23 okt 14:23Sosial

İSİM Qubada tədbir keçirib

İSİM Qubada tədbir keçiribAzərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeni sosial-iqtisadi çağırışlar fonunda yerli özünüidarəetmə orqanlarının (bələdiyyələr) fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi tədbirlərinin təşkili” layihəsi çərçivəsində Quba şəhərində “Şəffaf və hesabatlı özünüidarəetmə güclü yerli icma, güclü Azərbaycan deməkdir” devizi altında dəyirmi masa keçirilib. Tədbirdə Quba rayonunun ayrı-ayrı icma nümayəndələrini təmsil edən yerli özünüidarəetmə qurumlarnın nümayəndələri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd post neft dövründə Azərbaycanın yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha mütərəqqi formada təşkili və onların fəaliyyətində effektivliyin artırılması üçün hesabatlılıq, ictimai nəzarət amilinin əhəmiyyətini bir daha gündəmə gətirməkdir.

Tədbiri açan İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov ölkə üzrə mövcud vəziyyət, bələdiyyələrin hesabatlılığı, qanunvericiliyin tələbləri, vətəndaş, icma nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakçılıq imkanları, bu sahədə beynəlxalq təcrübə, yeni, mütərəqqi mexanizmlərin formalaşdırılması kimi məsələləri əhatə edən geniş təqdimatla çıxış edib.

Bələdiyyə nümayəndələri əksər qurumların rəsmi veb səhifələrinin təşkil edilməməsində əsas problemin maliyyə çatışmazlığı olduğunu dilə gətirərək yerli vergilərin
toplanmasına ciddi problemlərin olması və onun həlli mexanizmlərinin zəif inkişaf etdiyini diqqətə çatdırdılar.
Sonda R. Həsənov müzakirələr zamanı səsləndirilən təkliflərin İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən hazırlanancaq təkliflər poketinə əlavə ediləcəyini və bundan sonra da idarəetmədə şəffaflığın artırılması, ictimi iştirakçılığın gücləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini qeyd edib.
XƏBƏR LENTİ
SORĞU