ABŞ-la İrəvan yazışması: Qarabağı qaytaraq... – Şok sənədABŞ Dövlət Departamenti Dağlıq Qarabağla bağlı iki vacib sənədi açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın 7or.am saytı məlumat yayıb.

Hər iki sənəd Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın münaqişənin həllinə dair mövqeyi ilə bağlıdır.

1993-cü ilin 29 mayına aid olan ilk sənəddə ABŞ-ın İrəvandakı səfiri Harri Gilmorla Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Jirayr Lipartiyanın dialoqu yer alıb:

“Ter-Petrosyan hökuməti Qarabağı itirməkdən narahat deyil. Onlar başqa məsələlərə - demokratiya, insan hüquqları və həyat şəraitinin yüksəldilməsi ilə bağlı öhdəlik götürüblər. Kəlbəcərin qorunması erməni əhalisinin əsas hədəfinə çevriləcəksə, Ter-Petrosyan və hökuməti istefaya gedəcək. Onlar işğal olunmuş ərazilərin geri qaytarılmasının tərəfdarıdırlar”.

Digər sənəddə isə 1996-cı ildə ABŞ dövlət katibinin müavini Strob Talbottun ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Sandi Berger ilə yazışması qeyd olunub:

“Ter-Petrosyan bildirir ki, Dağlıq Qarabağ məsələsində 90% uğur qazana bilərik, qalan 10% üçün isə vasitəçilər lazımdır. Birinci ATƏT-in Minsq Qrupu, ikinci ABŞ, üçüncü isə Rusiya. Daha bir variant var – Azərbaycan Respublikasının dövlət müşaviri Vəfa Quluzadə ilə birbaşa dialoq. Ermənistan Prezidentinin sözlərinə görə, burada söhbət ərazi bütövlüyü və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaqdan gedir. Ter-Petrosyan eyni zamanda deyir ki, vasitəçilər Dağlıq Qarabağın təhlükəsizliyi ilə bağlı təminat məsələsini həll etməlidirlər. Onun sözlərinə görə, Qarabağ Ermənistanla əlaqədə olmalıdır. Bu, həm də hərbi-təhlükəsiz dəhliz olmalıdır”.
ABŞ-la İrəvan yazışması: Qarabağı qaytaraq... – Şok sənəd
ABŞ-la İrəvan yazışması: Qarabağı qaytaraq... – Şok sənəd
Əliyevin Münhendə Paşinyana müharibə mesajı... - GeneralSiyasi gündəmin prioritet mövzusu fevralın 15-i Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debatdır. Bu müzakirələr tam olaraq Azərbaycan Prezidentinin açıq üstünlüyü ilə baş tutdu.

N.Paşinyanın debat zamanı tarixi faktları təhrif etməsi, ingilis dilində normal danışa bilməməsi, həmçinin əsassız siyasi təhlili onu çıxılmaz və gülünc vəziyyətə saldı. Bunu beynəlxalq qurumların təmsilçiləri ilə yanaşı, Ermənistanın tarixçi və jurnalistləri də etiraf edirlər.

Hazırda Azərbaycan cəmiyyəti Münhen debatını geniş müzakirə edir. Bəs debat Azərbaycan Ordusunun əsgər və zabitləri arasında necə qarşılanıb?

Avrasiya.net xəbər verir ki, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Report-a açıqlamasında Münhen debatını yüksək qiymətləndirib:

“Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xeyli sayda görüşlər keçirdi. Dövlət başçısı eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debatda çox yüksək səviyyədə çıxış etdi. Doğrusu, əvvəldən bilirdim ki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışlarında suallara faktiki cavab verə bilməyəcək. İşğalçı ölkə ordusunun acınacaqlı durumu, təminatının və təchizatının çox aşağı səviyyədə olması Paşinyana imkan vermir ki, iradəli və əsaslı çıxış etsin.

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov:

"İşğalçı ölkə ordusunun acınacaqlı durumu, təminatının və təchizatının çox aşağı səviyyədə olması Paşinyana imkan vermir ki, iradəli və əsaslı çıxış etsin".

Hər birimiz fəxrlə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına qulaq asdıq, debatın tərcüməsini oxuduq. İlham Əliyevin qətiyyətli danışığı, sözsüz ki, düşmənə müharibə mesajını verirdi”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov açıqlamasında debatın işğal olunmuş torpaqların bir daha kimə aid olduğunu sübuta yetirdiyini deyib: “Beynəlxalq qurumların, siyasi ekspertlərin, tarixçilərin iştirak etdiyi debatda Azərbaycan Prezidentinin çıxışı ilk növbədə onun yüksək insani dəyərlərə malik olduğunu göstərdi. Cənab prezident çox dəqiq, tarixi faktlarla Paşinyana göstərdi ki, bu torpaqlar Azərbaycanındır və nəyin bahasına olursa olsun, gec-tez ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Prezident həm tarixə nəzər salaraq, həm də beynəlxalq qurumların qətnamələrini əsas gətirərək bir daha göstərdi ki, Ermənistan işğalçıdır.

Prezident İlham Əliyev peşəkar siyasətçi və təcrübəli dövlət başçısı kimi qarşı tərəfin – Nikol Paşinyanın üzərində böyük üstünlük qazandı. Paşinyan bütün debat boyu siyasi cəhətdən savadsız bəhanələr gətirirdi, fikirlərini əsaslandıra bilmirdi. Buna cəhd edəndə də hansısa uydurma məlumatlara istinad edərək populist çıxış edirdi”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov:

"Azərbaycan əsgərinin, zabitinin ruh yüksəkliyinə səbəb olan bundan böyük başqa bir faktor yoxdur".

Ehtiyatda olan polkovnik bildirib ki, Münhen debatı nəticəsində beynəlxalq qurumlar tərəflər arasındakı fərqi və kimin haqlı olduğunu görə bildi.

Onun fikrincə, Prezident çıxışı ilə Azərbaycanın mövqeyini ortaya qoymaqla yanaşı, Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq bütün orduya əmr də verdi: “Bu əmr ondan ibarətdir ki, ordu hər vaxt torpaqlarımızı azad etməyə hazır olmalıdır!

Dialoqun nəticəsi onu göstərdi ki, Silahlı Qüvvələrimizdə xidmət edən heyət, əsgərdən tutmuş birinci şəxsə kimi bir söz deyir: Biz əmr gözləyirik! Azərbaycan Silahlı Qüvvələri torpaqları işğalçılardan azad etmək üçün hər an əmr ala bilər.

Mənə elə gəlir ki, Azərbaycan əsgərinin, zabitinin ruh yüksəkliyinə səbəb olan bundan böyük başqa bir faktor yoxdur.

Ali Baş Komandan bəyan etdi ki, biz öz torpaqlarımızı azad edəcəyik. Azərbaycan Ordusu da hər vaxt döyüşə hazır olması, öz fəaliyyəti nəticələri, beynəlxalq səviyyədə keçirilən hərbi yarışlarda iştirakı və təlimlərlə döyüşə hazır olduğunu təsdiqləyir”.
"İlham Əliyev Paşinyanı rəzil etdi"
"İlham Əliyev məntiqli arqumentləri və ağıllı diplomatik gedişilə Paşinyanı nokauta saldı. Uzun müddət Paşinyanın bu zərbədən ayıla biləcəyinə ümid etmirəm".

Avrasiya.net xəbər verir ki, bunu Avrasiya Kombat Ciu-Citsu Federasiyası və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyin prezidenti Aqil Acalov Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan panel müzakirələrinə münasibətində deyib.

A.Acalaov qeyd edib ki, bütün beynəlxalq tədbirlərdə prezident İlham Əliyev həmişə Ermənistan liderlərini susdurub: “Prezidentimizin məntiqli arqumentləri qarşısında həmişə çıxılmaz vəziyyətlərdə qaldıqlarından işğalçı ölkə rəhbəri tutuquşu kimi eyni ifadələr işlədiblər. İşğal faktını gizlətmək, ondan yayınmağa cəhdlər göstəriblər. Amma tarixi və hüquqi faktlar qarşısında aciz qaldıqlarından özlərini dolaşdırıblar. Bu dəfə də eyni vəziyyətlə üzləşən Paşinyan Əliyev qarşısında sındı, rəzil oldu".

A.Acalov onu da vurğulayıb ki, Paşinyanın Əliyev qarşısında rəzil olduğu faktını Ermənistan mediası yazıb, erməni politoloqları bunu baş nazirin naşılığı və savadsızlığı, problemin mahiyyətini dərk etmədiyini bildiriblər: "Prezidenti İlham Əliyev konkret sənədlərə, tarixi faktlara və dəlillərə istinad edərək tutarlı və diplomatik çıxışı ilə bir daha Paşinyana sərt və güclü sillə vurdu. İlham Əliyevin hüquqi arqumentləri və tarixi faktları Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bir daha sübut etdi. Paşinyan dünyanın gülüş və məsxərə obyektinə çevrilib. İlham Əliyev bütün debatlarda, bütün görüşlərdə ermənilərə sarsıdıcı zərbələr endirməkdədir. İlham Əliyev Münhendəki arqumentləri ilə bir daha dünyaya mesaj verdi ki, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır, əzəli və əbədi. Paşinyan prezidentimizin arqumentləri qarşısında dili söz tutmurdu, topuq vururdu. Özünü o dərəcədə itirmişdi ki, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etdi, sonradan "səhv"ini düzəltdi".

Federasiya prezidenti sonda qeyd edib ki, işğalçı Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı bundan öncəki müzakirələrdən müxtəlif bəhanələrlə qaçmaq istəyiblər və çox vaxt buna nail olublar: "Münhen diskussiyasına da əvvəlcə razılıq verməyiblər. Sonradan panel müzakirələrdə iştiraka məcbur olublar. İlham Əliyevlə üz-üzə gəlməkdən ehtiyatlanıblar, çəkiniblər, qorxublar. Axı İlham Əliyev həmişə görüşlərdə bütün parametrləri ilə onları üstələyib. Azərbaycan prezidentinin çox inamlı görünüşü və səlist diksiyası həmişə nəzərəçarpacaq dərəcədə üstün olub. Bu dəfə də Paşinyan hiyləgər görünüşü və fikirləri ilə yadda qaldı. Amma İlham Əliyev onun söylədiyi hər fikrini məntiqli cavabı ilə alt-üst etdi. Paşinyanın daha bir səhvi isə Gornaboy rayonunu Dağlıq Darabağ ərazisi adalnadırması oldu ki, Azərbaycan prezidenti dərhal bu iddiya cavab verərək Paşinyanın yalanını üzə çıxartdı. Sonda Paşinyan səhvinə görə üzr istədi”.
Əliyev Münhendə ermənilərə səsləndi - Tarixi nüansMünhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən debatdan aldığımız təəssürat artıq medianın və sosial şəbəkələrin bütün seqmentlərini əhatələyib. Bu görüş Prezident İlham Əliyevin daha bir diplomatik uğuru olmaqla yanaşı, Azərbaycan həqiqətinin və Azərbaycan insanının mühüm tribunadan təqdimatı baxımından tarixə keçdi.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan panel müzakirələrini şərh edərkən deyib.

A.Camalqızı bildirib ki, bu görüşdə də Prezident İlham Əliyevin ənənəvi strategiyası özünü göstərdi:

“45 dəqiqə davam edən debatla bağlı həddən artıq geniş danışmaq mümkündür, çünki Azərbaycan liderinin əminliyi, tarixi bilgiləri, nitqini beynəlxalq hüquq dili üzərində qurması, təmkini, jestləri və bütövlükdə atmacaları ilə bütünləşən çıxışı zəngin təəssürat yaradırdı.

Hər şeydən öncə diqqət etmək istədiyim məqam Prezidentin nitqinin əvvəlində belə bir debat üçün vaxtilə təşəbbüs göstərdiyini, Davosda bu təklifi səsləndirdiyini, son anda Sərkisyanın debatdan imtina etdiyini xatırlatması idi. Bu xatırlatma təsadüfi deyildi, özündə “yalnız Paşinyanla deyil, bütün erməni siyasi elitası və ermənilərin istənilən lideri ilə debata çıxmağa hazıram” mesajını daşıyırdı.

Burda həmçinin daha bir anons vardı: Prezident sanki Ermənistanın siyasi liderlərinin meydandan qaçdığını bildirdi, Paşinyanın simasında debata çıxanların isə aqibətinə diqqət edilməsini istədi”.

A.Camalqızının sözlərinə görə, bu debat yalnız İlham Əliyev və Paşinyan adına deyildi:

“Ermənilər özlərini dünyada məzlum, əzabkeş, eyni zamanda intellektli, mədəni xalq kimi tanıtmağa çalışıb və yaxud dünyanın bəzi gücləri onlardan belə bir obraz formalaşdırıb; bu “yüksək dəyərlərə malik xalqın” “vəhşi”, “barbarların” hücumuna məruz qalmasından ah-zar edilib.

Bu debatda İlham Əliyevin simasında Azərbaycan xalqı ilə Paşinyanın simasında erməni xalqı üz-üzə idi. Bu xüsusi məqamdan İlham Əliyev məharətlə bəhrələndi və Azərbaycan insanının intellektini, savadını, mədəniyyətini, ziyalılığını öz simasında ifadə etdi. İlham Əliyev həm tarixi həqiqətləri ortaya qoydu, həm də Xocalı soyqırımını xatırlatmaqla ermənilərin əslində uşaqlara, qocalara və qadınlara qarşı dəhşətli qətliam həyata keçirən vəhşilər olduğunu nümayiş etdirməklə, həqiqəti, erməni aqressiyasının mahiyyətini canlandırmağa və onu beynəlxalq ictimaiyyətin anlayacağı dildə təqdim etməyə nail oldu”.

Politoloq qeyd edib ki, 45 dəqiqə müddətində İlham Əliyev dünyaya ciddi bir müqayisə fürsəti verdi:

“Bir tərəfdə yüksək nitq və özünüifadə qabiliyyətinə malik, beynəlxalq nizamı incəliyinə qədər bilən və yaşam tərzini də buna uyğunlaşdıran Azərbaycan insanı, digər tərəfdə isə nitqi kimi, savadı da yarımçıq, aqressor, uşaq qatili, işğalçı, dünyanın ən mötəbər təşkilatı olan BMT TŞ-nin (İlham Əliyev təsadüfən demədi ki, dünyanın bundan mötəbər başqa təşkilatı yoxdur) 4 qətnaməsini heçə sayan Ermənistan insanı! Bu müqayisədə beynəlxalq ictimaiyyətin hansı nəticə çıxardığını bilmək üçün erməni mediasına baxmaq kifayətdir. Erməni politoloqları Paşinyana qarşı həddən artıq ağır ifadələr işlətməkdədirlər. Bu isə Paşinyanın simasında ermənilərin dünyada hansı vəziyyətə düşdüklərini anlamalarının nəticəsidir”.

A.Camalqızı qeyd edib ki, Prezident İlham Əliyevin ünvanına sonsuz sevgi və qürurlu mesajların ünvanlanmasının səbəbi də budur:

“İlham Əliyev bütün debatlarda, bütün qarşılaşmalarda qarşı tərəfə ən ağır zərbələr endirməkdədir: 2010-cu ildə Mübariz İbrahimovun nəşinin geri alınmasından, Ramil Səfərovun ölkəyə qaytarılmasından tutmuş 2016-cı ildəki Aprel savaşına, Soçi, Daşkənd görüşlərinə, Valday Diskussiya Klubundakı çevik siyasi qərarlarına qədər, İlham Əliyev bütün istiqamətlərdə yüksək səviyyəli peşəkar olduğunu göstərməkdədir. İlham Əliyev diplomatik zəmin hazırlayır, beynəlxalq rəyi formalaşdırır və hər keçən gün bu mövqeyi daha da dərinləşdirir. Yəni Prezident həm hərbi, həm siyasi-diplomatik, həm də iqtisadi baxımdan Ermənistana qarşı mübarizədə böyük uğurlar əldə edib və bunu hər gün artırır”.

Aynur Camalqızı onu da vurğulayıb ki, Prezidentin bu debatda səsləndirdiyi sərrast fikirlər Ermənistan təbliğat maşınının illərdir qurub-yaratdığı “Böyük Ermənistan” mifini də darmadağın etdi:

“Paşinyanın çətinə düşən uşaq kimi “Böyük Tiqran”ın “üstünə qaçması” zalda gülüş doğurdu. Hətta erməni politoloqları da onun bu addımının rüsvayçı olduğunu bildirdilər. Məlum olduğu kimi, Paşinyanın “Böyük Tiqran” dediyi tarixi şəxsiyyətin və “Armeniya krallığı” deyilən bir dövlətin indiki ermənilərlə, yəni haylarla heç bir əlaqəsi yoxdur. Tiqran etnik olaraq hay deyildi. Amma Paşinyanın bu addımı başadüşüləndir, çünki ermənilər illərdir Azərbaycan və digər qonşu dövlətlərin mədəni sərvətlərini öz adlarına çıxmaqla məşğuldurlar”.

Politoloq qeyd edib ki, Prezident çıxışında erməni ictimaiyyətinə də çox ciddi mesaj göndərdi:

“Prezident qeyd etdi ki, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanda müxtəlif millətlərin nümayəndələri sülh şəraitində rahat şəkildə yaşayırlar, ərazi bütövlüyümüz tam bərpa olunarsa, ermənilər milli azlıq kimi, ölkəmizdə istənilən digər millətin nümayəndəsi kimi, bütün hüquqlara və imtiyazlara malik olacaqlar. Bu, debatın ən önəmli nüanslarından biri idi.

Həmçinin Prezident erməni və azərbaycanlı icmaları arasında ünsiyyət təşəbbüsünə də toxundu və qeyd etdi ki, ermənilər birgəyaşayışdan başqa yol olmadığını anlamalı, Azərbaycanın ərazi bütövlüyünü qəbul etməlidirlər. Bu sözlər xüsusilə dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərə ünvanlanmışdı”.

Politoloq vurğulayıb ki, İlham Əliyev Qarabağın azadlığı istiqamətində bütün istiqamətlərdə paralel və sistemli addımlar atır:

“Prezidentin bu addımları Qarabağın azadlığını hər gün bir az da yaxınlaşdırır və inanıram ki, o gün uzaqda deyil”.
MSK sədri: “Özünüzü təbliğ edin, amma bizi gözdən salmayın”
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov çağırış edib.

Avrasiya.net-in məlumatına görə, M.Pənahov bəzi deputatlığa namizədlərə müraciət edərək deyib ki, onlar özlərini təbliğ edə bilərlər.

Bununla belə, o bildirib:


Özünüzü təbliğ edin, amma bizi də gözdən salmayın”, - deyə M.Pənahov əlavə edib.



Onun sözlərinə görə, MSK-ya daxil olan müraciətlərin hamısına baxılır.
Seçki saxtakarlığına yol verənlərin işi prokurorluğa göndəriləcək - MSK katibi
Xəbər verdiyimiz kimi, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı 4 seçki dairəsinin nəticəsi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən etibarsız elan olunub.

Belə ki, 33 saylı Xətai birinci, 35 saylı Xətai ikinci, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində çoxsaylı seçki məntəqələrində saxtakarlığa yol verildiyi üçün həmin dairlərin nəticələri ləğv olunub.

Maraqlıdır, nəticəsi ləğv olunan daiələrlə bağlı cinayət işi açıla bilərmi? Səsvermə prosesində saxtakarlığa yol verən şəxsləri hansı cəzalar gözləyir?

Məsələ ilə bağlı Modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev saxtakarlığa yol verilən dairələrin işinin prokurorluğa veriləcəyini bildirib:

“Əgər seçki dairələrinin nəticələri saxtakarlığa yol verildiyi üçün ləğv edilirsə, bu məsələlərin araşdırılması prokurorluq orqanlarına verilməlidir. Prokurorluq da konkret olaraq müəyyənləşdirəcək ki, kim hansı əməli törədib. Buna uyğun da məsuliyyətə cəlbetmə məsələsi olacaq. Yəni, əvvəlcədən gərək seçkinin nəticələri təsdiq olunsun, saxtakarlığa yol verilən dairələr dəqiq olaraq müəyyənləşsin ki, məsuliyyətə cəlb olunma prosesi başlansın. Cərimənin məbləği 1500 manatdan 7000 manatadək ola bilər”.

Ə.Nuriyev seçki hüququnun pozulması, saxtakarlığa yol verilməsi bağlı azadlıqdan məhrumetmə cəzasının da tətbiq olunacağını deyir:

“Qanun pozuntusu edərək səsvermənin nəticələrini saxtalaşdıran şəxslər 3 ilədək azadlıqdan məhrum oluna bilərlər. Eyni zamanda, səlahiyyətdən sui-istifadəyə görə isə 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Hələ ki, dairələrlə bağlı məhkəmə qərarı olmadığı üçün konkret olaraq cəzalardan hansının tətbiq ediləcəyini bilmirik”.

MSK katibi Mikayıl Rəhimov isə saytımıza bildirdi ki, səsvermədə qanun pozuntusuna yol verilibsə, mütləq şəkildə bu məsələ prokurorluğa göndəriləcək:

“Hazırda şikayətlərə baxılır və artıq MSK-nın bu şikayətlərlə bağlı qərarı var. Ayrı-ayrı şəxslər səsvermədə cinayət əməlinə yol veribsə, mütləq şəkildə bu hal prokurorluğa bildiriləcək. Biz sadəcə hansı qanun pozulubsa, onu bildirə bilərik, cinayət işinin açılıb-açılmaması isə prokurorluğun səlahiyyətindədir”.



Xatırladaq ki, nəticəsi ləğv olunan dairələr Hüseynbala Mirələmovun lider olduğu 33 saylı Xətai birinci seçki dairəsi, Rauf Arifoğlunun lider olduğu 35 saylı Xətai üçüncü seçki dairəsi, Hadı Rəcəblinin lider olduğu 74 saylı Lənkəran kənd seçki dairəsi və Çingiz Qənizadənin lider olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.
Ərdoğan Bakıya gəlirTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana səfərə gələcək.

Bu barədə “Report” diplomatik mənbəyə istinadən xəbər verir.

Agentliyin həmsöhbəti bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır. Həmin sənədlər arasında ticarət sahəsində əməkdaşlıqla bağlı müqavilə də var.

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında da iştirak edəcək.
Əliyevin Paşinyan üzərində qələbəsi... - Markov
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələr beynəlxalq ekspertlərin reaksiyasına səbəb olmağa davam edir.

Əlavə diqqəti “Münhen prinsipləri”ni paylaşan Ermənistanın baş naziri özündə cəmləşdirib. Ermənistan lideri Azərbaycan Prezidenti İlham Əliyevlə özü üçün uğursuz olan debatındakı (analitiklər, o cümlədən erməni təhlilçilərin əksəriyyəti Nikol Paşinyanın çıxışını belə qiymətləndirib) tezisləri qısaca təqdim etməyə çalışıb.

Onların mahiyyəti nədir? Nikol Paşinyan Dağlıq Qarabağın separatçı rejiminin münaqişə və danışıqlar tərəfi olduğu barədə yazıb. Ancaq o, Dağlıq Qarabağın azərbaycanlı icması barədə xatırlatmayıb. Paşinyan erməni tərəfinin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş əraziləri də azad etmək istəmədiyini bəyan edib, çünki Dağlıq Qarabağın separatçı rejimi “öz təhlükəsizliyindən keçə bilmir”.

Avrasiya.net Oxu.az-a istinadən tanınmış rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, Rusiya Federasiyasının İctimai Palatasının üzvü və Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Sergey Markovun mövzu ilə bağlı Media.az-a müsahibəsini təqdim edir:

- Ən başlıcası odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması region üçün mütləq vacibdir. Əsas ziddiyyət bundan ibarətdir ki, indi fərqli güc nisbəti mövcuddur. Azərbaycan 30 il əvvəl olduğu kimi deyil. Əlbəttə ki, Bakı Qarabağın və ətraf rayonların qaytarılmasını tələb edəcək.

DQR, Azərbaycanın işğal olunmuş digər rayonları kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Onlar Azərbaycanın ayrılmaz hissəsidir. Məhz Azərbaycan dinc və ya hərbi yolla onları qaytarmaq hüququna malikdir.

Dağlıq Qarabağda və ətraf ərazilərdə kütləvi etnik təmizləmə aparıldığı, azərbaycanlıların qovulduğu açıq-aydın görünür. Deməli, Qarabağın “müstəqilliyini” tanımaqdan söhbət belə gedə bilməz. Etnik təmizləmənin nəticələri tanına bilməz.

Təəssüflə etiraf etməliyəm ki, yenidən hərbi əməliyyatlar təhlükəsi artır, bunu əvvəllər də demişdim. Azərbaycan isə Ermənistan Silahlı Qüvvələrindən xeyli üstün olan orduya sahibdir. Bundan əlavə, Azərbaycanın güclü iqtisadiyyatı digər ölkələrə rəsmi Bakının haqlı olduğunu göstərir.

- Axı dinc yolla nizamlama planı var idi.

- Bəli. “Kazan düsturu” hazırlanmışdı. Bu, irəliyə doğru bir addımdır. Bunun mahiyyəti Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal etdiyi əraziləri Azərbaycana qaytarmasıdır. Buna cavab olaraq, Azərbaycan Ermənistanın iqtisadi blokadasını ləğv edərək, bu ölkə ilə Qarabağ bölgəsi arasında əlaqə qurmaq üçün dəhliz qoyur. Bundan sonra sülhməramlıların daxil olması, Qarabağın müvəqqəti statusunun müəyyən edilməsi məsələlərinin müzakirəsi gəlir. Bu, münaqişənin güc yolu ilə həlli variantından qaçmağa kömək edəcək.

“Kazan düsturu” masadadır və həyata keçməlidir. Ancaq təəssüf ki, Nikol Paşinyan qorxur. Buna görə də o, bu kompromisi Qarabağın erməni icması ilə “bölmək” istəyir.

Hazırda Paşinyan onların xoşuna gəlməyə çalışır, ümid edir ki, Qarabağdakı “seçkilərdə” onun namizədi qalib gələcək. Beləliklə, Nikol Paşinyanın Münhendəki çıxışı Qarabağın erməni icmasına etdiyi müraciət kimi qiymətləndirilməlidir.

- Münhendəki müzakirəni necə şərh edərdiniz?

- Əlbəttə, Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik istedadını, dünya liderləri ilə ünsiyyət təcrübəsini nəzərə alanda, onun Nikol Paşinyan üzərində qələbə qazanması təəccüblü deyil.

Üstəlik, həqiqət Azərbaycan Prezidentinin yanındadır. Çünki hamı bilir ki, Dağlıq Qarabağ və ətrafındakı ərazilər işğal olunub, orada etnik təmizləmə aparılıb. Tarixə ekskursiyalar barəsində isə onu deyə bilərik ki, Nikol Paşinyanın Böyük Tiqranla əlaqəli açıqlaması, yəqin ki, kiçik millətin bir növ yeniyetməlik kompleksinin irrasional şüurunun təzahürüdür.
ALDP növbədənkənar qurultaya hazırlaşırAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda partiyanın növbədənkənar qurultayın keçirilməsi və bəzi təşkilatı məsələlər müzakirə olunub.

Partiyanın növbədənkənar qurultayının keçirilməsi təklifini verərkən – “Artıq 20 ilə yaxındır ki, partiyanın sədriyəm. Biz iqtidara irad tuturuq ki, 15-20 il deputat, nazir vəzifəsində oturmaq olmaz. Hesab edirəm ki, bu tənqidləri özümüzdən başlamaq lazımdır. Düzdür, bu illər ərzində uğurlarımızda olub, itkilərmiz də. Partiyanın rəhbərliyinin, xüsusilə də sədrin əsas vəzifəsi partiyanı tanıtmaq, siyasi arenada nüfuzunu gücləndirməkdir. Bütün seçkilərdə iştirak etməkdir. Biz qismən buna nail olmuşuq. Ona görə hesab edirəm ki, bu məsələlərə qiymət vermək üçün, yeni rəhbərliyin seçilməsi, partiyanın gələcək fəaliyyətilə bağlı yeni proqramların qəbul etmək üçün növbədənkənar qurultayın çağırılması məqsədə uyğun hesab edirəm.” – Fuad Əliyev bildirib.

Müzakirələrdən sonra ALDP sədri Fuad Əliyevin təklifi Rəyasət Heyətinin növbəti iclasında müzakirə etmək üçün səsə qoyularaq qəbul olundu.

İclasda həmçinin növbədənkənar parlament seçkiləri müzakirə olunub. Toplantıda seçkilərin şəffaf keçirilmədiyi vurğulanıb.
İclasın sonunda bəzi təşkilatı məsələlərə baxılıb.
Əliyev-Paşinyan debatından erməni mediası nələr yazır?
Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın panel müzakirələri Ermənistanda şok effekt yaradıb.

Axar.az xəbər verir ki, erməni mediası Nikol Paşinyanın səriştəısizliyi və qeyri-peşəkarlığı nəticəsində Azərbaycan liderindən ağır zərbələr aldığını şərh etməkdədir.

Erməni KİV-lərində yer alan sitatlardan bəzilərini diqqətinizə çatdırırıq:

“Münhendə hər şey açıq-aydın bəlli oldu: oyun qaydalarını kim diktə edirdi, kim isə ağ bayraq qaldırmışdı”.
“Paşinyan özünə yer tapa bilmirdi. Çıxışı boyu hərarətlə əl-qolunu oynadırdı. İzləyicilər üçün gülməli personaja çevrilmişdi”.
“Paşinyan çox sönük və özünü itirmiş görünürdü. Sanki dərsini oxumamış tələbədir. İlham Əliyevdən qorxduğu açıq-aydın görünürdü”.
“Erməni xalqını yetəri savada və psixoloji dayanıqlığa malik olmayan insanın təmsil etməsi üzücüdür”.
“Paşinyan sadəcə müzakirəyə hazır deyildi və hiss edilirdi ki, boş demaqoqluqdan savayı deməyə sözü yoxdur”.
“İlham Əliyev müzakirənin predmeti ilə bağlı öz mövqeyini qəti şəkildə ortaya qoydu: “Azərbaycan xalqı Şuşaya və digər işğal olunmuş bölgələrə qayıtmalıdır”.
“Daha bir vacib məqam: İlham Əliyev bir daha qeyd etdi ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Paşinyansa öz növbəsində buna veriləcək bir cavab tapmadı”.
“Paşinyanın göstərdiyi “şou” erməni xalqına ağır psixoloji zərbə oldu”.