Xarici agentlərin ayırdığı qrantlarla… – Əli HəsənovBəzilərinin Azərbaycan dövlətinin media siyasətinin iflasa uğradığını söyləməsi təəssüf doğurur.

APA-nın məlumatına görə, bu sözləri jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarlarının jurnalistlərə təqdim olunması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, bu gün qrant mediasının məşhur nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində toplaşaraq "No-TAP" aksiyaları həyata keçirmək istəyirlər: "Qrant siyasətini həyata keçirənlərin Azərbaycanda formalaşdırdıqları jurnalistlər bunlardır. Azərbaycan mediasının təməli sağlam qoyulub. Media ilk növbədə insanları informasiya ilə təmin etməli, maarifləndirməlidir, vətənpərvərlik aşılamalıdır. Azərbaycanda media siyasəti iflasa uğrayıb deyənlər baxsınlar ki, medianın üzərində nəzarəti həyata keçirən inzibati orqan varmı? Azərbaycanda jurnalistlərin özünütənzimləmə orqanı olan Mətbuat Şurası formalaşıb. Azərbaycan dövlətinin təklif etdiyi mənzili jurnalistlər ala da, almaya da bilər. Prezidentin media siyasətindən hansı jurnalist müstəqilliyini itirib? Əksinə, qrant siyasəti üzərində media formalaşdırmaq istəyənlər bunu təlqin edirlər. Biz bilirik ki, yazılı mediaya yardım göstərməsək, onlar fəaliyyətini dayandıracaq. Yazılı media ölkənin tarixi salnaməsini yaradır. Bu salnaməni hansısa internet mediasında yaratmaq mümkün deyil. Gələcək nəsillər üçün ölkənin ictimai-siyasi tarixinin yazılı salnaməsi yaradılır. Xarici agentlərin otaqlarda ayırdığı qrantlarla prezident İlham Əliyevin mediaya ayırdığı yardımların fərqi məlumdur. Qrant mediasının nümayəndələri TAP, TANAP-a qarşı çıxır, ancaq bu layihələr Azərbaycanın strateji maraqları ilə bağlıdır. O insanlar Azərbaycan cəmiyyətindən hansı təpkiləri alacaqlarını gözləri qarşısına gətirsinlər".

Ə. Həsənov jurnalistlərin Azərbaycan prezidentinin dostları olduqlarını və seçkilərdə prezident İlham Əliyevi dəstəkləyəcəklərinə əmin olduqlarını bəyan edib.
Rusiya Türkiyənin kürəyinə zərbə vurmağa HAZIRLAŞIR – Gizli danışıqların ŞOK DETALLARIKürdlər Afrinin Suriyanın hökumət güclərinin nəzarəti altına verilməsinə razıdırlar.

Publika.az xəbər verir ki, bu haqda Afrindəki iki mənbə “İzvestiya” nəşrinə bildirib.

“Biz şəhəri və Afrini əhatə edən rayonları verməyə hazırıq. Amma bu halda bizim maraqlarımızın zərər görməyəcəyi barədə zəmanət lazımdır”, - Rusiya nəşrinin həmsöhbətlərindən biri deyib.

Kürdlərin Federal Milli-mədəni Muxtariyyəti Şurasının sədri Fərhad Patiyevin sözlərinə görə, kürdlər hazırda Afrinin Dəməşqin nəzarətinə verilməsi barədə danışıqlar aparırlar. O bildirib ki, kürdlərin öz şərtləri var.

Suriya Müdafiə Nazirliyindən də bildiriblər ki, hökumət qoşunları operativ vəziyyətdən asılı olaraq Afrinə girməyə hazırdır. Briqada generalı Samir Süleyman söyləyib ki, Suriya ordusunun Afrinə girməsi uçun hər hansı dəvətə ehtiyac yoxdur.

İnformasiyanı Rusiyadakı diplomatik mənbə də təsdiqləyib. Onun sözlərinə görə, son razılaşma hələ əldə olunmayıb, amma dialoq davam edir. Həmsöhbət həmçinin dəqiqləşdirib ki, Moskva Afrinin Dəməşqin nəzarəti altına verilməsinin ehtiyacı barədə kürdləri inandırmağa çalışaraq bu prosesdə vasitəçi rolunda çıxış edir.

Moskvada fəaliyyət göstərən “Suriya Kürdüstanı”nın nümayəndəsi Rodi Osman yanvarın 22-də bildirib ki, daha əvvəl Rusiya kürdlərə Afrinin Dəməşqin nəzarəti altına verilməsini təklif edib, amma kürdlər təklifi rədd ediblər.

Rusiya ElmlərAkademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb və islam tədqiqatları Mərkəzinin böyük elmi işçisi Boris Dolqovun sözlərinə görə, Afrinin Dəməşqin nəzarəti altına verilməsi ən düzgün və güzəştli variant olacaq. O qeyd edib ki, bu variant regionda gərginliyin azaldılmasına imkan yaradacaq.

“Bu, Türkiyənin həyata keçirdiyi əməliyyatın sonuna gətirib çıxarmayacaq. Amma bununla danışıqlar prosesi üçün ilkin şərtlər yaradılacaq. Afrin üzrə razılaşma əldə edilərsə, Ankara ehtimal ki, öz şərtlərini diktə edəcək”, - Boris Dolqov qeyd edib.

Ekspertin sözlərinə görə, türklərə sərhədlərinə kürd ərazi quruluşlarının yaradılmayacağına dair zəmanətlər lazımdır.

Qeyd edək ki, Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı keçirir. Əməliyyatın hədəfi Afrini PYD terror təşkilatından təmizləməkdir.
Rusiya tanklarımızı vurmaq üçün İrəvana LAZER SİLAHI VERDİ - ÜÇ SİRLİ MƏQAMErmənistan tank əleyhinə ən müasir silah sayılan “Kornet - E” raket kompleksini nümayiş etdirib.

Publika.az xəbər verir ki, rəsmi İrəvan raket kompleksini Rusiyanın Ermənistana verdiyini açıqlayıb.

Raket kompleksi lazer şüası ilə idarəetmə qabiliyyətinə və 5,5 kilometr uzaqlıqda olan hədəfi məhv etmə gücünə sahibdir.

Rusiyada ermənipərəst “Reqnum” agentliyi yazır ki, raket kompleksi Azərbaycanın tanklarını asanlıqla sıradan çıxara bilər.

Lakin bu informasiya Ermənistan ictimaiyyətində inandırıcı qarşılanmayıb.

1. Raket kompleksi Gümrüdə nümayiş olunub, hansı ki, Rusiyanın 102-ci hərbi bazası bu şəhərdə yerləşir. Ehtimal olunur ki, raket kompleksi Rusiyanın hərbi bazasına aiddir, sadəcə olaraq, erməni ictimaiyyətini aldatmaq üçün Ermənistana verildiyi görüntüsü yaradılır.

2. Raket kompleksinin Ermənistana verilməsi xəbəri “Reqnum” agentliyində yayılıb. Rusiyada ermənipərəst mövqeyi ilə tanınan bu agentlik Kremlin nəzarətindədir və bu informasiya da məhz Kremlin istəyinə uyğun olaraq məqsədli şəkildə yayılıb.

3. Ən nəhayət, raket kompleksinin Ermənistana verilməsi xəbəri Rusiyanın yanvarın 19-da Azərbaycana yeni hərbi texnika satmasından sonra erməni ictimaiyyətində yaranan narazılığı sakitləşdirmək gedişidir.

Bu baxımdan, Ermənistan ictimaiyyəti raket kompleksinin erməni ordusuna məxsus olduğuna inanmır.
“Mehman Əliyev mənim reputasiyamı qaralamaq istəyir" - Prezidentin köməkçisindən ittihamlara cavabPrezidentin köməkçisi "Turan”ın rəhbərinin iddialarına cavab verdi; "Kim olursa-olsun, ölkənin qanunları qarşısında, o cümlədən vergi öhdəlikləri qarşısında heç bir əlavə üstünlüyə, immunitetə malik deyil”

Musavat.com Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin bir müddət əvvəl həbs olunması və sonradan ölkə başçısının tövsiyyəsi ilə azadlığa buraxılmasına, o cümlədən bu məsələ ətrafında son dövrlər bəzi xüsusi saytlar tərəfindən spekulyasiya edilən "müəmmalı suallara” münasibət öyrənib. Onunla müsahibəni təqdim edirik.

- Əli müəllim, Azərbaycan Prezidentinin media siyasətinin həyata keçirilməsinə məsul olan köməkçisi kimi Mehman Əliyevin həbs olunması və sonradan da azadlığa buraxılmasında sizin hansısa iştirakınız olubmu?

- Təəssüf edirəm ki, Mehman Əliyev heç bir fakta söykənmədən bir neçə müsahibə və açıqlamasında bu tipli əsassız iddialar irəli sürüb və sizin də qeyd etdiyiniz kimi, Azərbaycan dövlətinin informasiya siyasətinin həyata keçirilməsinə, həmçinin ölkədə qanunçuluğun qorunmasına məsul olan yüksək ranqlı dövlət məmurları haqqında mənfi rəy formalaşdırmaq istəyib. Mehman Əliyev iddia edib ki, onun həbsi Cənab Prezidentin köməkçisi kimi mənim və Baş prokuror Zakir Qaralovun təşəbbüsü ilə ali rəhbərlik səviyyəsində müzakirə olunaraq həyata keçirilib. O, hətta daha da irəli gedərək, həbs qərarının guya 2018-ci il prezident seçkiləri ilə bağlı olduğunu, Mehmanın hansısa ciddi islahat konsepsiyasının mövcudluğunu və Administrasiyaya təqdim edildiyini, həmin sənədin sonradan mənim əlimə keçdiyini və daha sonra bu həbsə qərar verildiyini iddia edib. Tam qətiyyətlə bildirirəm ki, bu iddia absurddur və qətiyyən həqiqətə uyğun deyil. Kökündən yanlış fikir və mülahizələrdir, dövlətin informasiya siyasətini və bu işə birbaşa məsul şəxs kimi mənin reputasiyamı qaralamaq məqsədi daşıyır.

- Sizcə, bu iddiaların ortaya atılmasında məqsəd nədir?

- Mehman Əliyev məqsədyönlü şəkildə səsləndirdiyi bu tipli açıqlamalara heç özünün də inanacağı qədər sadəlövh insan deyil. O, Azərbaycan dövlətinin media siyasətinin 90-cı illərdən başlayaraq necə formalaşdığını və həyata keçirildiyini, bu siyasətin keçən dövrdəki effektli nəticələrini, xarici dairələrin onun rəhbərlik etdiyi agentlik və digər qurumlar vasitəsilə ölkədaxili proseslərə müdaxilə cəhdlərini və buna nail ola bilmədiklərini çox yaxşı bilir. Qoy mənə dünyada ölkə göstərsin ki, orada dövlət öz mediasını idarə etməyə çalışmır və başlı-başına buraxır. Odur ki, Mehman Əliyev də nə dediyinin fərqindədir və bu fikirlərin səsləndirilməsi sadəcə olaraq onun aldığı növbəti tapşırıqdır...

"Hər ikimiz də siyasətə elə həmin dövrdən qoşulmuşuq və ikimiz də əliyevçi olmuşuq. Sadəcə o, Əbülfəz Əliyevi, mənsə Heydər Əliyevi təbliğ etmişəm"

Mən Mehmanı gəncliyindən tanıyıram. 1980-ci illərin sonu 90-cı illərin əvvəlində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində onunla paralel təhsil almışıq. O, jurnalistika, mənsə tarix fakültəsində oxuyurduq. Hər ikimiz də siyasətə elə həmin dövrdən qoşulmuşuq və ikimiz də əliyevçi olmuşuq. Sadəcə o, Əbülfəz Əliyevi, mənsə Heydər Əliyevi təbliğ etmişəm. Mehman da, mən də öz mövqeyimizdə, dünyagörüşümüzdə həmişə sabit, prinsipial və sadiq olmuşuq. Biz mövqe fərqimizi qoruyub saxlamışıq və bu amil ümumi münasibətmizə heç zaman mənfi təsir göstərməyib. Düşünürəm ki, heç indi də göstərməməlidir. Mehman Azərbaycanın inkişafını və xalqımızın firavan gələcəyini öz mövqeyinə uyğun təsəvvür edir, mənsə başqa cür – bu firavanlığın və inkişafının məhz indiki iqtidarın təmin etdiyini və gələcəkdə də edəcəyinə əminəm. O ki, qaldı Mehmanın ciddi-cəhdlə keçmiş həbsini konkret vəzifəli şəxslərin, o cümlədən də mənim adımla bağlamağına və bu məsələni siyasiləşdirmək cəhdinə, bunu da yaxşı anlayıram. O, özünü və ətrafdakıları adi jurnalist deyil, daha yüksək statuslu bir şəxs olduğuna inandırmaq istəyir. Olsun, buna bizim etirazımız yoxdur. Amma bizim üçün, hökumətimiz üçün Mehman Əliyev də digər KİV təsisçilərindən və rəhbərlərindən fərqlənmir. O həm jurnalistdir, həm sahibkardır, həm də xarici fond və qurumlarla işləyir. Deməli, bəlli öhdəliyi olan məsul şəxsdir. Amma kim olursa-olsun, ölkənin qanunları qarşısında, o cümlədən vergi öhdəlikləri qarşısında heç bir əlavə üstünlüyə, immunitetə malik deyil.

- Ümumiyyətlə, Mehman Əliyevin həbsi ilə bağlı siyasi dairələrdə hansısa müzakirə aparılması faktı olubmu?

- Sizə artıq məlumdur ki, 2017-ci ilin avqustunda "Turan” İA-nın direktoru kimi onunla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi öhdəliklərindən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham irəli sürülmüş və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bununla bağlı birmənalı bəyan edirəm ki, onun həbsi məsələsi Cənab prezidentin yanında xüsusi müzakirə olunmayıb ki, həmin müzakirələrdə də hansısa məmurlar iştirak etsin. Mehman Əliyev müvafiq orqan tərəfindən konkret maddə ilə günahlandırılaraq məhkəmənin qərarı ilə saxlanılıb. Bundan sonra, o, özü barəsində seçilmiş məhkəmə qərarının dəyişdirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ünvanlamışdı, dövlət başçısı da həmin müraciətə dərhal münasibət bildirərək aidiyyəti orqanlara həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə etmişdi. Təbii ki, cənab Prezidentin tövsiyəsi humanizm prinsiplərinə əsaslanıb və dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamında əks olunmuş ideya və prinsiplərə tam uyğun olub.

Buna görə də bu gün aidiyyəti dövlət strukturlarının qanuni fəaliyyəti, məhkəmə orqanının obyektiv qərarı ilə dövlət başçısının müvafiq tövsiyəsi arasında ziddiyyət axtarmaq, həm də bundan çıxış edərək yüksək ranqlı məmurlar haqqında əsassız iddialar irəli sürmək və məlum hadisəni siyasiləşdirmək cəhdi yolverilməzdir.

"Mehman Əliyevin hazırkı xüsusi fəallığı və həbsi ilə bağlı ictimai rəydə yanlış fikir formalaşdırmaq cəhdinin özü də bizdə məqsədyönlü fəaliyyət təəssüratı yaradır"

M.Əliyevin hazırkı xüsusi fəallığı və həbsi ilə bağlı ictimai rəydə yanlış fikir formaılaşdırmaq cəhdinin özü də bizdə məqsədyönlü fəaliyyət təəssüratı yaradır. Əvvəla, o, Azərbaycanda siyasi motivlərlə həbslərin həyata keçirildiyini nümayiş etdirmək, bununla da həm yerli, həm də beynəlxalq ictimaiyyətin gözündə hakimiyyətin mövcud siyasətini ləkələmək istəyir. Digər tərəfdən isə, bu tipli müsahibələrin, açıqlamaların məqsədli şəkildə fəaliyyət göstərən reket saytlarda tirajlanması məsələnin kökündə bəlli dairələrin maraqlarının dayandığı barədə düşünməyə əsas yaradır. Görünür, bu qüvvələr öz cılız ambisiyalarını reallaşdırmağa çalışarkən onun yekun nəticəsi barədə düşünmürlər. Təbii ki, bu da yalnız təəssüf doğura bilər.

Hesab edirəm ki, hər bir şəxs, o cümlədən də Mehman Əliyev məsuliyyətli davranmağı bacarmalı, reallıq hissini itirərək yanlış informasiyalar və istiqamətləndirmələrin təsiri altına düşməməlidir.
Belədirsə, ABŞ və Rusiya generalları niyə Bakıda görüşür?Fəaliyyətindən, istiqamətindən, hansı mətbuat növü olmasından asılı olmadan, media nümayəndələrinin qoyulan qaydalar əsasında mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən işlər görülür. Hər bir mətbuat orqanına dəstək verilir. Bu sahədə ümumilli lider Heydər Əliyev də böyük işlər həyata keçirib. Senzura possovet məkanında ilk olaraq Azərbaycanda ləğv edilib.

Bu sözləri millət vəkili Siyavuş Novruzov Müəllif Hüquqları Agentliyi (MHA) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə elan etdikləri “İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.

O, müəllif hüquqları məsələsi ilə bağlı danışaraq, bunun çox vacib olduğunu bildirib:

“Tez-tez Qarabağ məsələsi və əqli mülkiyyətə qarşı əsassız iddialarla bağlı xəbərlərin yayılmasının şahidi oluruq. Milli musiqilərimiz ermənilər tərəfindən oğurlanır. Amma bu əməlləri də hər dəfə ifşa edilir”.

Siyavuş Novruzov qeyd edib ki, Amerikada vətəndaş müharibəsi gedəndə, Azərbaycanda mətbuat olub: “Azərbaycan xalqı hər zaman mətbuata meyilli olub və bütün azadlıqlarından etik çərçivədə istifadə edib".

O qeyd edib ki, Amerikadan və bir sıra Avropa ölkələrindən fərqli olaraq, Azərbaycan öz mətbuatına qayğı göstərir:

“Mətbuatda görürük ki, Avropa ölkələrində stabillik yoxdu. İnternet resurslarının idarəsində də bu özünü göstərir. NATO-nun nəzarətində olan ölkələr özləri belə öz mətbuatlarına dəyər vermirlər. Mətbuat nümayəndələrini və KİV-ləri sıxışdırırlar. Azərbaycanda isə müəllif hüquqlarının qorunmasına hər dövrdə yüksək qiymət verilib. Daxili və xarici islahatlar zamanı buna xüsusi diqqət ayrılıb".

S.Novruzov bildirib ki, bəzi beynəlxalq təşkilatlar mətbuat azadlığına görə Əfqanıstanı belə Azərbaycandan qabaqda göstərir:

"Bu, çox primitiv bir yanaşmadır. ABŞ Dövlət Departamenti Azərbaycanı qeyri-stabil ölkələr sırasında göstərir. Azərbaycana turistlərin gəlməsinə mane olmaq istəyirlər. Azərbaycan necə qeyri-stabil ölkədir ki, ABŞ və Rusiya Baş Qərargah rəisləri məhz Bakıda görüşür?"

Millət vəkili bildirib ki, bu il seçki ili olduğundan belə təxribatlar çox olacaq:

"Azərbaycan xalqı müdrik xalqdır, seçkidə öz seçimini edəcək, kənar müdaxilələrə yol verilməyəcək. Mətbuatın dəstəyi də bu sahədə önəmlidir".
Deputatdan Avropa Şurası komissarına kəskin sualAŞPA-nın qış sessiyasının ilk günlərində insan hüquqları üzrə yeni komissar seçildi. Avropa Şurasının hazırkı komissarı Nils Muiznieks Azərbaycana qarşı daim qeyri-obyektiv, qərəzli mövqeyi ilə seçilmiş bir şəxsdir. Təsadüfi deyil ki, ötən sessiyalarda onun Azərbaycan əleyhinə işləyən gizli qruplaşmalarla bağlı olması haqqında avropalı müstəqil araşdırıcıların tərtib etdiyi ifşaedici hesabat yayılıb.

Avrasiya.net xəbər verir ki, bu sözləri yanvarın 25-də Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurasının insan hüquqları üzrə komissarına sual verərkən söyləyib.

Rafael Hüseynov sualının əvvəlində Nils Muiznieksin müəyyən qüvvələrin təsiri altında olduğunu ayrıca vurğulayaraq deyib: “Təcrübə göstərir ki, adətən yüksək beynəlxalq vəzifələr tutan şəxslərin işi ilə əlaqədar bilavasitə daşımalı olduğu məsuliyyətdən əlavə müəyyən qüvvələr, xidmətlər, lobbilər qarşısında da çox adama görünməyən məsuliyyət və öhdəlikləri də olur. İnsan hüquqları üzrə komissar olaraq fəaliyyətləriniz əyani şəkildə göstərdi ki, siz də istisna deyilsiniz”.

Deputat Rafael Hüseynov hüquqlarının qorunmasına, ilk növbədə, ehtiyac olan 1 milyon Azərbaycan qaçqını və məcburi köçkününün vəziyyətinin yaxşılaşması üçün Nils Muiznieksin insan hüquqları üzrə komissar olaraq heç bir əməli fəaliyyəti olmadığını diqqətə çatdırıb. “Bu yüksək vəzifəni icra edərkən sizin öhdənizə həm də Avropada ən çox qaçqını və məcburi köçkünü olan Azərbaycandakı 1 milyon insanın hüquqlarını müdafiə etmək düşürdü. Təəssüf ki, siz onların vəziyyətinin azacıq olsa da dəyişməsi, bu ağır statusdan xilas olmaları üçün heç bir ciddi addım atmadınız. İnsan hüquqları üzrə komissar olaraq yerinə yetirmədiyiniz bu məsuliyyətə görə sizdə hər hansı narahatlıq hissi varmı?”, - deyə deputat sual verib.

Sualı cavablandırarkən bu istiqamətdə konkret olaraq bir iş görməsi ilə əlaqədar heç bir tutarlı söz söyləyə bilməyən Nils Muiznieks cavabı ilə ona yönələn ittihamların tam haqlı olduğunu nümayiş etdirib.
Orada üzv ölkələrə qarşı ikili standartlar var - SeyidovAvropa Şurası Parlament Assambleyasında (AŞPA) üzv ölkələrə münasibətdə ikili standartlar var.

Report-un məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən müzakirələrdə deyib.

Onun sözlərinə görə, Avropa Şurasına üzv dövlətlərə qarşı qeyri-obyektiv yanaşmalar hələ də davam edir: "Hesab edirəm ki, AŞPA daxilində monitorinq prosedurunda da dəyişikliklər etməliyik. Biz ölkələrdə insan hüquqları məsələlərini təhlil edərkən daha obyektiv olmağa çalışmalıyıq. Təəssüf ki, üzv dövlətlərin bir hissəsində baş verənlər nəzərə alınmır, digərləri isə daim tənqid atəşinə tutulur. Əgər Fransa, Almaniya, Böyük Britaniya və Avropa Şurasına üzv olan digər ölkələrdəki vəziyyəti təhlil etsək, çox mühüm məsələlərin üzərində dayana bilərik. Bu məsələlərə İslamafobiya, ksenofobiya kimi mənfi fenomenləri misal göstərmək olar. Ancaq təəssüflər olsun ki, AŞPA daxilində dövlətlərə münasibətdə fərqli yanaşmalar mövcuddur".
Həmsədrlərin regiona səfər tarixi bəlli olduDağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın birinci ongünlüyündə regiona səfər edəcəklər.

Bunu APA-ya açıqlamasında Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-də Polşanın Krakov şəhərində keçirilən görüşünün nəticələrinə müvafiq olaraq həmsədrlər fevral ayının birinci öngünlüyündə regiona səfər etməyi planlaşdırırlar.

İ. Popov regiona səfər zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcəklərini də söyləyib. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə olunacaq.
Sarkisyan AŞ PA-da çıxış edəndə harda idiniz, cənablar? - FotolarBir müddət əvvəl assambleyada sinələrinə şəkil yapışdırıb insan hüquqlarının müdafiəçisi kimi çıxış edənlər Ermənistan prezidentinə etiraz etməyə ehtiyac duymadılar

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası yanvarın 22-də öz işinə başlayıb. Yanvarın 26-na qədər davam edəcək qış sessiyasında müzakirəyə çıxarılan məsələlər əsasən münaqişə zonalarındakı humanitar fəlakətlər, sülhün əldə olunması, dözümlülük və tolerantlıq, Avropada anti-semitizm, islamofobiya və ksenofobiya hallarının artması ilə bağlıdır. Bu mötəbər tədbirdə iştirak edən millət vəkillərimiz Azərbaycanla bağlı müxtəlif məruzələrlə çıxış etməkdə, Ermənistanın işğalçılıq siyasətini, Dağlıq Qarabağ problemini avropalı deputatların diqqətinə növbəti dəfə çatdırmaqdadırlar. Bu baxımdan, ötən bir neçə gün AŞ PA-da Azərbaycanla əlaqəli baş verənlər xüsusilə diqqət çəkməkdədir. Belə ki, millət vəkili Qənirə Paşayevanın böyük dəstəyi ilə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov AŞ PA üzvlərini, o cümlədən qurumun vitse-prezidenti cənab Georgi Loqvinskini Ermənistan girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə məlumatlandırıb. Ermənistan prezidenti Serj Sarkisyanın AŞ PA-da çıxışı nəzərdə tutulduğundan Avropa Şurasının binasında girovlarımızın şəkillərinin asıldığı xüsusi stend də quraşdırılıb. Hansı ki, yanvarın 24-də Ermənistan prezidenti, erməni deputatlar, ümumilikdə AŞ PA üzvləri məhz bu stendin önündən keçərək sessiya keçirilən zala daxil olublar. Təbii olaraq onların hər biri istər-istəməz bu stendə diqqət yetiriblər.
Sarkisyan AŞ PA-da çıxış edəndə harda idiniz, cənablar? - Fotolar
Ə.Şahidov AŞPA-nın qış sessiyasında Ermənistan prezidenti S.Sarkisyanın çıxışı zamanı ona qarşı səssiz etiraz aksiyası keçirib. S.Sarkisyan çıxış edərkən əlində Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Ş.Quliyev və D.Əsgərovun fotolarını tutub, erməni prezidenti ifşa edib. Sonradan bu barədə sosial şəbəkədə məlumat açıqlayaraq bildirib ki, aksiya zamanı əyləşdiyi sektorda ondan başqa hamı erməni olsa da, aksiyanın qarşısını almaq üçün heç nə edə bilməyiblər. Sessiyada çıxış edən S.Sarkisyan çıxışını bir anlıq da olsa dayandırıb, başını qaldıraraq girovların fotolarına baxıb. Yalnız məsələyə AŞ PA-nın təhlükəsizlik xidmətinin əməkdaşları qarışdıqdan sonra hüquq müdafiəçisi zaldan çıxarılıb. Ə.Şahidovun Azərbaycan maraqlarına hesablanan bu addımı birmənalı olaraq təqdir olunur, razılıqla qarşılanır. Bunu onun "Facebook” sosial şəbəkəsində səhifəsinə yazılan rəylərdən, cəmiyyət üzvləri arasında aparılan söhbətlərdən, medianın təqdim etdiyi xəbərlərdən açıq-aydın hiss etmək olar.
Sarkisyan AŞ PA-da çıxış edəndə harda idiniz, cənablar? - Fotolar
Lakin təəssüflər olsun ki, hüquq müdafiəçisi adına iddia edən, söz azadlığı və jurnalistikanı şəxsi maraqları üçün vasitəyə çevirən bəzi şəxslər bu cəsarətin, bu təşəbbüskarlığın sahibi deyillər. Xarici dairələrin təsiri altında öz Vətəninə arxa çevirən, ölkəmizin ünvanına zaman-zaman heç bir əsası olmayan ittihamlar səsləndirən, müxtəlif iddialar irəli sürən Leyla Yunus, Emin Hüseynov, Qənimət Zahid, Emin Milli, Orduxan Teymurxanlı, Həbib Müntəzir kimi antimilli ünsürlər Azərbaycan maraqlarını müdafiə etmirlər. Saxta vətənpərvərliyi, qaraguruhçuluğu özlərinə peşə seçmiş bu adamlar sığındıqları xarici ölkələr üzərindən Azərbaycana qarşı "səlib yürüşünə” keçir, ölkəmiz barədə beynəlxalq aləmdə yanlış ictimai rəy formalaşdırmağa çalışırlar.
Sarkisyan AŞ PA-da çıxış edəndə harda idiniz, cənablar? - Fotolar
Xatırlayırsınızsa, 2014-cü ildə Prezident İlham Əliyev AŞ PA-da çıxışı zamanı adları qeyd olunan şəxslərin bəziləri sessiyanın keçirildiyi zalda, həmçinin qurumun binası önündə etiraz aksiyası keçirmişdilər. Onlar ağızlarına qara lent yapışdırmaqla, üzərində "siyasi məhbus” şəkli olan köynəkləri əyinlərinə geyinməklə zalda ayaqüstə dayanıb etirazlarını bildirmişdilər. Bununla guya ki, Azərbaycanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu, hüquq müdafiəçisi və jurnalistlərin həbsə atıldığını, susdurulduğunu nümayiş etdirmək istəmişdilər. Onların bu hərəkətinin davamı olaraq, AŞ PA sessiyasında iştirakçı olan bəzi ermənipərəst deputatlar eyni məqsədə xidmət edən, təxribat yaratmağa hesablanan, qaynağı dezinformasiya olan suallarla Azərbaycan Prezidentinə müraciət etmişdilər. Təbii ki, dövlət başçısı ona ünvanlanan suallara sərrast və konkret cavablar verməklə bu qarğa-quzğun sürüsünü susdurmuşdu. Ancaq burada diqqət çəkən iki məqam üzərində dayanmaq istərdik. O zaman sessiyada ağızları yapışdırılmış, tikilmiş etirazçı gəncləri heç bir təhlükəsizlik qüvvəsi, AŞ PA-nın hər hansı nümayəndəsi zaldan çıxarmağa cəhd etmədi. Təhlükəsizlik əməkdaşları yalnız baş verənləri seyr etməklə kifayətləndi. Bununla bağlı yayılan foto və videolardan da göründüyü kimi, onlar sessiya başa çatana qədər zalda qaldılar. Amma hüquq müdafiəçisi Ə.Şahidovun yanvarın 24-də təkbaşına, tam sivil formada, səssiz aksiyasına, həqiqətləri əlindəki şəkillərlə dilə gətirməsinə, Ermənistan prezidentinin əsl mahiyyətini ortaya qoymasına, onu ifşa etməsinə AŞ PA-nın təhlükəsizlik əməkdaşları dözümlü yanaşa bilmədi. İsrarla hüquq müdafiəçisinin zaldan çıxmasını tələb və təkid etdilər, sonda buna nail oldular. Bu faktın özü Avropanın mötəbər qurumunda reallıqların nədən ibarət olduğunu əyani şəkildə növbəti dəfə ortaya qoyur.
Sarkisyan AŞ PA-da çıxış edəndə harda idiniz, cənablar? - Fotolar
Digər məqam 2014-cü ildə AŞ PA-da keçirdikləri etiraz aksiyaları ilə Qərb mediasının gündəmini bəzəyən "qəhrəmanlar”ın Ermənistan prezidenti S.Sarkisyanın AŞ PA-dakı çıxışı zamanı orada olmamalarıdır. Əgər onlar iddia etdikləri kimi vətənpərvər, xalq, millət təəssübkeşi olsaydılar, məntiqlə o zalda hamıdan birinci olmalıydılar. Çünki, ümummilli maraqlar olan yerdə şəxsi maraqlar hər zaman arxa plana keçməlidir. Həmin gün orada çıxış edən şəxs Azərbaycanın 20 faiz ərazisini işğal edən, indiyə qədər işğal altında saxlayan, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən, 30 mindən çox insanımızın şəhid olmasına, 50 mindən artıq vətəndaşımızın sağlamlıqlarını itirməsinə səbəbkar olan düşmən dövlətin – Ermənistanın prezidenti idi. Damarında azərbaycanlı qanı axan, Vətənini, millətini düşünən istənilən kəs bu fürsətdən maksimum yararlanmağa çalışardı. Amma antimilli ünsürlərdə bu qeyrət olmadığı üçün orada olmadılar. Tutaq ki, sən Azərbaycan hakimiyyətindən, mövcud iqtidardan küskünsən, bəs Vətəninə, ölkənə, onun milli-dövlətçilik maraqlarına, mənsub olduğun xalqa niyə arxa çevirirsən? Məgər Xocalı soyqırımının törədilməsində bilavasitə iştirakçı olan S.Sarkisyana, azərbaycanlıları ölkəsində girov saxlayan Ermənistan prezidentinə etiraz etmək vətənpərvərlikdən qaynaqlanmırmı?

Bütün bu faktlar bir daha ona dəlalət edir ki, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınanların bir qismi sonrakı davranışlarında ölkəmizə qarşı səmimi münasibət sərgiləmirlər. Vətən, millət, xalq təəssübkeşi kimi özlərini beynəlxalq ictimaiyyətə sırımaq istəyənlər əsil gerçəklikdə Azərbaycanı istəməyən qüvvələrin, erməni diasporunun maliyyələşdirdiyi təşkilatlara sığınaraq, məhz onların təlimatları ilə hərəkət edirlər. Bu insanlar öz ağalarını, əllərində alətə çevrildikləri qüvvələri narazı salmamaq, Vətəni satmaq müqabilində alacaqları 5-10 manatı itirməmək üçün hər vasitəyə əl atırlar.

Rufik İSMAYILOV
ABŞ-ın “Böyük Yaxın Şərq” layihəsi artıq məhv olubRusiya “Zeytun budağı” əməliyyatlarına ABŞ-ın Suriyadakı varlığından narahat olduğu üçün icazə verib.

Axar.az xəbər verir ki, bu sözləri “Aydınlıq” qəzetinə açıqlamasında rusiyalı filosof və ideoloq Aleksandr Duqin söyləyib. Onun sözlərinə görə, ABŞ-ın “Böyük Yaxın Şərq” layihəsi artıq məhv olub və onların əlində yalnız kürd kartından başqa heç nə qalmayıb:

“Bu əməliyyatı analiz edən zamanı kürd faktorunu diqqətə almalı və onların Amerika strategiyasının bir vasitəsi olduqlarını unutmamalıyıq. ABŞ bölgədəki bütün oyunçularla yaxınlaşıb, Yaxın Şərqdəki strateji vəziyyətini yenidən formalaşdırmağa çalışır. Bunu edərkən kürd dövlətini də planladılar. Başlanğıcda kürdlər bu plan çərçivəsində istifadə ediləcək vasitələrdən sadəcə biri idi. Əslində Ərdoğan və Türkiyə də ABŞ-ın tərəfindəydi. Ancaq zamanla Yaxın Şərq layihəsinin icra edilməsi müddəti ərzində amerikalılar bütün vasitələrini itirməyə başladılar. Bu gün bölgədə tam yeni görünüşə sahibik. Rusiyanın Türkiyə ordusunun Afrindəki əməliyyatlarını qəbul etməsi onun Avrasiya geosiyasətinə bağlıdır. Bu əməliyyat kürdlərə qarşı deyil. Bu əməliyyatın hədəfi ABŞ-ın bölgədəki planlarıdır. Türkiyə və Rusiya arasında Şimali Suriyada Amerikanın varlığına qarşı hərəkət etmə məsələsində bir növ razılaşma da var. Əsas məqsəd budur.

Dolayısı yolla kürdlər mövqelərini təkrar dəyərləndirməlidirlər. Amerikanın onlara verdiyi dövlət vədinə inanmaları xəta idi. İndi isə onlar vəziyyətlərini addım-addım nəzərdən keçirirlər, amma artıq çox gecdir”.

Duqinin fikrincə, Türkiyənin artıq NATO-dan ayrılmaq vaxtı çatıb:

“Bu əməliyyat Türkiyə siyasi tarixində çox uzun davam edən bir dövrün sonu deməkdir. İndi Türkiyənin ABŞ-la strateji ittifaqı pozmaq vaxtı çatıb. NATO-nun bir parçası olaraq siz amerikalılarla savaşa bilməzsiniz. İncirlikdəki ABŞ bazasının varlığı gündəmə gəlməlidir. Türkiyənin NATO-dan çıxmaq perspektivi qaçılmazdır. Rusiya belə bir qərarı dəstəkləyəcək və Türkiyənin strateji ortağı olacaq.

Suriyadakı vəziyyət isə tamam ayrıdır. Türkiyənin Menbiçdəki addımlarından sonra ABŞ-la Türkiyə birlikləri arasında toqquşmanın olacağını düşünmürəm. Lakin ABŞ bundan sonra ciddi addım atacaq. Artıq Türkiyənin NATO-dan çıxması gündəmə gələcək. Son bir neçə gündə geri dönüşü olmayan addımlar atıldı. ABŞ reaksiyasını tez verəcək. Bunun savaş olacağını düşünmürəm, amma çox ciddi addım olacaq. Çox dramatik vəziyyətlə qarşılaşmaya hazır olmalıyıq. Bir-birimizə bağlılıq göstərməliyik. ABŞ tapa biləcəyi hər vasitə ilə Rusiya, Türkiyə, İran və Suriya arasındakı ittifaqı pozmağa çalışacaq. Ona görə ki, amerikalılar üçün tək həll yüksələn geosiyasi üçbucağı (Rusiya-Türkiyə-İran) yox etməkdir. Bizə qarşı provokasiyalar gerçəkləşdirəcəklər”.