23 okt 12:00Sosial

Penitensiar Xidmət qaçan məhbuslarla bağlı məlumat yaydı

Penitensiar Xidmət qaçan məhbuslarla bağlı məlumat yaydıƏdliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı şəhərinə gətirilən məhbusların vaqondan qaçması barədə məlumat yayıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Avrasiya.net-ə verilən məlumata görə, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər barəsində müvafiq məlumatlar təqdim edilib və faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Axtarış tədbirləri davam etdirilir.
XƏBƏR LENTİ
Dünən, 20:38
SORĞU