Avropa Parlamentindən Xocalı bəyanatıAvropa Parlamentində (AP) yeni yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib.

Milli Məclisdən Axar.az-a verilən məlumata görə, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici əlaqələr komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.

Bəyanatda Azərbaycan xalqının 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi, nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması və 1275 nəfərin əsir götürülməsi faktı öz əksini tapıb. Sənəddə AP üzvləri Xocalı qətliamı nəticəsində həyatını itirənlərin yaxınlarına baş sağlığı dilədiklərini, ailələrinin dərdlərinə şərik olduqlarını bildirir və Xocalı faciəsi kimi insanlıq əleyhinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı qətliamının xatırlanmalı olduğunu vurğulayırlar.

Bəyanatı şərh edən Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qəbul edilən bəyanatın 26 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımına beynəlxalq təşkilatlar tərəfindən gərəkli qiymətin verilməsi üçün atılan mühüm addım olduğunu bildirib: “Avropa Parlamenti mütəmadi olaraq həm Avropa qitəsində, həm də bütövlükdə dünyada baş verən hadisələrə öz rəyini bildirir və belə bir qurumun 22 üzvü tərəfindən Xocalı soyqırımına diqqət ayrılması, baş vermiş cinayətlərə siyasi qiymət verilməsi, bu cinayət nəticəsində həyatını itirənlərin və onların ailələrinin yad edilməsi, əlbəttə ki, vacib hadisədir. Hazırda Avropa Parlamentində 28 ölkə 8 siyasi qrupla təmsil olunur. Bəyanatı imzalayan üzvlərin 28 ölkədən 13-nü və 8 siyasi qrupdan 6-sını təmsil etməsi də bu mənada mühüm göstəricidir”.

Millət vəkili daha sonra deyib: “Xocalıda həyatını itirmiş əziz soydaşlarımızın ruhu və onların sağ qalan ailə üzvləri qarşısında bizim ən böyük borcumuz həqiqətləri dünyaya çatdırmaq, dünya birliyinin o gecə Xocalıda baş verən qətliamı adı ilə çağırmasına nail olmaqdır. AP üzvlərinə həqiqətlərimizin çatdırılmasını sistemli şəkildə elə təmin etməliyik ki, erməni lobbisinin və bu lobbinin təsiri altında fəaliyyət göstərən bir qrup AP üzvünün ölkəmiz əleyhinə apardığı qərəzli anti-Azərbaycan fəaliyyətinin qarşısı alınsın. Bu mənada, Avropa Parlamentinin üzvləri tərəfindən qəbul edilən bəyanat çox mühüm bir addımdır. AP üzvlərinin Azərbaycanı daha yaxından tanıması və ölkəmizlə bağlı həqiqətləri öyrənərək müvafiq addımlar atması üçün komitəmizin üzvləri bundan sonra da fəal şəkildə iş aparacaqlar”.

Avropa Parlamenti üzvləri tərəfindən qəbul edilən bəyanatı yüksək qiymətləndirən Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü, millət vəkili Azər Kərimli isə bildirib ki, bu bəyanat münasibətlərin bərpasından sonra keçən son bir ildə Avropa Parlamentinin üzvləri ilə aparılan intensiv və məqsədyönlü işin nəticəsidir və Azərbaycan Parlament diplomatiyasının növbəti uğurudur.

Millət vəkili bəyanatın Avropa Parlamentində yenicə yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən irəli sürülməsini və dəstəklənməsini vurğulayaraq deyib ki, bu həmçinin AP nəzdində dostluq qrupunun yaradılmasının nə qədər doğru və vacib addım olduğunu bir daha göstərir. Deputatımız onu da qeyd edir ki, bu sənəd gələcəkdə qəbul ediləcək daha mühüm sənədlər üçün bir əsas olacaqdır və bunun üçün daha çox çalışmaq, beynəlxalq parlament qurumları ilə daha sıx əlaqələr qurmaq vacibdir: “... Hazırda dünyada parlament diplomatiyasının rolu və əhəmiyyəti artır. Bunu nəzərə alaraq Milli Məclisin müvafiq təşkilatlarla işləyən nümayəndə heyətləri, o cümlədən Avropa Parlamenti ilə münasibətdə olan bizim nümayəndə heyətimiz mümkün bütün vasitələrlə əlaqələrin daha intensiv xarakter almasına, əməkdaşlığın genişləndirilməsinə çalışır. Düşünürəm ki, bu məqsədyönlü iş tezliklə daha çox və daha ciddi nəticələr verəcəkdir”.

Xocalı faciəsi ilə bağlı bəyanat ümumilikdə Avropa Parlamentinin 13 ölkəni (28 ölkədən) və 6 siyasi qrupu (8 qrupdan) təmsil edən 22 üzvü tərəfindən, o cümlədən qurumun vitse-prezidenti - Andrey Mamikins (Latviya), Norika Nikolai (Rumıniya), İveta Grigule-Peterse (Latviya), Ramona Manesku (Rumıniya), Xavier Nart (İspaniya), Tomaş Zdeçovski (Çexiya), Hannu Takkula (Finlandiya), İvo Vayql (Sloveniya), Angelo Çiokka (İtaliya), Lorenzo Fontana (İtaliya), Mark Tarabella (Belçika), Kristian Buşoi (Rumıniya), Alberto Çirio (İtaliya), Boris Zala (Slovakiya), Aldo Patriçiello (İtaliya), Yana Toon (Estoniya), İlhan Küçük (Bolqarıstan), Franz Obermayr (Avstriya), Valentinas Mazuronis (Litva), Heydi Hautala (Finlandiya), Angel Cambazski (Bolqarıstan) və Salvo Poglieze (İtaliya) tərəfindən imzalanıb.
“Xocalı soyqırımı XX əsrin ən ağır bəşəri faciələrindən biridir” Fevralın 25-də İstanbul şəhərinin Bağcılar rayonu ərazisində böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olub.

Avrasiya.net Azərtac-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal, Bağcılar rayon bələdiyyəsinin sədri Lokman Çağrıcı və digər rəsmi şəxslər, o cümlədən, diplomatlar və deputatlar, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, yerli sakinlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Sonra ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışında “Böyük Ermənistan” xülyasının ayrı-ayrı istiqamətləri barədə geniş məlumat verən Əli Həsənov qeyd edib ki, Xocalı soyqırımı zaman-zaman öz məqsədlərinə çatmaq üçün ermənilərdən xalqlarımıza qarşı istifadə edən böyük güclərin maraqlarının daha bir göstəricisi, XX əsrin ən ağır bəşəri faciələrindən biridir. İstanbulun bu dilbər güşəsində Azərbaycan adına gözəl bir parkın salınması və bu abidənin ucaldılması xalqlarımızın tarixi bağlılığı ilə mövcud olan Azərbaycan və Türkiyə qardaşlığına bariz nümunədir. Bu parkın salınması və Xocalı abidəsinin ucaldılması acılarımıza göstərilən ehtiram, eləcə də sülh çağırışıdır. Saxta “erməni soyqırımı” mövzusu ilə illərdən bəri Türkiyəyə qarşı ədalətsiz mövqe nümayiş etdirən tərəflər yaxşı olar ki, Xocalı soyqırımına ədalətli mövqe sərgiləsinlər. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirən Əli Həsənov qeyd edib ki, məhz bu doğma münasibətin nəticəsi olaraq tərəflər təmənnasız şəkildə bir-birinin maraqlarını müdafiə edirlər. Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınmasının zəruriliyini vurğulayan Prezidentin köməkçisi Əli Həsənov Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin tədqirəlayiq olduğunu qeyd edib. O bildirib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası sayəsində bu sahədə böyük nəticələr əldə olunub.

Azərbaycan Dostluq Parkı və buradakı abidəyə görə Türkiyə hökumətinə dərin minnətdarlığını ifadə edən Əli Həsənov diqqətə çatdırıb ki, ucaldılan Xocalı soyqırımı abidəsi sülhə, dostluq və firavanlığa xidmət edir. “Əminəm ki, bu abidə millətlər, xalqlar və sivilizasiyalar üçün mühüm əhəmiyyət daşıyan dostluq və qardaşlıq simvoluna çevriləcək. Təcavüzkar Ermənistan dövlətinin antiinsani vəhşiliyindən fərqli olaraq Azərbaycan və Türkiyənin heç kimin torpağında gözü yoxdur. Biz insanların dostluq və qardaşlıq şəraitində yaşamasını təmin edirik. Biz xalqlarımızın təhlükəsizliyi üçün tədbirlər görürük. Biz nəhəng layihələr sayəsində böyük bir coğrafiyada iqtisadi inkişafı gerçəkləşdiririk. Təcavüzkar Ermənistan və erməni millətçi dairələri isə bütün dövrlərdə olduğu kimi, indi də havadarlarına arxayın olaraq bölgəyə münaqişə və müharibə, fəlakət və qarşıdurma gətiriblər. Biz azərbaycanlılar isə sülh, dialoq və firavanlıq ovqatı aşılayırıq. Ermənilər vəhşi hərəkətləri ilə, qan tökməklə, ailələri məhv etməklə, bizim xalq isə humanist fəaliyyəti ilə fərqlənir”, - deyə Əli Həsənov qeyd edib.

Böyük şair və dramaturq Hüseyn Cavidin bütün bəşəriyyət üçün örnək olan sülh çağırışlarından misraları xatırladan Prezidentin köməkçisi bildirib ki, ermənilər qan tökməyə, biz isə qan izi silməyə, sülh yaratmağa, birlikdə dostluq şəraitində yaşamağa çağırış edir və buna çalışırıq.

Çıxışının sonunda “Bağcılar” sözünün kökü barədə fikir və mülahizələrini bölüşən Əli Həsənov artıq həyat gerçəkliyinə qovuşan bu ideyanın müəlliflərinə, onun həyata keçirilməsində zəhməti olan hər kəsə, xüsusilə yerli sakinlərə dərin təşəkkürünü ifadə edib. O əminliklə qeyd edib ki, Bağcılar rayonunda həyata keçirilən bu əzəmətli layihə iki qardaş ölkə və xalq arasındakı tarixi bağların daha da möhkəmlənməsinə töhfə verəcək.

Xocalı soyqırımının Türkiyədə böyük bir üzüntü, ümumxalq hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul edildiyini diqqətə çatdıran İstanbul valisi Vasip Şahin deyib ki, bu dərd bundan sonra da unudulmayan acı kimi insanlarımızın qəlbində yaşayacaq. “Qarabağ acısını ən azı öz dərdimiz kimi yaşayırıq. Bu problemin həllində hər zaman Azərbaycanın yanındayıq. Hər zaman olduğu kimi, indi də, gələcəkdə də bizim üçün Can Azərbaycan var!”, - deyə vali qeyd edib. O vurğulayıb ki, Azərbaycan və Türkiyənin qardaşlığı xalqlarımızın çox qədimdən hökm etdiyi və əbədiyyətə qədər yaşayacaq bir sifarişdir.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadələrini xatırladan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal deyib ki, iki qardaş ölkəni eyni tarix, eyni din, eyni mədəniyyət birləşdirir. Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin qardaşlığımızı tərənnüm edən şeirlərindən kiçik misralar söyləyən Mövlud Uysal qeyd edib ki, Xocalı soyqırımı heç vaxt unudulmayan bəşəri faciədir.

Açılışı keçirilən Azərbaycan Dostluq Parkı və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin ideya olaraq ortaya çıxması barədə məlumat verən Bağcılar Rayon Bələdiyyəsinin sədri Lokman Çağrıcı bildirib ki, Azərbaycanın İstanbuldakı baş konsulu tərəfindən irəli sürülən bu təklif böyük məmnuniyyətlə qəbul edilib. O qeyd edib ki, Xocalı soyqırımı Türkiyənin də dərdidir. Bu soyqırımına ədalət tələb etmək də, yaddaşlardan silinməməsi üçün tədbirlər görmək də mənəvi borcumuzdur.

Xocalı sakini Səbinə Məhərrəmova 7 yaşı olarkən erməni cəlladlarının vəhşiliyinin şahidi olduğunu qeyd edərək bildirib ki, soyqırımı gecəsi özü və bir qardaşından başqa ailəsinin bütün üzvləri məhv edilib. Soyqırımının dəhşətlərini bir an da olsa unuda bilmədiyini söyləyən Səbinə Məhərrəmovanın kövrək sözləri iştirakçıları duyğulandırıb.

Çıxışlarda saxta “erməni soyqırımı” iddiasının ortaya çıxmasının siyasi səbəbləri, bu əsassız məsələnin Türkiyəyə qarşı təzyiq vasitəsi olması, Çanaqqala zəfəri, 1905-1907, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları, 1918-ci ildə Qafqaz İslam Ordusunun rəşadəti sayəsində Bakının qurtuluşu, 1948-1953-cü illərdə Ermənistan ərazisindən soydaşlarımıza qarşı həyata keçirilən deportasiya, o cümlədən sovet hakimiyyətinin süqutu illərində ermənilərin Dağlıq Qarabağa qarşı ortaya atdıqları ərazi iddiaları əsasında təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri, həmçinin aqressiv tərəfin BMT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması, terrorçu Ermənistanın böyük bir coğrafiyada sülhə və əmin-amanlığa qarşı təhlükə mənbəyinə çevrilməsi, eləcə də Suriya ərazisindən Türkiyəyə yaradılan böyük təhlükələrin qarşısının alınmasının vacibliyi barədə fikirlər səslənib. Vurğulanıb ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə etməyə, o cümlədən Türkiyə də istər ölkə daxilində, istərsə də öz dövlət sərhədi boyunca terror risklərini aradan qaldırmağa, bütün təhlükəsizlik tədbirlərini həyata keçirməyə haqqı var.

Rəsmi hissədən sonra Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsinin rəmzi açılışını bildirən lent kəsilib.

Sonra iştirakçılar parkda ağac əkiblər.
İraq türkmənlərinin lideri Şəhidlər Xiyabanında - FOTOLARAzərbaycanda səfərdə olan İraq Türkməneli Partiyasının (İTP) sədri Riyaz Sarıkahya Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin müşayiəti ilə Şəhidlər Xiyabanını ziyarət edib.
İraq türkmənlərinin lideri Şəhidlər Xiyabanında - FOTOLAR
İraq türkmənlərinin lideri Şəhidlər Xiyabanında - FOTOLAR
ALDP sədri qonağa Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törətdiyi vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib.

Riyaz Sarıkahya .əhidlərin məzarlarına gül qoyaraq onların ruhuna dualar oxuyub. Daha sonra Şəhidlər Xiyabanına ziyarətə gələn bir qrup məktəbli ilə söhbətləşən R.Sarıkahya onlarla xatirə fotosu çəkdirib.
İraq türkmənlərinin lideri Şəhidlər Xiyabanında - FOTOLAR
Daha sonra İTP sədri Riyaz Sarıkahya Fuad Əliyevin müşayiəti ilə Osmanlı Diriliş Xalq Hərəkatı Ölkə Başqanı, Bakı Qazilər cəmiyyətinin sədri Fuad Rzayevlə görüşüb.
İraq türkmənlərinin lideri Şəhidlər Xiyabanında - FOTOLAR
Görüşdə Fuad Rzayev qonağa rəhbərlik etdiyi cəmiyyət haqqında məlumat verib və iştrak etdiyi Qarabağ muharibəsində öz xatilərlərini danışıb.
İraq türkmənlərinin lideri Şəhidlər Xiyabanında - FOTOLAR

Görüşdə tərəflər türk xalqları arasında birlik və həmrəyliyin vacib olduğunu qeyd ediblər.
MSK daha 2 nəfərin prezidentiyə namizədliyini təsdiqlədiBu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədliyin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, Vətəndaş və İnkişaf Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Əli Nadir oğlu Əliyevin və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun namizədliyinin təsdiq olunması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib. O qeyd edib ki, hər iki şəxsin namizədliyinin irəli sürülməsinin təsdiq olunmasına əsaslar var. Məsələ səsverməyə qoyularaq təsdiqlənib. Daha sonra hər iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
ALDP İraq Türkməneli Partiyası ilə əməkdaşlıq müqaviləsi imzaladıAzərbaycanda səfərdə olan İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevlə görüşüb. Partiyanın qərargahında baş tutan görüşdə partiyalar arası əməkdaşlıq məsələləri müzakirə olunub.

Partyanın mətbuat xidmətndən Avrasiya.net-ə verilən məlumata görə, ALDP sədri F.Əliyev bildirib ki, İraqda yaşayan türkmənlər azərbaycanlıların qan qardaşlarıdır: “Regionda baş verən məlum proseslərin türkmən qardaşlarımızdan yan keçmədiyi və onların başlarına gətirilən müsibətlərdən xəbərimiz olsa da, bu vaxta qədər onlara mənəvi dəstək ola bilməmişik. Türkmənlərlə bağlı məlumatları yalnız beynəlxalq mətbuatdan izləmişik. Ümid edirəm ki, bundan sonra aramızda yaranacaq isti əlaqələr bizi İraq türkmənlərinin həyatı ilə yaxından maraqlanmağımıza stimul verəcək”.
ALDP İraq Türkməneli Partiyası ilə əməkdaşlıq müqaviləsi imzaladı
Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya ALDP sədri ilə ilk görüşdən məmnun qaldığını bildirərək, bu əlaqələrin gələcəkdə daha geniş formada davam edəcəyinə əminliyini vurğulayıb: “Azərbaycana çoxdan gəlmək arzumu nəhayət, bu dəfə reallaşdırdım. Bakı düşündüyümdən də əzəmətli şəhərdir, hətta mən Avropanın ən möhtəşəm şəhərlərindən də üstün tuturam”.

ALDP ilə Türkməneli Partiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. F.Əliyev qonaqlara xatirə hədiyyələri təqdim edib.
YAP imzatoplama kampaniyasını başa çatdırıbHakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülən İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası başa çatıb.

Bu barədə partiyadan məlumat verilib.

Qeyd olunub ki, Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olamayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanmalıdır.

Bildirilib ki, YAP İlham Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib və kampaniyanı uğurla başa çatdırıb. İcra Katibliyində toplanan imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra sənədlər toplusu Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI Qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülən İlham Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilib.
BAXCP sədri İran səfirinə başsağlığı verdiBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev İran İslam Respublikasının Azərbaycandakı səfiri cənab Cavad Cahangirzadəyə başsağlığı verib.

BAXCP sədrinin müraciətində deyilir:

“Hörmətli cənab Səfir,

İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatının olması məni kədərləndirdi. Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Qeyd edək ki, fevralın 18-də səhər saatlarında Tehrandan Yasuc şəhərinə uçan "Aseman Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub.
Nəriman Həsənzadə: "Xalq İlham Əliyevi ömürlük prezident görmək istəyir"“İlham Əliyev prezident olmağa şəxsi maraq göstərmir. Azərbaycan xalqı xahiş və təkidlə onu prezident görmək istəyir. Biz nəinki İlham Əliyevə səs veririk, ilk növbədə xahiş edirik ki, o, prezidentliyə namizəd olsun. Bu, sözün həqiqi mənasında belədir”.

Bu sözləri Sfera.az-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, xalq şairi Nəriman Həsənzadə deyib.
Xalq şairi bildirib ki, xalq İlham Əliyevi səmimi və tam şəkildə müdafiə edir:

“Bəzən deyirlər ki, xalq İlham Əliyevə səs verəcək. Bu, bir qədər minnətçi kimi çıxır. Ancaq siz İlham Əliyevdən xahiş edib görün, o, dərhal razılıq verəcəkmi? 1990-cu ildə mən rəhmətlik Bəxtiyar Vahabzadə ilə Naxçıvana gedib mərhum Heydər Əliyevlə görüşdüm. Həmin vaxtı ulu öndər Vasif Talıbovun evində qalırdı. Biz orada onun necə fədəkarlıq göstərdiyinin şahidi olmuşuq. Təsəvvür edin ki, Naxçıvanda oturub gecə-gündüz yatmırdı, çalışırdı ki, Naxçıvanı blokada şəraitindən çıxartsın. Həmin dövrdə Heydər Əliyevin dünyada güclü lider kimi tanınması Azərbaycanı xilas etdi. Naxçıvan, Azərbaycan ağ günə çıxdı. Nəticədə də camaat küçələrə çıxaraq, Heydər Əliyevin Bakıya gəlməsini, prezident olmasını tələb etdi. İndi də Azərbaycan xalqı ulu öndərin oğlu İlham Əliyevi ömürlük prezident görmək istəyir. İlham Əliyev Azərbaycanı silah alan ölkədən silah satan ölkəyə çevirib. Azərbaycanı dünyada tanıdır. Allaha dönə-dönə şükr etməliyik ki, xalqımızın İlham Əliyev kimi uzaqgörən və bacarıqlı prezidenti var. Mən bunu tam səmimi söyləyirəm. Biz qarşıdan gələn prezident seçkilərində də sonadək İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik. Çünki İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin bizə yadigar qoyduğu adamdır. Ona görə də xalq İlham Əliyevi səmimi və tam şəkildə müdafiə edir”.

Nəriman Həsənzadə qeyd edib ki, prezident olmaq heç də asan məsələ deyil:
“Baxın, prezident İlham Əliyev daim rayonlarda insanlarla görüşür, onların problemləri ilə maraqlanır. O, çox yaradıcı və böyük şəxsiyyətdir. İlham Əliyev Azərbaycan xalqının səsini beynəlxalq tribunalardan dünyaya çatdırır. İnanın ki, əgər onun danışığında bir kəlmə səhv olarsa, erməni dünyaya car çəkər. Prezidentin çıxışları erməniləri də heyran qoyub. Yəni, bunu hər dövlət başçısı bacarmır. Azərbaycan xalqı çox xoşbəxtdir ki, İlham Əliyev kimi şəxsiyyət onun bəxtinə çıxıb. Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin. Ulu öndər vaxtilə “mən özümdən çox ona inanıram” deyəndə, İlham Əliyev böyük siyasətə artıq tam hazır idi”.

Nəriman Həsənzadə prezident İlham Əliyevi uşaqlıq illərindən yaxşı tanıdığını söyləyib:

“Demək olar ki, İlham Əliyev uşaqlıqdan mənim gözümün qabağında böyüyüb. Rəhmətlik Heydər Əliyevlə səfərlərə gedəndə İlham Əliyev də yanımızda olurdu. Mən onu bizim oğlumuz hesab edirəm, ona oğlum kimi baxıram, onunla fəxr edirəm. İlham Əliyevin növbəti dəfə prezident seçilməsi şübhəsizdir. Başqa cür ola da bilməz”.

Xalq şairi əlavə edib ki, son günlər müxalifətçilərin Azərbaycan ziyalılarına qarşı apardığı kampaniyalar xalq tərəfindən qəti dəstəklənmir:

“Ziyalıları tənqid və təhqir edən adamlar özlərinə sual verirmi ki, mən və ya valideynlərim Azərbaycan xalqı üçün nə etmişik? Onlar İlham Əliyevlə əsla müqayisə oluna bilməz. İlham Əliyev özü kimi ziyalı, tərbiyyəli və əxlaqlı ailədə böyüyüb. Fikir verin, dünyada üç lider öz həyat yoldaşının adına heykəl qoydurub. Bunlardan biri Şəmsəddin Eldəniz, ikincisi Cahan Şah, ücüncüsü isə ulu öndər Heydər Əliyevdir. Bu, Azərbaycan qadınına verilən qiymətdir. Bu gün dünya liderlərinə də baxaq. Vladimir Putin, Nikolya Sarkozi, Donald Tramp və digərləri prezident seçiləndən sonra həyat yoldaşını boşayırlar. Həmin siyasətçilərdən fərqli olaraq, Azərbaycan prezidenti əxlaqı, tərbiyyəni, mənəviyyatı təbliğ edən liderdir. Ona görə də İlham Əliyev alternativsiz liderdir. Mən İlham Əliyevin əleyhinə danışmağı, Azərbaycanın əleyhinə danışmaq hesab edirəm. Mən prezident İlham Əliyevi sonadək dəstəkləyəcəm. Seçkilərdə özüm və ailə üzvlərim gedib İlham Əliyevə səs verəcəklər. Mən buradan ziyalılara və oxucularıma da səslənirəm ki, seçkilərdə gedib İlham Əliyevə səs versinlər. Xalq onsuz da onu çox istəyir. Əminəm ki, seçkilərdə də mütləq əksəriyyət ona səs verəcək”.
Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bütün siyasi məhbusları azad etməyə və bununla da beynəlxalq təşkilatların tənqidinə və narazılığına son qoymağa çağırıb. “Yeni Müsavat” qəzeti xəbər verir ki, bu barədə Siyavuş Novruzov gözlənilən əfv fərmanını şərh edərkən deyib.

“Burada maddələrlə deyil, prinsip etibarı ilə əhatə dairəsi geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. İkincisi, yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Həmçinin, himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər.

Yaşı 70-dən yuxarı olan bütün kişlərə tətbiq oluna bilər. Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. Müxtəlif müxalifət, radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər. Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq”, - S.Novruzov qeyd edib.

Siyavuş Novruzov əlavə edib ki, Qərb təşkilatları tərəfindən siyasi dustaqlar kimi təqdim edilən şəxslər də azad edilməlidilər ki, həmin strukturlar tərəfindən Azərbaycana təzyiqlərə son qoyulsun.
BAXCP imza toplama kampaniyasına start verdi - FOTOLAR"Partiyanın yüzlərlə üzvü prosesə cəlb edilib”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin növbəti iclası olub. Bu haqda Musavat.com saytına BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.

Onun sözlərinə görə, BAXCP Ali Məclisinin növbəti iclası partiyanın lideri Qüdrət Həsənquliyevin növbədənkənar prezident seçkilərində iştirakı və seçki məcəlləsində namizədin qeydə alınması üçün nəzərdə tutulan 45 000 imzanın toplanmasına həsr edilib: "Ənənəvi olaraq partiyanın sədri Qüdrət Həsənquliyev ali məclis üzvləri və rayon şöbə sədrləri qarşısında ölkənin icitimai-siyasi vəziyyəti ilə bağlı çıxış etdi.

Seçkidə iştirakın siyasi partiya üçün son dərəcə önəmli olduğunu bildirən Qüdrət bəy BAXCP-nin zəngin seçki təcrübəsinin olduğunu və bütün imkanlarımızla seçkidə iştirak edəcəyini bildirdi. Daha sonra BAXCP-nin 60 rayon şöbəsi arasında 45 000 imzanın bölüşdürülməsi prosesini həyata keçirtdik. BAXCP 45 000 imzanı qanunvericilikdə nəzərdə tutulan 60 seçki dairəsindən deyil, 92 seçki dairəsinin ərazisindən toplayacaq. Çünki bizim 60 rayon şöbəmizin imkanları var ki, 92 dairədən 45 000 imzanı toplayaq. 45 000 imzanın toplanması BAXCP kimi güclü bir müxalifət partiyası üçün çox da çətin deyil. Və təsadüfü deyil ki, keçən prezident seçkilərində uzun müddətli müşahidə aparan beynəlxalq təşkilatlar imza toplama kampaniyasını qapı-qapı gəzib imza toplayan 3 partiyanın adını qeyd etmişdilər və bu 3 partiyadan biri də BAXCP idi. Beynəlxalq təşkilatar öz hesabatlarında Qüdrət Həsənquliyevin topladığı imzaların real olduğunu qeyd etmişdilər. Bizim böyük potensialımız və təcrübəmiz var ki, imza toplamanı yaxın zamanlarda yekunlaşdıraq. Artıq bu işə partiyanın yüzlərlə üzvü cəlb edilib".
BAXCP imza toplama kampaniyasına start verdi - FOTOLAR