21 okt 22:16Sosial

Hacı Zakir Bayramov - 70

Hacı Zakir Bayramov - 70  Bayramov Zakir Cahan oğlu 35 il hüquq-mühafizə orqanlarında çalışıb. O, işlədiyi dönəmdə qüsursuz fəaliyyəti ilə bərabər həm də insanların yaddaşında gözəl insan kimi qalıb. Polis əməkdaşı kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Qubadlı, Şuşa, Cəbrayıl rayonlarında ağır döyüşlərdə iştirak edib. Bu günlərdə onun 70 yaşı tamam olub.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı onun xidmətini Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri olmuş Səməd bəy Mehmandarov adına medulla təltif edib. Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilat adından medalı ona təqdim edərək Zakir Bayramovun Azərbaycanın vətənsevər oğlu kimi şəxsiyyətini xarakterizə etmişdir. Polkovniki bu sözləri Zakir Bayramovun yubiley təntənəsinə çevrimişdir. Dostları onun barəsində ağız dolusu danışır. Onu yaxından tanıyan Prezident Administarsiyasının əməkdaşı Rasim Mirzəyevdə hələ tələbəlik dövründən Zakir Bayramovu Bakı Dövlət Universitetində oxuduğu illərdən tanıdığını və onun yaddaşında saf əqidə və ləyaqət rəmzi kimi qaldığını söyləyir.
Hacı Zakir Bayramov - 70
Yuxarıda göstərilənlər dostların Hacı Zakir deyə müraciət etdiyi Zakir Bayramovun həyat hekayəsinin rəsmi xronikasının bir hissəsidir. Onun insan kimi portiret cizgilərini göz önündə canlandırsaq ruhunda müsbət emosiya gəzdirən bu insan ətrafa pozitiv enerji verməsinin şahidi olarıq. O, yumor hissi olan zarafatcıl bir insandır. Azərbaycan Vətən Müharibəsi Veteranları Səbail təşkilatı sədri İlham Əliyevin ofisi Hacı Zakirin dostlarla görüş yeridir. Çox nəsnələrə şahidlik edən bu ofis həm də işdən sonra nərdtaxta həvəskarlarının təmas nöqtəsidir.

Bu mənada Mehdi Huseyn 1 A ünvanını işdən sonra nərdtəxta sevərlərin klubu da adlandırmaq olar. Ustalıq məharətinə görə klubun rəhbəri Hacı Zakir hesab olunur. Ərazidə hər kəs onun ustalığını qəbul edir. Nərdtaxtanı yüksək məharətlə oynamsına baxmayaraq heç vaxt mən kiminsə dərsini verdim oyunu apardım deyə qürrələnməz. Bu onu sadə və təvəzökar xarakterindən xəbər verir. Klub üzvüləri Hacı Zakirə uduzmağı ayıb saymırlar.Deyirlər kişi sənətkardı da. Klub üzvüləri bəzən oyuna yeni qoşulan “oyunçular” olanda bir fəndlə Hacı Zakiri qabağa verib onun dərsini verməyidə zövqlə edirlər.

Həyatın hər üzünü görmüş və özmrünün müdrik çağlarını yaşayan Hacı Zakir haqqında bu yazı onun şərəfli ömür yolunun kiçik bir parçasını əhatə edir.Uca Tanrı Sizə bu şərəfli ömür yolunda yar olsun! Ömür karvanınız Sizi yüzilliyə çatdırsın inşallah!

Səməd Vəkilov
XƏBƏR LENTİ
Dünən, 20:38
SORĞU