Əli Həsənovun məqaləsi Əli Kərimlini həyəcanlandırdıPrezident Administrasiyasının rəsmisi Bəhruz Həsənov Feysbuk sosial şəbəkəsində məqalə ilə çıxış edib.

Axar.az məqaləni təqdim edir:

“Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov keçdiyimiz günlərdə gündəmin aktual mövzuları ilə bağlı əhatəli bir yazı qələmə alaraq, ictimai maraq doğuran bəzi məsələlərə aydınlıq gətirmişdir. O, geniş rezonans doğuran məqaləsində yaxın tariximizə ekskursiya etmiş, dövlət quruculuğumuzun inkişaf mərhələlərini əsaslı şəkildə təhlil etmiş, əldə edilən uğur və nailiyyətləri hər vəchlə qaralamağa çalışan radikal müxalifət cəbhəsini təkzibolunmaz faktlarla növbəti dəfə ifşa etmişdir.

Əslində burda qeyri-adi heç nə yoxdur. Çünki Əli Həsənov dövlətin ideoloji kursu ilə məşğul olan, informasiya siyasətini həyata keçirən şöbənin rəhbəridir və eyni sahə üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin köməkçisidir. Buna görə də respublikanın ictimai-siyasi həyatından birbaşa məsul olan dövlət rəsmisi kimi Əli Həsənovun zaman-zaman bu cür analitik və konseptual yazılarla çıxış etməsi tamamilə normaldır, hətta vacibdir. Belə aydın olur ki, məqalədə ifşa olunan radikal anti-milli ünsürlər və dövlətimiz üçün ağır nəticələnən hərc-mərclik dövrünün tör-töküntüləri üçün məlum yazı sarsıdıcı zərbə olub. Çünki Prezidentin köməkçisi həmin məqaləsində yaxın tariximizə bir daha işıq tutaraq, AXCP sədrinə çox da öyünüləsi olmayan siyasi keçmişini xatırladıb, onun xatırlamaq istəmədiyi faktları sadalayıb və layiq olduğu yeri göstərib. Əli Həsənovun Kərimlinin timsalında radikal müxalifət qanadına hücum etməsini müxtəlif yerlərə yozanlar yaxşı olardı ki, Keşikçidağ məsələsində AXCP sədrinin anti-milli, provokativ və qərəzli mövqeyinə nəzər yetirəydilər. O, var gücü ilə ictimai rəyi manipulyasiya edib hakimiyyəti təzyiq altına salmağa və ölkəmizi yeni toqquşmaya sürükləməyə çalışırdı. Ehtimal etmək çətin deyil ki, Keşikçidağ məsələsi Əli Kərimlinin rəhbər vəzifədə təmsil olunduğu AXC-Müsavat cütlüyünün fərsiz hakimiyyəti dövründə baş versəydi, Azərbaycan yeni bir böhrana yuvarlanacaqdı.

Beləliklə, Əli Həsənovun radikal müxalifəti tənqid etməsinin səbəbi onların hakimiyyətə qarşı destruktiv və qərəzli mövqe tutmaları, ümumilli məsələlərdə dövlət maraqlarına zidd mövqe sərgiləmələri, ölkəni xaosa və qarşıdurmaya sürükləmək cəhdləridir. Təəssüf ki, Əli Kərimli və onun tərəfdaşları tənqiddən nəticə çıxarmaq, bir hissəsində yer aldıqları məqaləni dərindən öyrənib, tezisləşdirib siyasi dünyagörüşlərində köklü islahatlar aparmaq yerinə şər-böhtan maşınını işə salmağa üstünlük veriblər. Adətən aciz insanların məğlub olduqları zaman əl atdıqları yeganə vasitə budur.

P.S. Hiss olunur ki, Əli Həsənovun öz məqaləsinin bir neçə abzasını Əli Kərimliyə həsr etməsi onu həyəcanlandırıb və xoşbəxtlik bəxş edib. Yazıda özü haqqında sərt ifadələrin yer almasına baxmayaraq AXCP sədri Prezidentin köməkçisi tərəfindən adının çəkilməsinin eyforiyasına qapılır, özünü bəxtəvər hiss edir və bundan piar kimi istifadə etməyə təşəbbüs göstərir. Bu da təbidir. Hansı ki, illərdir dəridən-qabıqdan çıxanlar bu uğura nail ola bilmirlər...”
İranlılar heç vaxt uduzmayıb - Tramp
ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni paylaşım edib.

Axar.az xəbər verir ki, Tramp öz fikirlərini Tvitter səhifəsində paylaşıb.

“Sadəcə xatırlayın, iranlılar heç bir müharibədə qalib gəlməyib, amma danışıqlarda da heç vaxt uduzmayıblar”, – deyə o bildirib
Söz-söhbət gedir ki, Milli Məclis buraxılacaq... - Aparat rəhbəri
Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi Konstitusiya və nizamnamə ilə nəzərdə tutulan bir haldır. Milli Məclis yaranandan, yəni 1995-ci ildən sonra demək olar ki, hər il yay aylarında növbədənkənar sessiya keçirilir.

Report xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

Onun sözlərinə görə, bunun əsas şərti onunla bağlıdır ki, qanunvericilik işlər planında olan məsələlər sessiya dövründə tam həyata keçmir: “Elə məsələlər var ki, onlar təcili həll olunmalıdır. Ona görə də növbədənkənar sessiya keçirilir. Yanlız bir il qanunverici orqanın növbədənkənar sessiyası olmayıb. 2006-cı ildə növbədənkənar sessiya keçirilmədi. O zaman Prezident İlham Əliyevin təşəbbüs ilə parlamentin plenar iclas zalında təmir və yenidənqurma işləri başladı. Yay ərzində bu işi tamamlamaq üçün növbədənkənar sessiya çağırılmadı”.

Aparat rəhbəri qeyd edib ki, bununla bağlı yaradılan ajiotajı başa düşmür: “Adama elə gəlir ki, hər hansı problemi qabartmaq üçün səbəb axtarırlar. Çünki hər il növbədənkənar sessiya keçirilib. Yazılanları oxuyanda istər-istəməz adama elə gəlir ki, əgər növbədənkənar sessiya iyunda başa çatmayıb iyula keçirsə, deməli burada fövqəladə bir şey var. Özüm də medianı oxuyuram. Yazırlar ki, təcili və fövqəladə sessiya çağırıldı. Bu barədə yazan jurnalistlər bilməlidir ki, qanunvericilikdə nə təcili, nə də fövqəladə sessiya anlayışı yoxdur. Ancaq növbədənkənar sessiya keçirə bilərik. Bu da bir qayda olaraq keçirilir”.

S.Mirzəyev hesab edir ki, bunu hər hansı başqa səbəblərlə izah edən şəxslər başqa niyyət güdürlər:

“Onlar cəmiyyətdə ajiotaj yaratmaq istəyirlər. Söz-söhbət gedir ki, Milli Məclis buraxılacaq, vaxtından əvvəl seçkilər keçiriləcək. Yəqin ki, orta məktəblərdə Azərbaycan Konstitusiyası keçirilir. Onu oxusalar biləcəklər ki, biz hüquqi dövlətdə yaşayırıq və Milli Məclis istənilən an buraxıla bilməz. 20016-cı ildə referendum keçirtdik və Milli Məclisin buraxılma şərtləri konstitusiyada əksini tapıb.

Səhər yuxudan durdum Milli Məclis xoşuma gəlmədi buraxıram, elə şey ola bilməz. Konstitusiyanın 98-1 maddəsində parlamentin buraxılması üçün 3 şərt nəzərdə tutulub. Birincisi Milli Məclis il ərzində 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərsə, ikincisi Konstitusiya, Ali məhkəmələr və Mərkəzi Bankın idarə heyətinin prezident tərəfindən təqdim olunmuş üzvlərini iki dəfə dalbadal təyin etməsə. O da o halda ki, təyin etməmək həmin orqanın davam etməsinə mane olsun. Üçüncüsü isə Milli Məclis üzərinə düşən işi həyata keçirmir. Bu hallar olmasa parlamenti buraxmaq mümkün deyil”.

S.Mirzəyev deyib ki, parlamentin buraxılacağı haqqında iddialar güclü fantaziyanın məhsuludur: “Guya Yeni Azərbaycan Partiyası göstəriş versə ki, üzvləri iclasa gəlməsin, istefa ərizəsi yazaraq deputat səlahiyyətlərindən imtina etsinlər, onda parlament buraxıla bilər. Bunu ən ağır yuxuda belə görmək mümkün deyil. Ona görə də deyilənlərin heç bir əsası yoxdur. Milli Məclis normal rejimdə işləyir və ümid edirəm ki, vəzifələri layiqincə yerinə yetirir”.
Paşinyanın “müharibəsiz qələbə” taktikası? – TəhlilNikol Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra ölkəsinin təhlükəsizlik konsepsiyasını dəyişməyə çalışır.

Avrasiya.net xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb.

Analizdə Paşinyanın hazırkı konsepsiyanı yararsız hesab etdiyi bildirilib:

“2016-cı il aprel savaşı Ermənistan ordusundakı böyük qüsurları ortaya çıxartdı və hakimiyyətə gələn Paşinyan qüsurları etiraf etmək məcburiyyətində qaldı. Ermənistanın təhlükəsizlik konsepsiyası 2007-ci ildən bu yana dəyişdirilməyib. Yeni konsepsiyanın ana istiqamətlərini Paşinyanın yeni təyin etdiyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təqdim edib”.

Mərkəzin təhlilində Ermənistanın yeni təhlükəsizlik konsepsiyasının əsas müddəaları diqqətə çatdırılıb:

“Birincisi, yeni konsepisya 2016-cı il aprel müharibəsinin təkrarına yol verməməlidir. İkincisi, strategiyanın əsas şüarı budur: “Peşəkar generallar qələbəni müharibəsiz də əldə edirlər”. Üçüncüsü, “yumşaq gücdən” istifadə. Paşinyanın məqsədi aydındır. Erməni cəmiyyəti müharibə və itki istəmir. Ona görə də Paşinyanın təlimatıyla hazırlanan təhlükəsizlik konspesiyasının 3 ana maddəsində cəmiyyəti sakitləşdirmək üçün müharibə istisna edilir. Ancaq bunun reallaşdırılması mümkün deyil. Çünki “müharibə istəməmək” tək bir tərəfdən asılı olan məsələ deyil. Əgər qarşıdakı ordu növbəti hücum əməliyyatı planlaşdırırsa, döyüşə girməlisən”.

Təhlildə Paşinyanın və onun hökumətinin ən çox qorxduğu məqamən müharibə olduğu vurğulanıb:

“Aprel savaşının nəticələri birinci mərhələdə Ermənistan ordusunda ciddi silkələnməyə, ikinci mərhələdə isə Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxartdı. Paşinyan eyni taleni yaşamaq istəmir”.

Analizdə Paşinyanın planlarını pozacaq yeganə gücün Azərbaycan ordusunun növbəti həmləsi ola biləcəyi vurğulanıb:

“Bu halda Ermənistanın təhlükəsizlik konsepsiyasındakı hər 3 maddə - “aprel müharibəsinin təkrarlanmaması”, “qələbəni müharibəsiz əldə edən generallar” və “yumşaq güc” - mənasız söz yığınına çevriləcək və İrəvan yeni konsepsiyadan da imtina etməli olacaq. Ona görə də Ermənistan hökumətinin böyük ümidlərlə hazırladığı yeni təhlükəsizlik konsepsiyasının işlək və uzunömürlülüyü işğal faktına son qoyulmasından və bunun əsasında Azərbaycanla sülh sazişi imzalamasından keçir”.
Prezidentin köməkçisi AXCP sədrini ad çəkmədən İxtiyar Şirinə bənzətdi
Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün KİV-də geniş məqalə ilə çıxış edib. Məqaləsində aktual ictimai-siyasi məsələlər üzərində ətraflı dayanmış Əli Həsənov “Keşikçi dağ” insidenti zamanı Azərbaycan müxalifətinin milli maraqlarımıza zidd mövqe sərgilədiyini vurğulayıb. Əli Həsənov yazıb:

“Azərbaycan Prezidentinin və onun peşəkar komandasının sistemli siyasəti, bütün məsələlərdə nümayiş etdirdiyi prinsipial mövqe, əlbəttə ki, bəzən gündən-günə inkişaf edən dövlətimizə rəqib kimi yanaşan xarici aktorların ürəyincə olmur və zaman-zaman ölkəmizə qarşı müəyyən arzuolunmaz təxribatlar törədilir. Əminliklə demək olar ki, dövlət sərhədlərimizdə yaşanmış ən son hadisə olan “Keşikçi dağ” insidenti də bu qəbildən olan təxribat idi. Bununla bağlı bir həftə əvvəl kütləvi informasiya vasitələrinə açıqlama verdiyimdən, bir daha həmin mövzuya qayıtmaq istəmirəm. Lakin bu günün özündə də həmin təxribatı səsləndirdikləri yeni-yeni bəyanatlarla davam etdirən AXCP sədri Əli Kərimli və yaxın ətrafının mövqeyi ilə bağlı bəzi məsələlərə qısaca münasibət bildirməyi zəruri hesab edirəm.

Keçən dövrün ictimai-siyasi proseslərinin təhlil bir daha göstərir ki, 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən və hakimiyyəti itirdikdən sonra radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı ötən müddətdə də öz səhvlərindən heç bir nəticə çıxarmayıblar, əksinə radikal antimilli və qeyri-konstruktiv mövqelərini ardıcıl olaraq davam etdiriblər. Bu düşərgənin əsas simaları bəhs etdiyimiz “Keçikçi dağ” insidenti zamanı öz mənfur xislətlərini bir daha ortaya qoydular. Hazırda onların gündəlik davranışı sübut edir ki, ümumiyyətlə, bu insanlarda keçən 30 ildə heç bir pozitiv keyfiyyət dəyişikliyi baş verməyib, bütün məsələlərə yenə də eyni prizmadan, yalnız mənfi rakursdan yanaşma xəttini davam etdirirlər. Əli Kərimli və ətrafının bir dəfə də olsun mövcud iqtidarın əldə etdiyi və bütün dünyanın diqqətini çəkən hər hansı bir uğurunu etiraf etməyə cürətləri çatmayıb. Öz inkarçılıq xəttlərini şiddətlə davam etdirərək hər şeyi qaralayan, bütün müsbət nəticələri inkar edən bu qaragüruh dəstə elə öz hərəkətlərinə görə də ölkə əhalisinin etimadını qazana bilmir. Azərbaycanda hardasa bir ağacın budağı qırıldı, hardasa leysan yağdı və yaxud sel gəldi, dolu düşdü və əkin- biçinə ziyan dəydi, zəlzələ oldu və hansısa ev xəsarət aldı, elektrik stansiyasında qəza baş verdi, yanğın oldu, avtobus aşdı, xəstəxanada ölüm halı baş verdi, bir vətəndaş intihar etdi - bir sözlə, ölkədə və bütün dünyada mənfi yönlü nə olursa, “mövcud iqtidar günahkardı, hakimiyyət hara baxır”,- deyə haray-həşir salırlar, kampaniya aparırlar. İqtidara qarşı təkidlə həyata keçirdikləri belə inkarçılıq xətti onların xislətində elə mənfi fəsadlar yaradıb ki, artıq hakimiyyətlə dövlət arasındakı sərhədləri də çoxdan itiriblər.

Məsələn, baş vermiş son “Keşikçi dağ” insidenti barədə müvafiq dövlət qurumları anındaca Azərbaycan Prezidenti cənab İlham Əliyevə məruzə etmiş, məsələ dövlətimizin başçısı tərəfindən xüsusi nəzarətə götürülmüş və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilmişdir. Bundan başqa, respublikamızın Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlar bütün zəruri tədbirləri həyata keçirmiş, “Keşikçi dağ” məntəqəsində hadisələrin nəzarətdən çıxmasına imkan verməmiş, orada xidmət göstərən sərhəd dəstəsinin ahəngdar fəaliyyətini bərpa etmişlər. Müvafiq dövlət qurumları baş vermiş hadisə və görülmüş işlər barədə zamanda içtimaiyyətə açıqlamalar verərək, hadisənin təxribat məqsədi ilə törədildiyini vurğulamışlar. Gürcüstanın bir qrup öyrədilmiş vətəndaşı tərəfindən törədilən həmin hadisə barədə ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri cəmiyyətimizi dərhal yetərincə məlumatlandırmış, ictimaiyyyətin fəal nümayəndələrinin Azərbaycan əsgərinin təxribata çəkilməsinə qarşı səsləndirdiyi haqlı etirazlarını bütün dünyaya yaymışlar. Bəyanatlarda həm Azərbaycan iqtidarı və cəmiyyətinin, həm də Gürcüstan hökuməti və vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən təəssüflə qarşılanan bu təxribatın xalqlarımız və dövlətlərimiz arasında tarixi qonşuluq münasibətlərinə, strateji tərəfdaşlığa, birgə həyata keçirilən transmilli layihələrə, əməkdaşlıq və yaxşı gələcək uğrunda birgə imkanlara zərər vurmaq üçün planlaşdırıldığı və həyata keçirildiyi qeyd olunmuşdur.

Bir faktı da yada salmaq istəyirəm ki, 2005-ci il oktyabrın 12-də Prezident İlham Əliyev həmin ərazidə Azərbaycan-Gürcüstan sərhədinin mühafizəsi ilə şəxsən tanış olmuş və lazımi tapşırıqlarını vermişdir. 2007-ci il dekabrın 19-da isə Azərbaycan Prezidentinin sərəncamı ilə Ağstafa rayonu ərazisindəki Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilmişdir. Bu faktlar bir daha onu göstərir ki, Əli Kərimli və tərəfdarlarının yalançı bəyanatlarının əksinə olaraq, Prezident İlham Əliyev həmişə Azərbaycan torpaqlarının hər qarışına böyük məsuliyyət, məhəbbət və qayğı ilə yanaşır. Elə bu məsuliyyətin, böyük vətən sevgisinin nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələri keçmiş hakimiyyətlər dövründə olduğu kimi, “pərakəndə və nizamsız bir hərbi birləşmə”dən ibarət deyil, müasir maddi-texniki təchizata malik olan dünyanın ən güclü əlli ordusu sırasında yer alan ordudur.

İlham Əliyev prezident seçildiyi gündən bəri Azərbaycan əsgəri xalq cəbhəsi hakimiyyətinin dövründən fərqli olaraq bir metr də olsun torpaq itirməyib, əksinə, şanlı ordumuz 2016-2018-ci illərdə xalqımızın iftixarla xatırladığı hərbi əməliyyatlar keçirərək, işğal olunmuş ərazilərimizin xeyli hissəsini azad edib. İndi Naxçıvanda və Füzuli rayonunda müqəddəs bayrağımızın dalğalandığı strateji yüksəkliklər gələcək döyüşlərdə Azərbaycan əsgərinin qısa vaxt ərzində qələbə qazanması baxımından böyük əhəmiyyətə malikdir.

Tərəfdarlarının sayı “Keşikçi dağ”da Azərbaycan əsgərini təxribata çəkmək istəyənlərdən bir o qədər də çox olmayan AXCP sədri Əli Kərimli və ətrafı neçə gün dalbadal həmin insidentin böyüməsinə dəstək verərək, sosial şəbəkələrdə “zəif və iradəsiz hakimiyyət” obrazı yaratmağa çalışdı, dövlət rəsmilərinin bu istiqamətdəki soyuqqanlı qərarlarını, təmkinli, ölçülü-biçili bəyanatları və fəaliyyətini təhrif etdi, əllərinə fırça alaraq Silahlı Qüvvələrimizin reputasiyasına qara yaxmaq istiqamətində xarici şəbəkələrdə əməlli-başlı “rəssamlıq” etdilər. Açıq desək, Azərbaycanı və Gürcüstanı qarşıdurmaya, konfliktə sürükləyərək zəiflətmək, bununla özlərindən asılı vəziyyətə salmaq istəyən qüvvələrin qurduğu bu oyuna əyinlərinə “Milli Şura” forması geyinən Əli Kərimli və dəstəsi məhz təxribatçı rolunda qatıldı. Odur ki, mən ilk növbədə, siyasi davranışları dövlət və idarəçilik zehniyyətinə tərs mütənasib olan, “bir dövləti qurmağa uzun illər, dağıtmağa isə bir neçə saat lazımdır” həqiqətini hələ də dərk etməmiş Əli Kərimliyə həmin aforizmin müəllifi, məşhur ingilis şairi və siyasətçisi Lord Bayronu oxumağı yox, daha çox öz keçmişinə nəzər salmağı tövsiyyə edirəm.

Heç kim unutmayıb ki, Əli Kərimlinin təmsil olunduğu hakimiyyətin Surət Hüseynovun hərbi qiyamının qarşısını almaq üçün Gəncəyə göndərdiyi bütün yüksək vəzifəli şəxslər bir neçə günün içərisində bir-birinin ardınca əsir düşdülər. Onlar heç də sərhəddə keşik çəkən gənc əsgər deyildilər, hər biri onlarla silahlı cangüdənlərin müşayiətilə gəzən, dövlətin, xalqın təhlükəsizliyinə cavabdehlik daşıyan “məsuliyyət sahibləri” idilər. Nədənsə, 709 saylı hərbi hissənin heç həndəvərinə çatmamış məsuliyyət hisslərini də, silahlarını da, bəziləri hətta simalarını da itirdilər. Hər halda, Əli Kərimli çox yaxşı xatırlamalıdır ki, onun dövlət katibi olduğu hakimiyyətin baş prokuroru bir sillədən sonra öz prezidentinin həbsinə sanksiya verdi. Elə, silahdaşlarının məlumatına görə, Əli Kərimlinin özü də Əbülfəz Elçibəyin vəfat etdiyi gün onun birinci müavini ola-ola öz sədrinin əleyhinə “Azadlıq” qəzetində biabırçı yazılar yazdırıb, təhqir dolu məqalələrin yayımlanmasını sifariş edib. Əlbəttə, bu faktdan sonra Əli Kərimli ilə həmin baş prokuror arasında hansısa mənəvi keyfiyyət fərqinin olmadığı aydın görünür. Elə cəsarət fərqindən də çox danışmağa, məncə, ciddi lüzum yoxdur. Çünki 1993-cü ilin yayında Əli Kərimlinin dövlət katibi olaraq Prezident Aparatından çıxmağa saatlara cürət etməməsinin, axırda köməkçisinin arxasında gizlənə-gizlənə xidməti avtomobilinə oturaraq qaçmasının şahidləri hələ ki, sağdırlar...

Bəli, Prezident İlham Əliyev və onun sadiq komandası, Azərbaycanın dövlət qurumları, bütün silahlı qüvvələrimiz hər zaman olduğu kimi, bu gün də müstəqilliyimizin, dövlətçiliyimizin, milli maraqlarımızın keşiyində möhkəm dayanıblar, Əli Kərimlinin timsalında fərarilikləri və xəyanətləri küll-aləmə bəlli olan antimilli qruplar və xarici ölkələrin iaşə obyektlərində vurnuxaraq anti-Azərbaycan fəaliyyəti sərgiləyən bəzi azərbaycanlı adını daşıyanlarsa yenə də hakimiyyət eşqindədirlər! Əlbəttə ki, ölkəmizdə fəaliyyət göstərən əksər sağlam müxalifətçilərdən və xaricdə yaşayan vətənsevər soydaşlarımızdan söhbət getmir. Onlar da bu reallığı yaxşı görür və dərk edirlər”.

AzNews.az
İctimai xadimlərimiz niyə Gürcüstana buraxılmır? - Deputatdan Məmmədyarova çağırışMillət vəkili Fazil Mustafa Xarici İşlər naziri Elmar Məmmədyarova tarixçi alim Kərəm Məmmədovun Gürsüctan sərhədindən buraxılmaması ilə bağlı çağırış edib.

Avrasiya.net xəbər verir ki, deputat bu çağırışının Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən müsbət dəyərləndiriləcəyinə ümid etdiyini vurğulayıb:

“Artıq Gürcüstan rəsmiləri tərəfindən Azərbaycanın və Türkiyənin bir çox tanınmış insanlarına qarşı qanunsuz olaraq bu ölkəyə giriş yasağı qoyulub. Zəlimxan Məmmədli, Seyfulla Türksoy, Kərəm Məmmədov və başqa ictimai xadimlərin Gürcüstana girişinin qadağan olunmasının dəqiq izahı verilmir. Anlaşılan budur ki, ölkəmizin Xarici İşlər Nazirliyi bu kimi Azərbaycan vətəndaşlarının hüquqlarını qorumağa hansısa səbəblərdən laqeyd yanaşır. Heç olmazsa, rəsmi Gürcüstanın bu qanunsuz davranışını əsas götürərək Azərbaycan üçün arzuolunmaz şəxslərin (Keşikçidağ təxribatlarında iştirak edən, erməni tezislərini dəstəkləyən Gürcüstan vətəndaşları nəzərdə tutulur) ucdantutma ölkəmizə girişini qadağan edən qərar çıxartmaq zəruridir. Qoy, gürcülər də doğma ocağına baş çəkmək hüququndan məhrum olunmuş azərbaycanlıların çiləsinin nə olduğunu anlasınlar. Azərbaycan vətəndaşlarının xarici ölkəyə sərbəst hərəkət etmə hüququnu qoruya bilmiriksə, o halda qonşu ölkədən olan təxribatçılara qarşı adekvat addımı atmağa bizə kim və nə mane olur? Azərbaycan Xarici İşlər Nazirliyinin bu çağırışı müsbət dəyərləndirəcəyinə ümid edirəm”.

Qeyd edək ki, bir neçə gün öncə tarixçi-alim, antropoloq, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədov Gürcüstana buraxılmayıb. İlk belə hadisə 2019-cu ilin mart və aprel aylarında da baş verib və sonradan problem aradan qaldırılıb. Həmin vaxt Kərəm Məmmədov anasının dəfnində və 40 mərasimində iştirak edib.
Ermənilərin iddialarını alt-üst edərik – Millət vəkili
Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyə ilə viza rejiminin aradan qaldırılmasını alqışladığını bildirib.

Avrasiya.net xəbər verir ki, BAXCP sədri bir sıra ölkələrlə də viza rejiminin ləğv ediləcəyinə ümid bəslədiyini deyib:

“Ümid edirəm ki, tezliklə öz ana yurdlarında yaşayan 30 milyondan çox soydaşımızın vətəndaşı olduğu İranla, yaşayış standartları bizdən çox üstün olan Avropa İttifaqı, ABŞ, Kanada, İsrail, Cənubi Koreya, Yaponiya və s. bu kimi ölkələrlə də viza rejimi aradan qaldırılacaq. Bu isə öz növbəsində ölkəmizin tanıdılmasına və turizmin inkişafına öz tövhəsini verəcək. Qoy hər bir xarici ölkə vətəndaşı asanlıqla gəlib bizim çoxmədəniyyətli, dözümlü, müasir və dünyəvi bir ölkə olduğumuzu görsün. Bununla biz həm də ermənilərin “azərbaycanlılarla birlikdə yaşamaq mümkün deyil” kimi iddialarını alt-üst etmiş olarıq”.

Əli Həsənov kütləvi xəyanətdən yazdı: Həmin təxribat…Hər bir dövlətin idarəçilik sisteminin effektivliyi, ilk növbədə mövcud hakimiyyətin qəbul etdiyi qərarların düzgünlüyündən və ölkənin strateji maraqlarına cavab verməsindən asılıdır. Səmərəli idarəçilik, həmçinin qəbul olunmuş qərarları icra edəcək kadrların peşəkarlığı ilə də sıx bağlıdır. Əgər düzgün siyasət iqtidarın uzaqgörənliyi, praqmatizmi, qətiyyəti, prinsipiallığı və təmkinli davranışı ilə şərtlənirsə, kadr siyasətinin uğuru qəbul olunmuş qərarların vaxtında və tam yerinə yetirilməsindən, o cümlədən qarşıya qoyulan vəzifələrin, ortaya çıxan ictimai problemlərin həllində optimallıq, operativlik və icra intizamından asılıdır.

Sosializmin banisi Vladimir Lenin 1917-ci il inqilabından sonra bolşeviklərin kadr siyasətini formalaşdırarkən belə bir fikir ifadə etmişdi ki, “hər bir aşpaz dövləti idarə edə bilər”. Əslində, Lenin bu fikirlə bolşevikləri başa salmaq istəyirdi ki, o zaman hakimiyyətdə kadr qıtlığı ilə bağlı yaranmış boşluğu doldurmaq üçün mövcud təcrübəli kardlar vasitəsilə qısa zamanda sadə insanları öyrətmək və dövlət idarəçiliyinə cəlb etmək lazımdır. Lakin bolşeviklər ictimai-siyasi və sosial-mədəni həyatın bütün sahələrində keçmişlə bağlı hər şeyi inkar edərək, minlərlə peşəkar siyasətçiyə, iqtisadçıya, mədəniyyət və təhsil xadimlərinə, çoxsaylı mütəxəssislərə acı bir tale yaşatdı ki, bu da sonrakı illərdə ölkəyə çox ciddi problemlər bahasına başa gəldi.

Əminliklə deyə bilərik ki, 1992-ci ildə qısa müddətdə hakimiyyəti ələ keçirmiş xalq cəbhəsi-müsavat hökuməti də Azərbaycan cəmiyyətinə oxşar problemlər yaşatdı. O zaman müxtəlif vəzifələrdə təmsil olunan peşəkar kadrlar təzyiq və təqibə məruz qoyularaq iş başından uzaqlaşdırıldı. Hakimiyyətin həyata keçirdiyi “kadr siyasəti” sayəsində təcrübəsiz populistlər, qoluzorlular, başıpozuqlar mühüm postlara gətirildi və nəticədə ölkə xaos və anarxiyaya sürükləndi. Ən acınacaqlısı isə o idi ki, müharibə vəziyyətində olan bir ölkənin yeni formalaşan hərbisinin, polisinin və s. qurumların başına Rəhim Qazıyev, İsgəndər Həmidov, Leyla Yunus və onlar kimi digər səriştəsiz, iddiaları ilə imkanları uyğun gəlməyən, bəzən xarici ölkələrin xüsusi xidmət orqanlarına bağlı qüsurlu kadrlar təyin edildi. Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı silahlı dəstələrin özbaşınalığı, cəbhədə, polis və prokurorluq orqanlarında hökm sürən hərc-mərclik, kütləvi xəyanət, satqınlıq, əsgər və zabitlərin acınacaqlı durumu, laqeydlik və s. ölkədə adi hala çevrilmişdi.

Həmin dövrdə dövlət katibi postunu tutan Əli Kərimlinin özü parlamentin tribunasından idarəçiliyin acınacaqlı vəziyyətini etiraf etməyə məcbur olmuşdu. Bu etiraf, əslində o dövrdə onun mənsub olduğu hakimiyyətin təkcə hərbi və inzibati sahədə deyil, ictimai-siyasi, sosial-iqtisadi, ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrində nümayiş etdirdiyi yarıtmaz dövlət idarəçiliyinin göstəricisi idi. Çünki həmin dövrdə nəzarətsizlik, nizam-intizamsızlıq ölkənin bütün daxili həyatına hakim kəsilmişdi. İnkarçılıq prinsipi və emosiyalarla dövləti idarə edənlərin qüsurlu və ziyanlı qərarlarının həm də mənəm-mənəmlik iddiası ilə alışıb-yanan qeyri-peşəkarlar tərəfindən həyata keçirilməsi başqa nəticə verə də bilməzdi. Acınacaqlı nəticələr özünü çox da gözlətmədi. Cəmi bir il müddətində bolşevik təfəkkürlü cəbhə hakimiyyəti Azərbaycan dövlətini anarxiya və xaosa sürükləyərək ciddi təhlükə ilə üz-üzə qoydu...

Sonrakı tarix də hər kəsə bəllidir. Xalq özünün xilaskarına üz tutdu və Elçibəy hakimiyyətini təcrübəli siyasi və dövlət xadimi Heydər Əliyevi təcili şəkildə Bakıya dəvət etməyə məcbur etdi. Heydər Əliyev Bakıya qayıtdı və qısa zaman kəsiyində Azərbaycanı düçar edildiyi o dərin və ciddi böhrandan, milli-vətəndaş qarşıdurmasından çıxarmaq, layiq olduğu inkişafa və rifaha qovuşdurmaq üçün tarixi missiyasını həyata keçirməyə başladı.

Ulu Öndər Heydər Əliyev ölkədə törədilmiş vətəndaş qarşıdurmasını dayandıraraq, daxili sabitlik və milli birlik yaratmaq, Qarabağ münaqişəsi zamanı xalqımızın aldığı dərin yaraları sağaltmaq, qaçqın və məcburi köçkünlərin çoxsaylı problemlərini həll etmək, ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını təmin etmək, qonşularla və beynəlxalq aləmlə hərtərəfli tərəfdaşlıq münasibətləri qurmaq və bu kimi digər mühüm strateji vəzifələrin həlli üçün çox ciddi işlər gördü. Peşəkar kadrları hakimiyyət strukturlarına cəlb edərək dövlət quruculuğu prosesinə başladı, respublikanın geniş maddi və insan resurslarını hərəkətə gətirdi, sistemli və ardıcıl islahatlar apardı və arzu etdiyimiz Azərbaycan dövlətini qurdu.

Bu gün əminliklə söyləmək olar ki, 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qarşıya çıxan əksər problemləri həll etməyə, müstəqil dövləti qurmağa və inkişaf etdirməyə ona görə nail ola bildi ki, o, həm böyük siyasətçiyə xas olan bütün idarəçilik xüsusiyyətlərinə malik idi və buna görə də düzgün qərarlar verirdi, həm də formalaşdırdığı komanda qarşıya qoyulan vəzifələri tələb olunan səviyyədə icra etməyi bacaran peşəkarlardan ibarət idi. Məhz Heydər Əliyevin düzgün daxili və xarici siyasəti və həmin siyasəti həyata keçirən komandanın peşəkarlığı sayəsində dağılmaq və dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycan xilas edildi və cəmi 10 il ərzində sürükləndiyi mürəkkəb durumdan uğurla çıxaraq, sabit və dayanıqlı inkişaf yoluna qədəm qoydu.

2003-cü ildən sonrakı dövrdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin siyasi kursu dönmədən həyata keçirildi, ulu öndərin başladığı mühüm transmilli layihələrin icrası davam etdirildi, ölkəyə daxil olan xarici valyuta səmərəli şəkildə respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrinin modernləşməsi və inkişafına istiqamətləndirildi, vəsaitin böyük bir qismi gələcək nəsillər üçün qorunub saxlanıldı. Bütün bu işlər, qarşıya qoyulmuş vəzifələr, qəbul olunmuş mühüm dövlət proqramları qlobal aləmdə və regionda cərəyan edən mürəkkəb geosiyasi proseslərin fonunda yerinə yetirildiyinə görə, mövcud hakimiyyətdən daha çevik və praqmatik siyasət sərgiləmək tələb olunurdu. Odur ki, son 16 ilin uğurlu nəticələri təkcə qısa zamanda Azərbaycanın qarşısında duran strateji vəzifənin yüksək peşəkarlıqla icrası ilə ölçülmür, həm də Prezident İlham Əliyevin uğurlu bir dövlət rəhbəri olaraq siyasi gücünü, qətiyyətini, prinsipiallığını nümayiş etdirir.

2003-2019-cu illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 1990-cı illərin ortalarında təməli qoyulmuş enerji layihələrini tamamladı, yeni-yeni transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısı kimi öz liderlik keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi, tərəfdaşları ilə birlikdə Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsinin yaradılmasına mühüm töhfələr verdi. Bu dövrdə ölkənin sürətli və dayanıqlı inkişafı təmin edildi, iqtisadi, sosial, mədəni həyatda inqilabi dəyişikliklər baş verdi. Ən vacibi isə, bütün bu məsələlərə Azərbaycan Prezidentinin müstəqil qərar verməsi, onun hər addımında milli maraqların qorunması, ölkəyə daxil olan vəsaitlərin ilk növbədə milli inkişafa, xalqın rifahına yönəldilməsi idi.

Göründüyü kimi son 25 ildə Azərbaycanda bir tərəfdən hakimiyyətin yürütdüyü düzgün siyasət, onu idarə edən rəhbərlərin güclü iradəsi, prinsipiallığı və qətiyyəti, digər tərəfdən də komandanın peşəkarlığı irəli sürülən ən mürəkkəb planların reallığa çevrilməsini təmin etdi və ölkəni davamlı inkişaf yoluna çıxardı.

2003-cü ildə “mən hər bir azərbaycanlının prezidenti olacağam” deyən cənab İlham Əliyev keçən illər ərzində hər bir vətəndaşın probleminə xüsusi qayğı və həssaslıqla yanaşır. Xalqın problemlərini həm bütövlükdə həll edir, həm də hər bir vətəndaşa fərdi qaydada lazımi qayğı göstərir. Bu dövr ərzində ictimai maraq kəsb edən elə bir məsələ olmayıb ki, cənab Prezident ona diqqət yetirməsin, öz nəzarətinə götürüb cəmiyyətin maraqlarına uyğun həll etməsin. Elə bir ictimai rezonans doğuran hadisə yoxdur ki, dövlət başçısı ona öz prinsipial münasibətini bildirməsin. Elə bir qərar olmayıb ki, onun qəbulunda ilk növbədə dövlətin, xalqın və hər bir vətəndaşın maraqları nəzərə alınmasın.

Hazırda Azərbaycan təkcə Cənubi Qafqazın deyil, postsovet məkanının özünü tam təmin edən qüdrətli bir dövlətinə çevrilib. İndi bu dövlət həm bölgədə, həm də dünyada milli maraqlarına az və ya çox dərəcədə xələl gətirən istənilən təşəbbüsə rahatlıqla “yox” deyə bilir. Bütün bu reallıqlar ölkəmizin nümunəsində güclü lider və peşəkar komandanın necə böyük imkanlara malik olduğunu, ən mürəkkəb vəzifələri belə yerinə yetirmək iqtidarını nümayiş etdirir.

Azərbaycan Prezidentinin və onun peşəkar komandasının sistemli siyasəti, bütün məsələlərdə nümayiş etdirdiyi prinsipial mövqe, əlbəttə ki, bəzən gündən-günə inkişaf edən dövlətimizə rəqib kimi yanaşan xarici aktorların ürəyincə olmur və zaman-zaman ölkəmizə qarşı müəyyən arzuolunmaz təxribatlar törədilir. Əminliklə demək olar ki, dövlət sərhədlərimizdə yaşanmış ən son hadisə olan “Keşikçidağ” insidenti də bu qəbildən olan təxribat idi. Bununla bağlı bir həftə əvvəl kütləvi informasiya vasitələrinə açıqlama verdiyimdən, bir daha həmin mövzuya qayıtmaq istəmirəm. Lakin bu günün özündə də həmin təxribatı səsləndirdikləri yeni-yeni bəyanatlarla davam etdirən AXCP sədri Əli Kərimli və yaxın ətrafının mövqeyi ilə bağlı bəzi məsələlərə qısaca münasibət bildirməyi zəruri hesab edirəm.

Keçən dövrün ictimai-siyasi proseslərinin təhlil bir daha göstərir ki, 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən və hakimiyyəti itirdikdən sonra radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı ötən müddətdə də öz səhvlərindən heç bir nəticə çıxarmayıblar, əksinə radikal antimilli və qeyri-konstruktiv mövqelərini ardıcıl olaraq davam etdiriblər. Bu düşərgənin əsas simaları bəhs etdiyimiz “Keçikçi dağ” insidenti zamanı öz mənfur xislətlərini bir daha ortaya qoydular. Hazırda onların gündəlik davranışı sübut edir ki, ümumiyyətlə, bu insanlarda keçən 30 ildə heç bir pozitiv keyfiyyət dəyişikliyi baş verməyib, bütün məsələlərə yenə də eyni prizmadan, yalnız mənfi rakursdan yanaşma xəttini davam etdirirlər. Əli Kərimli və ətrafının bir dəfə də olsun mövcud iqtidarın əldə etdiyi və bütün dünyanın diqqətini çəkən hər hansı bir uğurunu etiraf etməyə cürətləri çatmayıb. Öz inkarçılıq xəttlərini şiddətlə davam etdirərək hər şeyi qaralayan, bütün müsbət nəticələri inkar edən bu qaragüruh dəstə elə öz hərəkətlərinə görə də ölkə əhalisinin etimadını qazana bilmir. Azərbaycanda hardasa bir ağacın budağı qırıldı, hardasa leysan yağdı və yaxud sel gəldi, dolu düşdü və əkin- biçinə ziyan dəydi, zəlzələ oldu və hansısa ev xəsarət aldı, elektrik stansiyasında qəza baş verdi, yanğın oldu, avtobus aşdı, xəstəxanada ölüm halı baş verdi, bir vətəndaş intihar etdi - bir sözlə, ölkədə və bütün dünyada mənfi yönlü nə olursa, “mövcud iqtidar günahkardı, hakimiyyət hara baxır”,- deyə haray-həşir salırlar, kampaniya aparırlar. İqtidara qarşı təkidlə həyata keçirdikləri belə inkarçılıq xətti onların xislətində elə mənfi fəsadlar yaradıb ki, artıq hakimiyyətlə dövlət arasındakı sərhədləri də çoxdan itiriblər.

Məsələn, baş vermiş son “Keşikçidağ” insidenti barədə müvafiq dövlət qurumları anındaca Azərbaycan Prezidenti cənab İlham Əliyevə məruzə etmiş, məsələ dövlətimizin başçısı tərəfindən xüsusi nəzarətə götürülmüş və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilmişdir. Bundan başqa, respublikamızın Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlar bütün zəruri tədbirləri həyata keçirmiş, “Keşikçidağ” məntəqəsində hadisələrin nəzarətdən çıxmasına imkan verməmiş, orada xidmət göstərən sərhəd dəstəsinin ahəngdar fəaliyyətini bərpa etmişlər. Müvafiq dövlət qurumları baş vermiş hadisə və görülmüş işlər barədə zamanda içtimaiyyətə açıqlamalar verərək, hadisənin təxribat məqsədi ilə törədildiyini vurğulamışlar. Gürcüstanın bir qrup öyrədilmiş vətəndaşı tərəfindən törədilən həmin hadisə barədə ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri cəmiyyətimizi dərhal yetərincə məlumatlandırmış, ictimaiyyyətin fəal nümayəndələrinin Azərbaycan əsgərinin təxribata çəkilməsinə qarşı səsləndirdiyi haqlı etirazlarını bütün dünyaya yaymışlar. Bəyanatlarda həm Azərbaycan iqtidarı və cəmiyyətinin, həm də Gürcüstan hökuməti və vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən təəssüflə qarşılanan bu təxribatın xalqlarımız və dövlətlərimiz arasında tarixi qonşuluq münasibətlərinə, strateji tərəfdaşlığa, birgə həyata keçirilən transmilli layihələrə, əməkdaşlıq və yaxşı gələcək uğrunda birgə imkanlara zərər vurmaq üçün planlaşdırıldığı və həyata keçirildiyi qeyd olunmuşdur.

Bir faktı da yada salmaq istəyirəm ki, 2005-ci il oktyabrın 12-də Prezident İlham Əliyev həmin ərazidə Azərbaycan-Gürcüstan sərhədinin mühafizəsi ilə şəxsən tanış olmuş və lazımi tapşırıqlarını vermişdir. 2007-ci il dekabrın 19-da isə Azərbaycan Prezidentinin sərəncamı ilə Ağstafa rayonu ərazisindəki Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilmişdir. Bu faktlar bir daha onu göstərir ki, Əli Kərimli və tərəfdarlarının yalançı bəyanatlarının əksinə olaraq, Prezident İlham Əliyev həmişə Azərbaycan torpaqlarının hər qarışına böyük məsuliyyət, məhəbbət və qayğı ilə yanaşır. Elə bu məsuliyyətin, böyük vətən sevgisinin nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələri keçmiş hakimiyyətlər dövründə olduğu kimi, “pərakəndə və nizamsız bir hərbi birləşmə”dən ibarət deyil, müasir maddi-texniki təchizata malik olan dünyanın ən güclü əlli ordusu sırasında yer alan ordudur.

İlham Əliyev prezident seçildiyi gündən bəri Azərbaycan əsgəri xalq cəbhəsi hakimiyyətinin dövründən fərqli olaraq bir metr də olsun torpaq itirməyib, əksinə, şanlı ordumuz 2016-2018-ci illərdə xalqımızın iftixarla xatırladığı hərbi əməliyyatlar keçirərək, işğal olunmuş ərazilərimizin xeyli hissəsini azad edib. İndi Naxçıvanda və Füzuli rayonunda müqəddəs bayrağımızın dalğalandığı strateji yüksəkliklər gələcək döyüşlərdə Azərbaycan əsgərinin qısa vaxt ərzində qələbə qazanması baxımından böyük əhəmiyyətə malikdir.

Tərəfdarlarının sayı “Keşikçidağ”da Azərbaycan əsgərini təxribata çəkmək istəyənlərdən bir o qədər də çox olmayan AXCP sədri Əli Kərimli və ətrafı neçə gün dalbadal həmin insidentin böyüməsinə dəstək verərək, sosial şəbəkələrdə “zəif və iradəsiz hakimiyyət” obrazı yaratmağa çalışdı, dövlət rəsmilərinin bu istiqamətdəki soyuqqanlı qərarlarını, təmkinli, ölçülü-biçili bəyanatları və fəaliyyətini təhrif etdi, əllərinə fırça alaraq Silahlı Qüvvələrimizin reputasiyasına qara yaxmaq istiqamətində xarici şəbəkələrdə əməlli-başlı “rəssamlıq” etdilər. Açıq desək, Azərbaycanı və Gürcüstanı qarşıdurmaya, konfliktə sürükləyərək zəiflətmək, bununla özlərindən asılı vəziyyətə salmaq istəyən qüvvələrin qurduğu bu oyuna əyinlərinə “Milli Şura” forması geyinən Əli Kərimli və dəstəsi məhz təxribatçı rolunda qatıldı. Odur ki, mən ilk növbədə, siyasi davranışları dövlət və idarəçilik zehniyyətinə tərs mütənasib olan, “bir dövləti qurmağa uzun illər, dağıtmağa isə bir neçə saat lazımdır” həqiqətini hələ də dərk etyməmiş Əli Kərimliyə həmin aforizmin müəllifi, məşhur ingilis şairi və siyasətçisi Lord Bayronu oxumağı yox, daha çox öz keçmişinə nəzər salmağı tövsiyyə edirəm.

Heç kim unutmayıb ki, Əli Kərimlinin təmsil olunduğu hakimiyyətin Surət Hüseynovun hərbi qiyamının qarşısını almaq üçün Gəncəyə göndərdiyi bütün yüksək vəzifəli şəxslər bir neçə günün içərisində bir-birinin ardınca əsir düşdülər. Onlar heç də sərhəddə keşik çəkən gənc əsgər deyildilər, hər biri onlarla silahlı cangüdənlərin müşayiətilə gəzən, dövlətin, xalqın təhlükəsizliyinə cavabdehlik daşıyan “məsuliyyət sahibləri” idilər. Nədənsə, 709 saylı hərbi hissənin heç həndəvərinə çatmamış məsuliyyət hisslərini də, silahlarını da, bəziləri hətta simalarını da itirdilər. Hər halda, Əli Kərimli çox yaxşı xatırlamalıdır ki, onun dövlət katibi olduğu hakimiyyətin baş prokuroru bir sillədən sonra öz prezidentinin həbsinə sanksiya verdi. Elə, silahdaşlarının məlumatına görə, Əli Kərimlinin özü də Əbülfəz Elçibəyin vəfat etdiyi gün onun birinci müavini ola-ola öz sədrinin əleyhinə “Azadlıq” qəzetində biabırçı yazılar yazdırıb, təhqir dolu məqalələrin yayımlanmasını sifariş edib. Əlbəttə, bu faktdan sonra Əli Kərimli ilə həmin baş prokuror arasında hansısa mənəvi keyfiyyət fərqinin olmadığı aydın görünür. Elə cəsarət fərqindən də çox danışmağa, məncə, ciddi lüzum yoxdur. Çünki 1993-cü ilin yayında Əli Kərimlinin dövlət katibi olaraq Prezident Aparatından çıxmağa saatlara cürət etməməsinin, axırda köməkçisinin arxasında gizlənə-gizlənə xidməti avtomobilinə oturaraq qaçmasının şahidləri hələ ki, sağdırlar...

Bəli, Prezident İlham Əliyev və onun sadiq komandası, Azərbaycanın əksər dövlət qurumları, bütün silahlı qüvvələrimiz hər zaman olduğu kimi, bu gün də müstəqilliyimizin, dövlətçiliyimizin, milli maraqlarımızın keşiyində möhkəm dayanıblar, Əli Kərimlinin timsalında fərarilikləri və xəyanətləri küll-aləmə bəlli olan antimilli qruplar və xarici ölkələrin iaşə obyektlərində vurnuxaraq anti-Azərbaycan fəaliyyəti sərgiləyən bəzi azərbaycanlı adını daşıyanlarsa yenə də hakimiyyət eşqindədirlər! Əlbəttə ki, ölkəmizdə fəaliyyət göstərən əksər sağlam müxalifətçilərdən və xaricdə yaşayan vətənsevər soydaşlarımızdan söhbət getmir. Onlar da bu reallığı yaxşı görür və dərk edirlər.

Əli Həsənov,

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi “Gələcəyə doğru”da - VİDEO
"Lider" Televiziyasında Niyaməddin Orduxanlının aparıcı olduğu siyasi verilişin - "Gələcəyə doğru"nun bu dəfəki mövzusu Ulu öndər Heydər Əliyevin tarixdə ilk dəfə hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı olub.

Avrasiya.net Orduxanlının bu dəfəki qonaqları Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Musa Urud və Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva olub.

Həmin verilişin videosunu təqdim edirik.