02 noy 19:07Sosial

Müsavat Partiyası sabah BŞİH-in binası qarşısında piket keçirəcək

Müsavat Partiyası sabah BŞİH-in binası qarşısında piket keçirəcəkBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının piketlə bağlı müraciətini cavabsız qoyub.

Bu barədə "Ölkə.Az"a partiyanın Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı deyib.

O xatırladıb ki, noyabrın 3-də saat 16:00-da keçiriləcək piketlə bağlı əvvəlki müraciətə BŞİH-də baxıldı və məqsədəuyğun sayılmadı:
“Bildirildi ki, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında planlaşdırdığınız piketin keçirilməsi məqsədəuyğun hesab edilmir. Cavabda qeyd olunurdu ki, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında 200 metr radius çərçivəsində toplantıların keçirilməsi məhdudlaşdırılır. Biz bu cavabı qanunsuz hesab etdiyimizdən yenidən noyabrın 3-də saat 16:00-da keçiriləcək piketlə müraciət etdik, amma icra hakimiyyəti bu müraciətı cavabsız qoydu”.

R.Əmiraslanlı qeyd edib ki, Müsavat Partiyası müraciətin cavabsız qoyulmasına baxmayaraq, həmin tarixdə icra Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında piket keçirəcək.
XƏBƏR LENTİ
SORĞU