23 okt 10:47Sosial

Qarabağ Regional Departamentinin növbədənkənar hesabat - seçki yığıncağı keçirilib

Qarabağ Regional Departamentinin növbədənkənar hesabat - seçki yığıncağı keçirilib“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlunun əmrinə əsasən Birliyin bütün şəhər və rayon şöbələrində hesabat-seçki yığıncaqları keçiriləcək.Bu cür yığıncaqlardan biri Birliyin Qarabağ Regional Departamentində keçirildi. Yığıncağı Birliyin üzvü, Departamentin fəallarından olan sabiq Tabor komandiri, Qarabağ qazisi Gəray Əsədov açdı. Şəhidlərin ruhu 1 dəq.sükutla yad edildi.
Bərdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Fəxrəddin Əzizov Təşkilatın fəaliyyətini yüksək qiymətləndirdi və gələcək işlərində uğurlar arzuladı. Birliyin sədri,

Qarabağ qazisi Şamil Sabiroğlu dedi:
-Təəssüflər olsun ki, ictimai fəallığı ilə seçilən “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi və onun filialları hələ də daimi ofislə təmin edilməyiblər. Respublika Əmlak Məsələləri Dövlət Komitəsinin məsul əməkdaşları bu özbaşınalığa görə birbaşa məsuliyyət daşıyırlar. Hesab edirəm ki, biz, birgə səylərimizlə Birliyin ofis problemini həll etməliyik.

Ş.Sabiroğlu daha sonra dedi : Təşkilatın bütün şəhər və rayon şöbələrində hesabat-seçki yığıncaqları keçirilməli, vəzifəsinin öhdəsindən gəlməyən şöbə sədrləri yenilərilə əvəz edilməlidir.

Regional Departamentin sədri, Qarabağ qazisi, II dərəcəli müharibə əlili Rizvan Qasımovun hesabatı dinlənildi.

Məruzə ətrafında çıxış edən şəhid anası Fəxrəndə Abdullayeva, müharibə əlil və veteranları- Elbrus Rüstəmov, Camal Canbaxışov, Yunis Cabbarov, gənc fəal Rauf Bayramov, şair-publisist Aqşin Hacızadə, “Qürur”Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri, şəhid Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova və başqaları maraqlı təkliflər səsləndirdilər.

Daha sonra Birliyin Regional Departamentinin fəaliyyətinə qiymət verildi. 9 nəfərdən ibarət yeni tərkibdə İdarə heyəti seçildi. Rizvan Qasımov yekdil səslə və 2 il müddətinə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Qarabağ Regional Departamentinin sədri seçildi.

Birliyin növbədənkənar yığıncağına (qurultayına) nümayəndələr sadə səs çoxluğu ilə qəbul edildi.

Yığıncaq bununla da öz işini başa vurdu.
Qarabağ Regional Departamentinin növbədənkənar hesabat - seçki yığıncağı keçirilib
Qarabağ Regional Departamentinin növbədənkənar hesabat - seçki yığıncağı keçirilib
XƏBƏR LENTİ
22-10-2019, 14:35
SORĞU