10 okt 15:48Sosial

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi - Qalmaqallı nəşriyyatda daha bir biabırçılıq/ FOTO

Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi - Qalmaqallı nəşriyyatda daha bir biabırçılıq/ FOTO10-cu sinif "Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosu Azərbaycan əsgəri adı ilə təqdim edilib.

Avrasiya.net xəbər verir ki, bu haqda jurnalist Rəşad Süleymanov məlumat yayıb:

"”Şərq-Qərb” nəşriyyatı 10-cu sinif "Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosunu Azərbaycan əsgəri adı ilə bizə sırıyır. Bilməyənlərin diqqətinə çatdırım ki, bu foto erməni snayperinin fotosudur. "Azatutyun” çəkib.”

Qeyd edək ki, adıçəkilən nəşriyyatın 10-cu siniflər üçün çap etdiyi tarix dərsliyində Qara dənizdən Xəzər dənizinədək olan ərazi Ermənistan xəritəsi olaraq təqdim edilib.
XƏBƏR LENTİ
Dünən, 20:38
SORĞU