSabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verəcək.

Baş Prokurorluğun mətbuat xidmətinin rəbəri Eldar Sultanov E. Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən ifadə verəcəyi barədə məlumatı təsdiqləyib.

E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib.
XƏBƏR LENTİ
SORĞU