Bakıda gecə gey-parad keçirilib - VİDEO

Bakıda gecə gey-parad keçirilib - VİDEODünən Bakıda gözlənilmədən və əvvəlcədən elan edilmədən sensasion hadisə baş verib – gecə gey-paradı keçirilib. Bu hadisə, xüsusilə bu yaxınlarda fahişəliklə məşğul olan cinsi azlıq nümayəndələrinin dağıdılması və həbsi nəzərə alınarsa, ictimaiyyətin diqqətini cəlb edib. Qeyd edək ki, sözügedən həbslər beynəlxalq LGBT hərəkatının etirazlarına səbəb olmuşdu.

Dünəndən sosial şəbəkələrdə Bakının mərkəzində onlarla seksual azlıq nümayəndəsinin rahatca gəzişməsini əks etdirən video yayılır. “Bakıda gey-parad” adlı videoya artıq 16 mindən çox istifadəçi tamaşa edib.

Qırmızı donlu və qəribə vız durmuş parikli kişilər hansısa iaşə obyektindən çıxır və “Torqovı” (Nizami) küçəsinə doğru irəliləyirlər. Əksəriyyəti əcnəbidir. Bu videodan belə qənaətə gəlmək olar ki, Bakıda elan olunmamış gey-parad keçirilib.

Parlaq geyimli və başçında iri bant olan bir əcnəbi onun fotoşəklini çəkən gənc oğlanlara yaxınlaşır və onlarla ünsiyyət qurmaq istəyir. Video söyüşlərlə müşayiət olunur.

Xatırladaq ki, yaxın günlərdə polis Bakıda 80-dən çox seksual azlıq nümayəndəsini saxlamışdı. DİN-dən məlumat verilmişdi ki, saxlanılanlar fahişəliklə və digər qanun pozuntuları ilə məşğul olduqları üçün tutulub. Tibbi müayinə zamanı onların əksəriyyətində HİV virusu və zöhrəvi xəstəliklər müəyyən edilib.