16 okt 13:10Sosial

ALDP hüquq mühafizə organlara müraciət edib

ALDP hüquq mühafizə organlara müraciət edibAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

İclasda ictimai-siyasi vəziyyət, partiyanın Gənclər Təşkilatı sədrinin hesabatı və bəzi təşkilatı məsələlər müzakirə olunub.

İctimai-siyasi vəziyyətlə bağlı bəyanat qəbul olunub.

Bəyanatda deyilir:

Son vaxtlar Azərbaycanın müxtəlif bölgələrində və xüsusilə Bakı şəhərində silahli insedentlər baş verir. Vətəndaşlarda bu qədər qeyri-qanuni olaraq silahların olması bizi çox narahat edir. Belə ki bəzi məmurların, biznes adamların ətraflarında olan “mühafizə” adı ilə silahlı dəstələrin aralarında olan mübahisələrdə qeyri qanuni silahların işlənilməsi müşahidə olunur. Bu da ilk növbədə mülki vətəndaşların təhlükəsizliyini sual altına alır. Belə insdentlərin baş verməsi nəticədində güllələnmə halları ilə də tez-tez rastlaşırıq. Hətta nəzarətsizlik o həddə çatıb ki, dünən Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu odlu silahdan yaralanıb. Hər gün belə hadisələrin baş verməsi təhlükəsi bizdən yan keçməyib. Hesab edirik ki, hüquq mühafizə organları silahların satışını və qeyri qanuni istifadəsinin qarşısını almalıdır.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU