Rəsmi Bakı Qasım Süleymaninin qətlinə reaksiya verdiAzərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İran İslam Respublikasının XİN rəhbəri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Azərbaycan XİN-dən virtualaz.org-a verilən məlumata görə, telefon danışığı zamanı nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər. Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırıb.

E.Məmmədyarov, həmçinin general Qasım Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı verib.
Fəxri konsul deputatlığa namizəd oldu Efiopiyanın Azərbaycandakı Fəxri Konsulu, Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Ceyhun Ələkbərov 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizəd oldu.
Fəxri konsul deputatlığa namizəd oldu
Uğurlar olsun!
MSK sədri: “285 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 nəfər müraciət edib.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, namizədlərin 461 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: “16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb”.

M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərin 2066 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 1903 nəfəri isə imza vərəqələrini götürüb, 580 nəfər dolduraraq qaytarıb, 285 nəfər isə qeydə alınıb”.
Parlament seçkiləri: daha bir partiya qeydə alındı
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların sayı 21-ə çatıb.

Avrasiya.net xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 20 siyasi partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.
Bizə parlamentdə karyeristlər deyil, dövlətçilik şüuru yüksək peşəkarlar lazımdır...
O, bir sıra sahələri əhatə edən, həmçinin səhiyyə qanunvericiliyinin təkmilləşməsinə cəmiyyətdə böyük ehtiyac olduğu qənaətindədir. O, 90-cı illərdən bəri dünyanın 53 ölkəsində olub və tibb hüququnu, dövlət təbabətini, məhkəmə təbabətini, insan hüquqlarını tədqiq edib öyrənib. O, hər ölkədə Azərbaycan alimi, mütəxəssisi, eksperti, vətəndaşı statusunu hər şeydən üstün, uca tutub.
Bizə parlamentdə karyeristlər deyil, dövlətçilik şüuru yüksək peşəkarlar lazımdır...
O, professor Vüqar Məmmədovdur.

Vüqar Məmmədov tibb hüququ, məhkəmə təbabəti və bioetika elmləri sahəsində Azərbaycan alimidir. Məhkəmə-tibbi eksperti, hüquqşünas, tibb elmləri doktoru, professordur.
Bizə parlamentdə karyeristlər deyil, dövlətçilik şüuru yüksək peşəkarlar lazımdır...
Dünya Tibbi Hüquq Assosiasiyasının Birinci vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti və Təhsil komitəsinin rəhbəri, İpək Yolu ölkələrinin Məhkəmə Ekspertizalar Konsortsiumun vitse-prezidentidir. Özü də bu təşkilatların idarə və icraçı komitələrinində təmsil olunan ilk müsəlman alimdir.

Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının professoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin insan hüquqları YUNESKO kafedrasının və kriminalistika/məhkəmə ekspertizası professorudur.
Bizə parlamentdə karyeristlər deyil, dövlətçilik şüuru yüksək peşəkarlar lazımdır...
Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuror yanında məhkəmə ekspertizaları üzrə Elmi-Məşvərət Şurasının eksperti, bir sıra digər nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatlarının üzvüdür, mütəmadi olaraq mühazirələr oxumaq üçün ABŞ, Çin, Rusiya, İndoneziya, Pakistan, Türkiyə, Litva, Ukrayna və digər ölkələrin universitetlərinə, peşə müəssisələrinə dəvət alır.

İki ali təhsili var: hüquq və tibb. 10-a yaxın kitab, 300-dən artıq elmi işin müəllifidir.
Bizə parlamentdə karyeristlər deyil, dövlətçilik şüuru yüksək peşəkarlar lazımdır...
Vaşinqtonda Amerikan Universitetinin Transmilli Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə Mərkəzində (TRACCC) (ABŞ), Ümum-Rusiya Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində və Seçenov adına Birinci Dövlət Tibb Universitetində (Rusiya), Qlazqo və Dandi Universitetlərində məhkəmə ekspertizaları üzrə BMT Mərkəzlərində (Böyük Britaniya) ixtisaslaşmalar və elmi tədqiqatlar aparıb.

Səhiyyə, bioetika və insan hüquqları sahələrinə aid 324 televiziya verilişinin müəllifi və aparıcısı olub.

İngilis, rus, fransız, türk dillərini bilir.

Azərbaycan Tibbi Hüquq və Bioetika Assosiasiyasının sədri
YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri AR Prezidenti yanında AAK-nın Hüquq Elmləri üzrə Ekspert Şurasının üzvüdür.
Bizə parlamentdə karyeristlər deyil, dövlətçilik şüuru yüksək peşəkarlar lazımdır...
Böyük transmilli xarici şirkətlərin Azərbaycanda nümayəndəliklərinin və BMT-nin Azərbaycanda proqram və layihələrinin rəhbəri (1997-2009), AMEA-nın İnsan Hüquqları İnstitutunun Elmi işlər üzrə direktor müavini (2010-2014), Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin direktoru, “Milan Ekspo 2015” Dünya Sərgisində Azərbaycan pavilyonunun tematik konsepsiyasının müəllifi, məzmun üzrə işçi qrupun rəhbəri, sonradan isə Baş komissarın müavini vəzifələrində işləyib (2013-2016).

Belə dəyərli alimlərimzi, peşəkar mütəxəssislərimizi tanımaq və tanıtmaq hər birimizin borcudur.
Bizə parlamentdə karyeristlər deyil, dövlətçilik şüuru yüksək peşəkarlar lazımdır...
Bizə parlamentdə karyeristlər və korporativ maraqlarını hər dəyərdən üstün tutan siyasi avantüristlər deyil, qanunvericilik hakimiyyətindən mahiyyəti üzrə dövlətə, cəmiyyətə real fayda verməyə can atan, dövlətçilik şüuru və peşəkarlığı ilə seçilən nümayəndələr lazımdır.

22 saylı Nəsimi ikinci Seçki dairəsindən deputatlığa namizəd olan Professor Vüqar Məmmədov kimi..

Xalid Niyazov
Pakistandan İrana xəbərdarlıq: Ermənilər xəyanət edəcək
Pakistanın Baş naziri İmran Xan İran Prezidenti Həsən Ruhani ilə görüşdə xəyanətkarlar barəsində tədbir almağı məsləhət görüb.

Axar.az xəbər verir ki, bu barədə şəxsi Feysbuk səhifəsində erməni jurnalist Diana Arutunyan yazıb. Arutunyanın yazdığına əsasən, İmran Xan müharibənin baş verəcəyi təqdirdə İrana ilk xəyanət edəcək və ABŞ tərəfə qaçacaq şəxslərin ermənilər olacağını deyib.

“İran Pakistan kimi polietnik, çoxmillətli imperiyadır. Biz qonşumuzun aqibətinin keçmiş dövrlərin nəhəng imperiyaları olan Britaniya imperiyası və ya Sovet Rusiyası kimi olmasını istəmirik”, - deyə İmran Xan qeyd edib.

Xanın sözlərinə görə, İran xarici hədələrə sinə gərə bilir, lakin onu daxildən parçalaya bilərlər.

“Bunu kimin edəcəyini özünüz təxmin edin”, - deyə o, əlavə edib.

İmran Xan ehtiyac olacağı təqdirdə İranı öz nüvə zirehinin altına almağa da söz verib.

Yaxın Şərqin qüdrətli dövləti olan Pakistanın baş naziri İmran Xanın açıqlamaları İranda və onun hüdudlarından kənarda qızğın mübahisələrə səbəb olub. Belə ki, demokrat senator Elizabet Uorren hesab edir ki, Pakistan ABŞ ordusunun keçə bilmədiyi qırmızı bir zolaqdır və ABŞ-ın “dəlisov rəhbəri ilə Pakistanın ballistik raketləri artıq yanvarın 4-ü sübh tezdən Kaliforniya səmasında nüvə qışı yarada bilər”.

Bu arada, İran lideri Pakistanın təklifinə birmənalı yanaşmayıb.

Nikol Süleymaninin qətlinə görə ABŞ-ı təbrik etdi - İran şokda
Bu gün erməni jurnalist Diana Arutunyan öz Feysbuk səhifəsində şok məlumat yayıb.

Axar.az xəbər verir ki, jurnalistin yazdığına görə, Ermənistan Baş naziri Nikol Paşinyan əfsanəvi general, Qüds briqadasının komandanı Qasım Süleymaninin qətlə yetirilməsi münasibətilə ABŞ Prezidenti Donald Trampı təbrik edib.

Cümə axşamı ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanın Baş naziri Nikol Paşinyandan rəsmi təbrik qəbul edib. Paşinyan təbrikində terrorla bundan sonrakı mübarizədə uğurlar arzu edib.

“Ermənistan ABŞ-ın İraqda beynəlxalq terrora qarşı mübarizəsindəki nailiyyətləri alqışlayır”, - deyə Paşinyan bildirib.

Ermənistan baş nazirinin sözlərinə görə, onun ölkəsi qlobal terrorun təhlükələrilə üzləşən ilk ölkələrdən olub.

“İntiqam bütün terroçuları haqlayacaq. Bir daha təbrik edirəm”, - deyə Paşinyanın məktubunda qeyd olunub.

İraq Xarici İşlər Nazirliyi Ermənistan rəhbərinin təbrik məktubuna reaksiya verərək, “Paşinyanı Ermənistan xalqının seçdiyi və İranda heç kimin erməni xalqını təhqir etmək istəmədiyi” bildirilib.

“Erməni xalqının terrorla mübarizəyə dəstək istəyinə və bizi terror mənbəyi qismində görməsinə cavab olaraq, biz Azərbaycan və Türkiyə Respublikalarının ərazi bütövlüyünü dəstəkləyəcəyik”, - deyə İran XİN bəyan edib.

Qeyd edək ki, bu, Diana Arutunyanın yaydığı məlumatdır.
Nikol Süleymaninin qətlinə görə ABŞ-ı təbrik etdi - İran şokda
Prezident İlham Əliyevin 2019-cu ildə apardığı islahatlar "Lider"də müzakirə olunub - FOTO/VİDEO
"Lider" teleziyasında Niyaməddin Orduxanlının aparıcı olduğu siyasi verlişin- "Gələcəyə doğru"nunun bu dəfəki mövzusu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı köklü islahatlar olub.
Prezident İlham Əliyevin 2019-cu ildə apardığı islahatlar "Lider"də müzakirə olunub - FOTO/VİDEO

Orduxanlınının bu dəfəki qonaqları Milli Məclisin deputatı Qənirə Paşayeva ilə YAP Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov olub.

Həmin verlişin videosunu təqdim edirik:
   79 yaşlı millət vəkili 6-cı dəfə namizədliyini irəli sürdü - YAP-a rəqibdir
Bitərəf deputatlardan daha biri-akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, sabiq birinci vitse-spiker və eks birinci vitse-premyer Ziyad Səmədzadə imza vərəqələrini namizədliyini yenidən irəli sürdüyü dairənin Seçki Komissiyasına təhvil verib.

Z. Səmədzadə hazırda parlamentdə təmsilçisi olduğu dairədən - 23 saylı Nəsimi-Səbail dairəsindən seçkilərə qatılıb.

Qeyd edək ki, Z. Səmədzadə 6-cı dəfədir seçkilərə qatılıb və 4 dəfə millət vəkili seçilib.

O, bir dəfə sovetlər dövründə deputat olub, son 3 çağırışda da Milli Məclisdə (MM) Bakını təmsil edib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Rəhimov Elnur Fidail oğlunun namizədliyini irəli sürüb. Z. Səmədzadənin namizədliyinin qeydə alınması məsələsinə sabah, yanvarın 3-də Dairə Seçki Komissiyası (DSK) tərəfindən qərar veriləcək. (Etikxeber)