Sadiq Qurbanov  “91-lər”lə bağlı maraqlı paylaşım edib.YAP-çı deputat, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov hakim partiyanın qurulmasında və nəticədə Heydər Əliyevin hakimiyyətə gəlməsində mühüm rol oynamış “91-lər”lə bağlı maraqlı paylaşım edib.

S.Qurbanov “feysbuk” paylaşımında xəbər verib ki, “91-lər”in bir neçəsilə telefon və videobağlantı formasında əlaqə saxlayıb:

“Dəyərli dostlar! Əziz əqidə yoldaşlarım!

Bu gün mövcud vəziyyətlə əlaqədar "EVDƏ QAL"an partiyamızın qocaman qurucularından olan "91-lər"dən Sudeyf İmamverdiyev, Əjdər İsmayılov, Şahlar Əsgərov, 84 yaşı bu gün tamam olan Əsədulla Qurbanov, İsgəndər Quliyevlə, eyni zamanda Ağabəy Əsgərov, Vüqar Rəhimzadə, Munis Bayramovla telefon və video görüntü ilə əlaqə saxladım və keçmiş xatirələri yada saldıq. Heç təsadüfi deyil ki, "91-lər"i ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının "Qızıl Fondu" adlandırmışdı. Düşünürəm ki, biz sıravi partiya üzvləri də onları hər zaman yada salmalı və xatırlamalıyıq”.
Sadiq Qurbanov  “91-lər”lə bağlı maraqlı paylaşım edib.
"91-lər"dən biri, professor Əjdər İsmayılov S.Qurbanovun paylaşımına belə reaksiya verib: “Hörmətli Sadiq müəllim, böyüyə hörmət, dəyərə qiymət vermək, silahdaşa sadiq qalmaq təbii ki, xidmət etdiyin amala sadiq qalmaq və təmənnasız bağlılıqdan irəli gəlməklə yanaşı insanın zatı, ailə tərbiyəsilə çox bağlıdır. Bəli, biz bu yola başlayarkən siz gənc bir vətənpərvər tələbə idiniz. Bu gün yaş üstünə yaş gəlməklə daha da püxtələşmiş və müdrikləşməniz göz önündə. Bu günləri YAP-ın qızıl fondu olan "91-lər"i, dövlətin qurucularını, ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşlarını xatırlamanız, bu şərəfli ideyaya bir daha adınız kimi Sadiq olduğunuzun göstəricisidir. Məhz sizin Milli Məclisə, millətin vəkili seçilmənizə çox sevindiyim və məndə ümidlərin doğduğu haqqında qeyd etmişdim. Sevindim və ümid etdim ona görə ki, məhz sizin və sizin kimi Heydər Əliyev yoluna sadiq insanların Prezidentimizin ətrafında olması Vətənimizin və qurduğumuz partiyanın uğurlu inkişafına aparar”.
Danışıqlar masasında nə var? – Nazir detalları təsdiqlədiAzərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bütün vasitələrlə bərpa eləmək hüququna malikdir.

Axar.az xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov Minval.az saytına verdiyi müsahibədə bildirib.

Azərbaycanın xarici siyasət idarəsinin başçısı geniş müsahibədə həmçinin Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağla bağlı son bəyanatını şərh edib, işğalçı Ermənistanla konfliktin dinc nizamlanması şanslarını dəyərləndirib. Habelə, pandemiya dönəmində diplomatlarımızın gördüyü işlərdən, o sırada xaricdəki vətəndaşlarımızın evakuasiyası ilə bağlı tədbirlərdən danışıb. Təbii ki, Dağlıq Qarabağ mövzusu əsas diqqət mərkəzində olub.

“Azərbaycan münaqişənin nizamlanmasına dair əsaslı və nəticəyə hesablanmış danışıqların tərəfdarıdır. Biz həmişə bəyan etmişik ki, dinc nizamlama imkanları qaldıqca danışıqlar yolundan istifadə edəcəyik. Eyni zamanda bir şey tamamilə aydındır: həm öz dövlətimizin ali qanununa, həm də beynəlxalq hüquqa istinad edən Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bütün vasitələrlə bərpa eləmək hüququna malikdir – hansı hüquq ki, BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyasında və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində əksini tapıb”, - deyə nazir qeyd edib.

Rusiya Xarici İşlər naziri S.Lavrovun Qarabağla bağlı son bəyanatı və ona erməni həmkarı Zoqrab Mnatsakanyanın verdiyi məlum reaksiya ilə bağlı Məmmədyarov deyib:

“Ermənistanın xarici işlər naziri cavab replikasında bildirib ki, torpaqların qaytarılması məsələsi müzakirə olunmur, həmçinin təhlükəsizlik və xalqların öz müqəddəratını təyinetmə məsələlərinə toxunub. Aydındır ki, belə ritorik hücumu o, daxili auditoriyanı sakitləşdirmək üçün edib. Əks halda həmin o Mnatsakanyan bu bəyanatdan bir neçə saat sonra videokonfrans şəklində danışıqların davamına qoşulmazdı. Əgər soruşsanız ki, Azərbaycan XİN bu xüsusda nə edib, deyərdim: Azərbaycan tərəfi göstərdi ki, sözü ilə əməli üst-üstə düşür, mövqeyi dəyişməzdir. Bizim yeganə hədəfimiz - beynəlxalq səviyyədə tanınmış əraziləri azad, məcburi köçkünlərimizin hüquqlarını isə bərpa etməkdir. İşğalçı ölkə indiyədək tamamilə əsassız olan, özünü, beynəlxalq birliyi aldatmağa yönəlik çoxlu sayda bəyanat verib. Lakin həqiqət sarsılmazdır: beynəlxalq hüququ kobud şəkildə tapdamağın və təməl insan haqlarını kütləvi şəkildə pozmağın ardınca təhlükəsizlik və öz müqəddəratını təyinetmə hüququ haqda boşboğazlıq etmək beynəlxalq birgəyaşayışın heç bir qanunu və normasına sığmır və heç vaxt da sığmayacaq”.

E.Məmmədyarov hesab edir ki, danışıqlar prosesi çərçivəsində özünü dalana qovulmuş hiss edən Ermənistan prosesi pozmağa yönəlik addımlar atır, təxribatlar törədir:

“Onların nail olmaq istədiyi də budur – nizamlama prosesinə zərbə vurmaq və bu zaman məsuliyyəti Azərbaycanın üzərinə atmaq. Ancaq təkrar edirəm: Azərbaycan öz sözləri və hərəkətlərində yekdildir. Biz həmişə vicdanlı şəkildə və qoyulan hədəfə doğru dönmədən hərəkət edirik. Bu işdə beynəlxalq hüquq və ədalət bizimlədir”.

Lakin nazir danışıqların detallarını açmaqdan imtina edib:

“Bəllidir ki, danışıqlar konfidensial xarakter daşıyır və detallar açıqlanmır. Ancaq bu günədək həmsədrlər tərəfindən, həmçinin həmsədr dövlətlərin rəhbərləri səviyyəsində verilən bəyanatlarda nizamlama prosesinin ümumi çərçivələri cızılıb. Onların hamısında konfliktin mərhələli həllinin elementləri, yəni münaqişənin nəticələrinin addımbaaddım aradan qaldırılması əksini tapıb. Orada ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı ərazilərin azad olunması və həmin ərazilərdən qovulan azərbaycanlıların öz doğma yurdlarına qayıtması, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması yer alır. Dağlıq Qarabağın hər iki icmasının müəyyən müddətə birgə yaşayışı üçün şəraitin təmin edilməsi, sonrakı mərhələlərdə isə Azərbaycanın ərazi bütövlüyü gözlənilməklə regionun statusuna baxılması nəzərdə tutulur. Guya bu elementlərin müzakirə edilmədiyini və danışıqlar stolu üzərində heç bir sənədin olmadığını iddia edən erməni tərəfi öz həmvətənlərini aldatmaqdansa, yaxşı olar, boş yerə vaxt itirmədən öz xalqını beynəlxalq ictimaiyyət qarşısında razılaşdığı kimi, sülhə hazırlasın”.

Yaranmış duruma rəğmən, Azərbaycanın baş diplomatı konfliktin sülh danışıqları ilə həllinin mümkün olduğunu söyləyib.

“Bundan ötrü isə yalnız tərəflərin siyasi iradəsi gərəkdir. İşğal faktı aradan qalxmadan təhlükəsizlikdən, yüz minlərlə insanın təməl haqqı bərpa edilmədən isə insan haqlarından danışmaq mümkün deyil. Əgər biz sülh, təhlükəsizlik, normal qonşuluq münasibətləri arzusundayıqsa, nəhayət, tərəqqi istəyiriksə, o zaman konfliktin dediyim ağır nəticələri aradan qaldırılmalı, dövlətlər bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə sayğı göstərməlidir. Sülhün başqa formulu mövcud deyil”, - deyə E.Məmmədyarov sonda vurğulayıb.
“Necə Rusiyapərəst siyasətçiyəm ki…” - Qüdrət Həsənquliyevdən ittihamlara CAVABBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin İctimai TV-də Qarabağın azad edilməsi qarşılığında MDB-nin Avropa İttifaqı modelində yeni birliyə çevrilməsi məsələsinin mümkünlüyü barədə fikirləri bəzi şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Həmin kateqoriyadan olan insanlar hesab edirlər ki, Rusiya ilə yaxınlaşma keçmişdə baş verənlərə və Qarabağın işğal altında qalmasına görə yolverilməzdir.

Bəs görəsən, onlar nə dərəcədə haqlıdırlar?

Modern.az məsələ ilə bağlı Qüdrət Həsənquliyevin mövqeyini öyrənib. Deputat hesab edir ki, ona qarşı hücum edənlər xarici himayədarlarından yarınmaq istəyənlərdir:

"Əvvəla həmin adamların kimliyin araşdırsaq görəcəyik ki, onlar əsasən tərbiyəsiz,nankor adamlardır və hansısa xarici dövlətdən pul dilənənlərdirlər. Onlardan sadəcə istifadə olunur. Siyasət emosiya və şeyriyyəti sevmir. Digərləri isə məhz, bu qəbildən olan, işğala son qoymaq üçün heç bir ağıllı təklif irəli sürmək qabiliyyəti olmayan, çətin vaxtlarda heç vaxt prinsipial mövqe ortaya qoymağı bacarmayanlardır. Mənə hücum edənlər sadəcə xarici himayədarlarına yarınmaq istəyirlər. Bir vaxtlar Türkiyə Rusiyanın hərbi təyyarəsini vuranda bu addımın yalnış olduğunu və ilk növbədə Türkiyənin maraqlarına cavab vermədiyini söyləmişdim. Onda da bugünkü qaragüruh düşmüşdü üstümə ki, sən niyə elə deyirsən. Sonra nə baş verdiyini təkrarlamağa ehtiyac yoxdur. Məni Moskvanın təbliğatını aparmaqda ittiham edən kuklalara demək istəyirəm ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir və münaqişənin həllində maraqlı görünmür. Ona görə hökumətə təklif edirəm ki, Rusiya ilə bağlı qapılar arxasında danışıqlar aparsın. Ermənistanla hər hansı danışığın faydası yoxdur. Əgər Rusiya istəməsə, Ermənistan heç bir sülh sazişinə imza ata bilməz. Ermənistanın, onun savaşda tam qələbəsini təmin edəcək, Qarabağda ermənilərin öz müqəddəratını müəyyən edəcək referendiumun keçirilməsini nəzərdə tutan, Madrid prinsiplərindən imtina etməsi də bununla bağlıdır. İndi elə bir beynəlxalq vəziyyət yaranıb ki, biz Qarabağ naminə, suverenliyimizdən imtina etmədən, Rusiyanın regiondakı maraqlarını nəzərə alsaq, onun mövqeyini dəyişmək ehtimalı var. Həm də qardaş Türkiyədən tələb və xahiş edə bilərik ki, hansısa regional məsələdə Rusiyanın marağını nəzərə alsın və onun Qarabağ məsələsində obyektivliyini təmin etməyə kömək etsin. 26 ildir danışıqlar davam edir, ermənilər torpaqlarımızı məskunlaşdırır, təbii sərvətlərimizi talayır. Necə Rusiyapərəst siyasətçiyəm ki, Rusiya ilə danışıqlar baş tutmayacağı təqdirdə Qərbə və NATO-ya inteqrasiya yolu tutmağımızı, Ermənistana heç kimin təzyiq etməyəcəyi təqdirdə, bizə hansı qiymətə başa gələcəyindən asılı olmayaraq, Böyük Vətən müharibəsinə başlamağı təklif etmişəm. Baxmayaraq ki, o zaman biz tək qalacağıq, Ermənistanın yanında isə Rusiya və İranla yanaşı Qərb də olcaq. Birinci Qarabağ savaşında olduğu kimi".

Qüdrət Həsənquliyev həmçinin qeyd edib ki, əgər Avropa İttifaqı modelində birlik suverenliyin itirilməsidirsə, niyə Türkiyə Avropa İttifaqına qoşulmaq üçün illərdir mübarizə aparır?

"Axı, orda keçmişdə həm bir-biri ilə, həm də Türkiyə ilə qanlı savaşlarda olmuş, bir-birinin torpaqlarını işğal etmiş çoxlu dövlətlər, xalqlar var. Ona görə də biz qabağa baxmalıyıq. MDB Avropa İttifaqı modelində İttifaqa çevrilərsə, bura Türkiyənin və İranın da qoşulmasına çalışmalıyıq. Bu halda biz Cənubi Azərbaycanlılarla eyni ittifaqın vətəndaşları ola bilərik. Yeni birlik Avropa İttifaqı və Çinlə regionda sağlam rəqabət apara və inkişafa böyük töhfə verə bilər. Kiçik dövlətlərin əzilməsinə və işğalına son qoyular, Avroasiya məkanında sülh olar", - deyə deputat bildirib.
Lavrovun bəyanatının SİRRİ: Moskvanın səbri tükənir, tezliklə Qarabağda...“Ermənistan Xarici İşlər Nazirliyinin Sergey Lavrovun Dağlıq Qarabağla bağlı bəyanatını təkzib etmək cəhdləri siyasi kobudluqdur”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, Paşinyanın komandası əvvəl də Rusiya ilə bağlı dözülməz davranışlar sərgiləyib: “O, daim yalan danışır, ABŞ və Avropa İttifaqına quyruq bulayır, ölkə daxilində siyasi opponentlərini, həmçinin, rusiyayönümlü siyasətçiləri təqib edir. Rusiyada yaşayan erməni diasporu indiyə qədər Paşinyan komandasına qarşı münasibətin sərtləşməməsinə səbəb olan amildir. Bu diaspor siyasi dairələrdə, biznesdə, mətbuatda və kriminal strukturlarda nüfuzludur. Amma diaspor nə qədər müdafiə edə biləcək?! Moskvanın səbri tükənir, bu da Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla ümumi münasibətdə sərt mövqenin sərgilənməsi ilə nəticələnə bilər. Lavrovun bəyanatı sübut edir ki, Paşinyan Moskvanı çox qıcıqlandırır və Ermənistan Xarici İşlər Nazirliyi təsadüfən Lavrova diş qıcamadı”.

Markov hesab edir ki, tezliklə danışıqlar atmosferi dəyişəcək və Ermənistan Qarabağ məsələsində geri çəkilməyə başlayacaq.

“Pandemiya və dünya iqtisadiyyatında yaranmış böhran Ermənistanı buna məcbur edəcək”, - o bildirib.
Prezident deputatlarla bağlı qanunu təsdiqlədiPrezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Avrasiya.net xəbər verir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilir:

“Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir.”.
İlham Əliyevlə Paşinyanın görüşü gözlənilirATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın yeni görüşünü təşkil etməyə çalışırlar.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

Məlumata görə, bu məsələ Mnatsakanyanla Məmmədyarov arasında baş tutan videokonfrans zamanı da müzakirə edilib.

Həmsədrlərin görüşün baş tutması üçün koronavirusla bağlı situasiyanın zəifləməsini gözlədikləri bildirilib.
Dağlıq Qarabağ – Azərbaycandır!Müdafiə diplomatiyasından hücum diplomatiyasına keçərək hər kəsə tarixi ədalətin və beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu çatdırmalıyıq!

Son bir ayda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə Ermənistan tərəfinin saxtakar və dağıdıcı mövqeyi bir daha isbat olundu. Söhbət ilk növbədə, qondarma “Dağlıq Qarabağ Respublikası” nda keçirilmiş qondarma “prezident seçkiləri”nə beynəlxalq ictimaiyyətin kəskin reaksiyasından gedir. Beləki başda ATƏT-in Minsk qrupunun həmsədrləri olmaqla ATƏT Parlament Assambleyası, Avropa İttifaqı və Avropa Parlamenti, Qoşulmama Hərəkatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, NATO kimi beynəlxalq təşkilatlar bu “seçkilər”dən sonra bəyanatlar verərək bu “seçkiləri” tanımadıqlarını açıq-aydın şəkildə səsləndirdilər.
Ermənistan tərəfinin digər bir riyakarlığı keçdiyimiz günlərdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun nümayəndələri ilə videokonfrans formatında keçirilən dəyirmi masada verdiyi açıqlamaya Ermənistan Xarici İşlər nazirinin cavabında özünü görsətdi.

Xatırladım ki, S. Lavrov öz açıqlamasında BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə toxunaraq, Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinə dair planın və təkliflərin fəal şəkildə müzakirə edildiyini qeyd etmiş, bu yöndə ilk addımın Ermənistan tərəfindən Dağlıq Qarabağ ətrafındakı bəzi rayonların azad edilməsi, nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılması olduğunu vurğulamışdı. Bildiyiniz kimi qeyd edilmiş qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunmuş, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Lakin, S. Lavrovun açıqlamasına cavabında Ermənistanın Xarici İşlər naziri münaqişənin mərhələli həllinə dair açıqlamanı təkzib etmişdir.

Ermənistan tərəfinin bu növ dağıdıcı açıqlamaları onların vəziyyətinin nəinki beynəlxaq ictimaiyyət, hətta öz əhalisi qarşısında belə gülünc olduğundan xəbər verir. Dünyamızın koronavirus pandemiyası ilə mübarizədə həmrəylik göstərdiyi bir zamanda erməni diplomatiyasının belə qorxaq gedişi onların fürsətçiliyini nümayiş etdirir.
Bu vəziyyət isə bizdən hücum diplomatiyasına tam güc qoymağımızın çağırışını edir, çünki tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Bu yöndə Cənab Prezident İlham Əliyev dəfələrlə çağırışlar etmiş, özü şəxsən bütün beynəlxalq platformalardan Azərbaycan həqiqətlərini çatdırmışdır. Buna misal kimi, təhlükəsizlik məsələləri ilə bağlı dünyanın bir nömrəli konfransı olan Münxen Təhlükəsizlik Konfransında, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Cənab Prezident tərəfindən Ermənistana vurulan sarsıdıcı zərbələri qeyd etmək olar.

Lakin, biz tarixi və hüquqi faktlardan daha geniş istifadə edərək öz qəti mövqeyimizi hər kəsə çatdırmalıyıq. Bu yöndə fəaliyyəti təkcə diplomatlarımızdan və hökümət nümayəndələrindən gözləmək yerinə hər bir vətəndaşımız anlamalı, bu haqq işimizə qoşulmalıdır. Bunu nəzərə alaraq Cənab Prezident altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı xüsusilə bu məsələyə toxunmuş, biz deputatlarında bu yöndə fəal, mübariz və mətin olmağımızın çağırışını etmişdir. Azərbaycan Respublikası Prezidentinin davamlı şəkildə haqqa və ədalətə, beynəlxalq hüquq normalarına əsaslanmış mövqeyi tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpasını qarşısıalınmaz edir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin üzvü

Apreldə Bakını o dayandırdı: İndi kim dayandıracaq?
Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli formatı (mərhələli həll – red.) ilə bağlı dediyi tezislərdə heç bir yenilik və sensasiya yox idi. Məhz bu variant üzərində illərdir ki, danışıqlar gedir.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk deyib. O qeyd edib ki, müzakirə predmetinin əsas mövzusu məhz mərhələli yolla torpaqların geri qaytarılması olub.

“Rusiya tərəfi dəfələrlə danışıqlar masasında bu sənədlərin olduğunu qeyd edib. Ancaq indiki dövrün problemi ondadır ki, hakimiyyətə gələn Nikol Paşinyan danışıqlar prosesinin bütün tarixini, o cümlədən mərhələli prosesin üzərindən xətt çəkib, guya öz baxışlarını təklif etdi. Paşinyan bunu etməklə sadəcə Bakını müharibəyə sürükləyir. Artıq hamıya məlum oldu ki, Baş nazir Paşinyanın rəhbərliyi altında danışıqlar prosesini uğurla inkişaf etdirmək mümkün olmayacaq. Bu da təəssüf ki, müharibənin başlama ehtimalını getdikcə artırır”, - deyə rusiyalı ekspert qeyd edib.

Trofimçuk onu da vurğulayıb ki, hazırda Qarabağ münaqişəsinin bütün vacib problemləri arasında ən əsası Nikol Paşinyanın varlığıdır:

“O, hadisələrin normal axarına nail olmağa imkan verməyən əsas dağıdıcı amildir. Ermənilərin gözü qarşısında Paşinyanın günahı budur ki, məhz onun ucbatından Rusiya-Azərbaycan münasibətləri həqiqətən də strateji xarakter aldı və Ermənistan-Rusiya münasibətləri getdikcə daha da pisləşdi. Gec-tez Paşinyan hər şeyə, o cümlədən Qarabağdakı ab-havaya görə cavab verməli olacaq. Əminəm ki, bunu onun özü də çox yaxşı başa düşür.

2016-cı ilin aprel döyüşləri zamanı Sərkisyan hakimiyyətdə idi və Moskva-İrəvan münasibətləri də indikindən qat-qat yaxşı idi. Buna görə də döyüşlər bu qədər tez dayandı. Ancaq Rusiyanın hazırkı durumda, artıq Paşinyanın rəhbərliyi altında olan Ermənistana qarşı oxşar vəziyyətdə necə davranacağını təxmin etmək olar...”
“İşğal altındakı rayonlar istisnasız azad olunmalıdır” – Lavrovun bəyanatına deputatdan reaksiya
Məlum olduğu kimi Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli açıqlamalar verib. Rusiyanın baş diplomatı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli gözlənilir. Lavrov qeyd edib ki, ilk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. nəzərdə tutulur.

Milli Məclisdə işğal olunmuş Kəlbəcər rayonunu təmsil edən deputat Aqil Məmmədov Turkustan.info-ya açıqlamasında bildirib ki, Lavrovun son bəyanatı, münasiqəşinin həlli ilə bağlı bundan əvvəlki bəyanatlarından fərqlənir: “Adətən, Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirləri Azərbaycanda narahatlıq doğururdu. Bu dəfə isə Sergey Lavrov konstrktiv sayıla biləcək mövqe nümayiş etdirib. O, münaqişənin mərhələli həllinin gərəkliyini vurğulayıb. Həm, ATƏT-in Minsk Qrupunun üzvü, həm də münasiqəşnin həllində ciddi söz sahibinə malik Rusiyanın baş diplomatının bu bəyanatı əhəmiyyətli sayıla bilər. Bəllidir ki, Azərbaycan da münaqişənin mərhələli həllinin tərəfdarıdır. Ermənistan paket həll variantında israr edir. Bu isə danışıqlardan yayınmaq və Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün yalnız bəhanədir”.

Millət vəklinin sözlərinə görə bəyanatda səsləndirilən “Qarabağ ətrafındakı bir sıra rayonlar” ifadəsi müəyyən suallar yaradır. Çünki, zaman-zaman “5 rayon”, “5+1 və ya 5+2 rayon” ifadə işlədilib: “Lavrovun bəyanatında işlətdiyi “bir sıra rayonlar” ifadəsi də haradasa, həmin formatlara yaxındır. Ancaq həm, Ermənistan, həm onun havadarları, həm də ATƏT-in Minsk Qrupunun üzvləri, o cümlədən, Rusiya bilməlidir ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış suveren sərhədləri tam şəkildə azad olunmalıdır. Bu Azərbaycanın birmənalı mövqeyidir və bu mövqeni Azərbaycan Prezidenti ən mötəbər beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib. Bir sıra yox, bütün ətraf rayonların azad olunması mərhələli həllin birinci hissəsi kimi həyata keçirilməli, ikinci mərhələdə Dağlıq Qarabağın hüquqi statusu həllini tapmalıdır”.