Sizin Reklam Burada

Sadiq Qurbanov seçicilərinə əlçatmaz millət vəkili olmadı

Deyərdim ki, Şabran-Siyəzən camaatının böyük əksəriyyəti Azərbaycan Respublikası Milli Məclisinə VI çağırışda Sadiq Quliyevin timsalında əsl millət vəkilinin necə olduğunu görə bilib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-a təyin olunan növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərini hələ müəyyənləşdirməzdən öncə Şabran və Siyəzəndə müxtəlif fikirlər, suallar yaranırdı – YAP-ın bu dəfə rayondan namizədi kim olacaq. Müxtəlif fikirlər, ehtimallar səslənirdi...

Namizədlərin irəli sürülmə prosesi başlayandan əsli, nəsli Şabrandan, Siyəzəndən olanlar sənədlərini 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinə təqdim etdilər. Aralarında tanınmışlar da az deyil, əməkdar artist Elza Seyidcahan, tanınmış teleaparıcı İlkin Xəlilov... düz 18 namizəd.

Nəhayət, hamının səbrsizliklə gözlədiyi YAP bütün dairələr üzrə namizədlərini elan etdi - 54-cü dairədən Sadiq Qurbanov.
Ad, soyadı Şabran və Siyəzən əhli üçün ilk idi. 25 ildən sonra hər iki rayon seçicilərinə “yad” bir ismin namizədliyinin irəli sürülməsi rayon sakini kimi mənim üçün də maraqlı və düşündürücü oldu. Siyahı açıqlanan günü rayondakı bəzi mənbələrim mənimlə əlaqə qurdu, yeni namizədlərinin kimliyi ilə maraqlandılar.

Açığı, Sadiq Qurbanov facebook-da dostluğumda olsa da elə də müntəzəm əlaqə qurmamışdım. Sadəcə YAP-ın qurucularından, vicdanı, keçmişi təmiz, şəffaf bir ziyalı olduğunu bilirdim. Onu da bilirdim ki, Sadiq Qurbanov ümummili liderimizə, onun ideyalarına sədaqətlidir.

Əvvəlki deputatlarımız yerli idi, rayonlarda tanınırdılar. I çağırışda millət vəkili seçilən Cəbrayıl Əhmədov (2000-ci ildə rəhmətə gedib), II, III, IV və V çağırışda isə YAP-dan olan Tahir Süleymanov parlamentdə siyəzənli və şabranlıları təmsil edib. Hər parlament seçkisi öncəsi namizəd kimi heç seçicilərlə mütəmadi görüşməyə ehtiyac da duyulmurdu. Bir tərəfdən tanındığı, digər tərəfdən namizədlər arasında şansının üstünlüyü, təcrübəsi və s...

Amma Naxçıvanda anadan olan, təhsili və əmək fəaliyyətini Bakıda davam etdirən, Siyəzən və Şabranla heç vaxt əlaqəsi olmayan S.Qurbanovun 22 günlük təbliğat, təşviqat kəsiyində hər iki rayonun seçiciləri tərəfindən necə qarşılana biləcəyi sualına məntiqli cavab tapa bilmirdim.

Əvvəlcə “Yerli deyil” düşüncəsinə, prinsipinə daha çox üstünlük verdim. Bizdən deyilsə, tanınmırsa, onu dəstəkləməzlər, düşündüm. Amma digər tərəfdən “yerlimiz 20 il bizi parlamentdə təmsil etdi, nə qazandıq, nə verdi bizə” sualı “Bizdən deyil” prinsipinin məntiqsiz olduğunu göstərdi.

S.Qurbanovun tərcümeyi-halını diqqətlə nəzərdən keçirdim və Bakıdakı tanınan ziyalılardan facebookda ortaq dostlarımdan onun haqqında ancaq müsbət fikirlər eşitdim.

S.Qurbanovla bağlı yetərincə məlumat topladıqdan və qısa bir təhlil, namizədlər arasında müqayisə apardıqdan sonra onun ən şanslı namizəd ola biləcəyini qətiləşdirdim. Sosial səhifəmdə S.Qurbanovun Siyəzən və Şabranın gələcək deputatı ola biləcəyi fikrimi ictimailəşdirdim.

Bundan sonra hər iki rayondan yeni namizədlə bağlı çoxlu müraciətlər aldım, seçicilər üçün YAP-ın yeni siması, yeni namizədinin kim olduğunu bilmək maraqlı idi.
Təbliğat, təşviqat mərhələsindən 10 gün öncə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Sadiq Qurbanovla bir dəfə telefon danışığımız oldu. Bir qədər fikir mübadiləsi apardıq, uğurlar arzuladım və seçicilərin səsini qazanacağına ümid etdiyimi bildirdim.

...Namizədlərin təbliğat, təşviqat prosesinə start verildiyi gündən S.Qurbanovun təbliğatını yaxından izlədim. Eyni zamanda Siyəzən və Şabrandan olan yaxınlarım, qohumlarım, dostlarımdan mütəmadi məlumatlar alırdım. S.Qurbanov möhtəşəm, əvəzsiz, təkrarolunmaz, eyni zamanda seçki prosesinə qoşulan digər namizədlərdən fərqli bir təbliğat qurdu.

Hər iki rayonda hakim partiyaya böyük inam, etibar var. Çünki, yaradıcısı ümummilli liderimiz, ideyalarının daşıyıcısı Cənab Prezidentimiz İlham Əliyevin sədri olduğu bir partiya mövcuddur. Bu, S.Qurbanovun seçicilər tərəfindən rəğbətlə qarşılanmasına səbəb olan amillərdən biriydi. Seçicini özünə cəlb edən, çəkən digər bir amil isə namizədin təfəkkürü, natiqliyi, davranışı, intellekti, səmimi və sadəliyidir.


Heç kim bilmirdi, nə təmsil olduğu YAP rəhbərliyi, nə yaxınları, nə də seçiciləri. Bircə Sadiq Qurbanovun özü bilirdi ki, bu yükü daşımaq gücünə malikdir. Özünə inanırdı, güvənirdi, axı həmişə çətinliklə də olsa qarşısına qoyduğu hər məqsədə çatıb… Asanlıqla olmasa da…

Heç kim onu məcbur etmədi, sadəcə hakim partiyanın təklifi və özünün razılığı ilə deputatlığa namizədliyi irəli sürüldü. YAP ona etimad göstərdi, o, da bu etimadı doğrultdu. Əslində o bu etimadı, etibarı YAP hələ yaranmamışdan öncə qazanmışdı – YAP-ın qurucusu ümummilli liderimiz H.Əliyev tərəfindən. Mübarizliyi, mərdliyi ilə. .

…Çoxu bilmirdi ki, o, hələ 90-cı illərin əvvəllərində – BDU-da təhsil alarkən aktiv şəkildə Heydər Əliyevin müdafiəsinə qoşulub. Parlamentin qarşısında Heydər Əliyevin seçkidə iştirakını əngəlləmək üçün tətbiq olunmuş yaş senzi əleyhinə aksiyaların təşkilatçılarından və fəal iştirakçılarından olub. 90-cı illərdə…ölkənin qarışıq olan bir vaxtda, qətillərin artdığı, özbaşnalığın, qarşıdurmanın gücləndiyi bir zamanda. H.Əliyev varlığından qorxuya düşən, əndişələnən, onun yolunu kəsmək istəyən güclü və arxalı qüvvələrin meydan suladığı bir zamanda o, tələbəykən qorxmadan rejimə qarşı çıxdı. Adını tarixə yazdıra bildi, azı kimi…

Mübarizliyi Milli Məclisə 2020-ci il fevral seçkilərində onu Bakıdan çox da uzaq olmayan bir yerə gətirib çıxardı – Şabrana, Siyəzənə…

Namizəd olarkən arxasında heç bir qüvvə dayanmadı, biznesi yoxuydu ki, təbliğatının aparmaq üçün əlində media saxlasın, görüntü yaratmaq üçün ətrafına qoruyucular toplasın, qara rəngli bahalı avtomobillərin müşayəti ilə görüşlərə getsin, özü ilə əli dəftərli 3-4 yazar aparsın, ölkənin tanınmış internet resurslarında reklamlarını yerləşdirsin…

Namizədlərə təbliğat, təşviqat üçün ayrılan 21 gün müddətində böyük çətinliklərlə üzləşdi Sadiq Qurbanov. Mənə elə gəlir ki, bu dəfə də S.Qurbanov imtahana çəkildi – namizədliyi ona tanış olmayan Siyəzən və Şabrandan irəli sürülməklə. Hər şey ona yad idi – rayonlar, yollar, kəndlər, insanlar, dağ, dərə, yamaclar... Üstəlik 15-dən çox yerli namizəd... Hələ seçicilərin narazılığını demirəm...

Sadaladığın sonuncu məqama haqq qazandırmaq olar. Axı seçicilər 20 il yerli olan keçmiş deputatın üzünü ancaq beş ildən bir, seçkidən-seçkiyə görürdü. Deputat sözü, vədi, deputatın özü belə onlara yad idi. Sözsüz, hər iki rayon camaatı qonaqpərvərdi, qonağa gözləri üstə yer var. Amma deputatlığa namizəd məsələsinə gəlincə, əvvəlki deputatın ancaq adını eşidib, üzünü görmədiklərindən yenisini ümumiyyətlə, qəbul etmək istəməyəcəkləri şübhəsi yaranmışdı.

Ona görə də, S.Qurbanovu, özü də onlardan olmayan birini namizəd kimi necə qəbul edəcəklərini təsəvvür etmək çətin idi. Yenə boğazdan yuxarı vədlər, yalanlar... Çoxu yox, elə hamı elə düşünürdü ki, yeni gələn namizəd də “yerli”lərindən geri qalmayacaq...

Ancaq Sadiq Qurbanov digər namizədlərdən fərli olaraq başqa bir təbliğat taktikası seçdi. İmzatoplama kampaniyasını bəzi namizədlər kimi lentə aldırıb sosial şəbəkələrdə ictimailəşdirmədi. Nənə əlini öpmədi, qucağına körpə almadı... Rola girmədi, özünü oynadı. Əvvəlcədən hazırlanan ssenari üzrə kampaniyasını həyata keçirmədi. Nəticədə 20 il deputat seçildiyi rayondan yenidən namizədliyini verənlərin çoxu kimi etirazla, söyüşlə qarşılanmadı. Bəziləri kimi tədbirdən qovulmaq təhlükəsi ilə üzləşmədi...

Əksinə, Siyəzən və Şabran seçiciləri S.Qurbanovu hörmətlə, sevgi ilə qarşıladılar. YAP-ın namizədi hər bir seçicidə özünə qarşı sevgi oyada bildi. Sadiq Qurbanov görüşlərində özünü ziyalı, müəllim kimi apardı, seçisindən yuxarıda dayanmadı, düşüb onun yanında durdu. Onlarla ensklopedik dildə yox, öz dili ilə danışdı. Papadan artıq katolik iddiası ilə çıxış etmədi, onalara deputat olacağı təqdirdə “dağı dağ üstə qoyacaq”, həlli özündən asılı olmayan vədlər vermədi, olanı dedi, reallıqdan çıxış etdi, özünü seçiciyə olduğu kimi təqdim etdi. Seçicilərin YAP-ın namizədindən razı qaldıqlarının, ona böyük rəğbət qazandıran bir səbəbi də onun toxunduğu bütün məqamlarla bağlı həqiqəti söyləməsi sadəliyi və səmimiyyəti oldu.

...“Gördün, necə təbliğat apardı”, “Halal olsun ona, gəldi oturdu Şabranda, əvvəldən sonadək təbliğatını qurdu”, “Sən onu yaxşı tanımırsan, çox ağıllıdır, onda auditoriyanı ələ almaq istedadı var”, “Sən dediyin adamı Şabranda çox tərifləyirlər, biz də ona səs verəcəyik”, “Bakıdan Sadiq adında bir müəllim gəlib, camaat deyir ki, deputat o olacaq”, “Rayonlarda güclü təbliğat qurub, kənd-kənd gəzir, hamı ondan danışır”, “İnanmırdıq, amma ona qarşı mənfi düşüncələrimizi alt-üst etdi”, “Onun kimi burada təbliğat aparan yoxdur”, “Özünü bizə sevdirdi, ona səs verəcəyik”...

Bu fikirlər hər iki rayonun seçicilərinə - müəllim, tibb işçisi, məktəb direktoru, neftçi, hüquqşünas, idmançı, gənc, təqaüdçü, dövlət qulluqçusuna məxsusdur. Redaktə etmədən, olduğu kimi verdim. 21 gündə Sadiq Qurbanovla bağlı onlarla belə fikirlər eşitdim...

S.Qurbanov 21 gün ərzində özü ilə yanaşı YAP-ı yenidən əhaliyə tanıtdı. Hər görüşündə çıxışını YAP-ın qurucusu ümummilli liderimiz adı ilə başladı, Azərbaycanımızın gələcəyi, dövlət və dövlətçiliyimizin qorunmasıyla bağlı ideyalarından, bu ideyaları layiqincə yerinə yetirən, prezidentimizin fəaliyyətindən, əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı dövlət proqlarımdan bəhs etdi. Azərbaycanın iqtisadi, sosial inkişafından, dünyada mövqeyindən güclənməsindən danışdı.
S.Qurbanovun hər bir görüşü izdihamlı oldu. Qışın soyuğunda S.Qurbanov hər iki rayonun ucqar kəndlərinə qədər gedib çıxa bildi. Hər bir kəndli ailəsi ilə ayrılıqda görüşdü. İki gündə, özü də qışın şaxtalı günlərində 10 ucqar kənddə görüş keçirmək hər bir namizədin işi, hünəri ola bilməzdi. Namizəddə buna qətiyyət, dözüm, güc, seçicinin rəğbətini, hörmətini qazanmaq eşqi olmalıdır.

Siyəzən və Şabran üçün YAP-ın yeni, “yerli” olmayan namizədi təşviqat prosesinin 13-cü günündə minlərlə seçici ilə ünsiyyət qurdu. Milli Qəhrəman, şəhid ailələri, müharibə veteranları, iştirakçıları, ağsaqqallar, ağbirçəklər, sadə kəndlilər, gənclər namizədin ilk görüş ünvanları oldu.

S.Qurbanov bir görüşlərlə minlərlə insanın etibarını, səsini qazana bildisə, o “yerli deyil” ola bilməz. Bizim - siyəzənli və şabranlılardan biri sayıldı. S.Qurbanov əhali tərəfindən qazandığı bu sevgi ilə “”Yerli deyil” düşüncəsini daşıyan digər region seçicilərinə də yanlış fikirdə olduqları mesajını vermiş oldu.

Yeri gəlmişkən, həmin dönəmlərdə Şabranda bir qrup gənclə telefon əlaqəsi qurdum. S.Qurbanovun seçki təbliğatını bəyəndiklərini söylədilər. Həmin görüşlərdə iştirak edənlər də, etməyənlər də seçki günü ona səs verəcəklərini bildirdilər. İnternet üzərindən izləsəm də, digər namizədlərin rayonda necə təbliğat apardıqlarını soruşdum. “Hərdən dar çərçivədə görüşlər keçirirlər. YAP-ın namizədi ilə müqayisədə zəifdirlər” cavabını aldım.

S.Qurbanov 14 gün ərzində özünü Siyəzən və Şabran əhlinə yaxından tanıda, sevdirə bildi. Hələ arxda təbliğat prosesinin başa çatmasına 1 həftə qalırdı. Düzdür, 20-21 gün ərzində hər iki rayonda təbliğat aparmaq, bütün seçicilərinə özünü tanıtmaq çətin prosesdir. Amma S.Qurbanovun görüşdüyü seçicilər tərəfindən rəğbətlə, böyük ehtiramla qarşılanması, üzünü görmədiyi seçicilərin onun haqqında eşidib, müsbət fikirlər formalaşması, seçki günündə YAP-ın namizədinə səs verəcəklərini söyləmələri danılmaz faktlardandır. Bununla S.Qurbanov “bizdən deyil” düşüncəsini alt-üst etdi. O, millətini, xalqını, dövlətini sevən bir vətənpərvər kimi sübut etdi ki, harada olcağından asılı olmayaraq daima seçicilərinin yanında duracaq. Onlar üçün əlçatmaz millət vəkili olmayacaq.

Hər iki rayonla sıx əlaqəli olduğumdan seçicilərin əksəriyyətində S.Qurbanova böyük inam yarandığını öyrəndim.
Şabran və Siyəzən seçiciləri etibar edib ona, YAP-a səs verdilər. YAP S.Qurbanovla bağlı seçimində yanılmadı. Əksinə, qazandı. S.Qurbanov təmsil olunduğu partiyanın nüfuzuna, adına uyğun şəffar, layiqli, səhvsiz bir seçki kampaniyası apardı.

Bu müddət ərzində həmişəlik şabranlıların və siyəzənlilərin etibarlı dostuna çevrildi. Və əhali fevralın 9-da etibarlı dostuna səs verərərk, özlərinə millət vəkili seçdi. Hər iki rayonun seçicilərinin bu gündən S.Qurbanovun timsalında əsl deputatın necə olacağını görə biləcəklərinə şübhəmiz yoxdur. Əhali 20 ildən sonra deputat üzü görə, deputat sözü eşidə biləcəklər....

Ağır və məsuliyyətli işdə Sadiq Qurbanova uğurlar arzulayırıq. S.Qurbanovun ona səs verənlərin etimadını doğruldacağına isə heç şübhəmiz yoxdur. O, daha Siyəzən və Şabran, siyəzənlilər və şabranlılar üçün ”yad” deyil, onlardan biridir. Nəhayət, siyəzənlilər və şabranlılar əsl millət vəkilinin necə olduğunu, S.Qurbanovun timsalında görə bildilər.

2020-ci il parlament seçkilərindən sonra dünyanı ağuşuna alan COVİD-19 bəlası Azərbaycandan da yan keçmədi. Məhdudiyyətlər, təhlükəsizliyimizn qorunması ilə bağlı hökumətin qoyduğu qayda və qadağalara baxmayaraq S.Qurbanov virtual olaraq seçiciləri iləmütəmadi əlaqələr yaratdı. Millət vəkilinin təşəbbüsü ilə imkan daxilində aztəminatlı ailələrə yardımlar çatdırıldı. Bu gün də S.Qurbanov xeyriyyəçilik missiyasının davam etdirir. Hər iki rayonun hər bir kəndində onu tanımayan yoxdur.

Jurnalist olaraq yalnız bir dəfə - 2021-ci il iyulun 20-də Qurban bayramında S.Qurbanovun xeyriyyəçilik tədbirində iştirak etdim. Həmin gün S.Qurbanov Siyəzən və Şabran rayonlarının bir neçə kəndinə gedərək şəhid ailələri, qazilər və aztəminatlı ailələrlə görüşdü, onları Qurban bayramı münasibətilə təbrik etdi.

Millət vəkili, YAP-ın Siyəzən və Şabran rayon təşkilat rəhbərlərinin iştirakı ilə əvvəlcə Siyəzən rayonun Zarat, Böyük Həmyə, Yenikənd, Sadan və Eynibulaq kəndlərinə səfər edərək yerli camaatla görüşdü. S.Qurbanovun təşəbbüsü ilə adıçəkilən kəndlərin hər bir məscidində kəsilən qurbanlar şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələrə paylanıldı. Eyni zamanda Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxundu, qazilərimizə və müharibə iştirakçılarına Allahdan cansağlığı diləndi.

Daha sonra S.Qurbanov Yenikənd kəndində "Şəhid guşəsi"ni ziyarət etdi, ruhlarına dualar oxundu. Zarat və Yenikənd kənd sakinləri ilə görüşdə millət vəkili onların sosial problemləri ilə maraqlandı. Səmimi keçən görüşlərdə sakinlər millət vəkilinə onların problemlərini diqqətdə saxlayıb həllinə çalışdığına görə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, təkcə əlamətdar gün və bayramlarda deyil, S.Qurbanov həmişə onları yad edib, sosial problemləri, yaşam tərzləri ilə maraqlanıb. Kəndlərin qlobal problemlərinin həllində əlindən gələni əsirgəməyib. Elə zamanlar olub ki, millət vəkili ayrıca olaraq hər bir kənd sakinin qapısını döyərək onun qonağı olub.

Siyəzən səfərinin sonunda millət vəkili Ağbaş kəndində yolun tikintisi ilə tanış oldu. Burada da kənd əhli millət vəkilini mehribanlıqla qarşılayaraq onunla həmsöbət oldu. Müqəddəs Qurban bayramında kənd sakinlərinin görüşünə gəldiyinə görə millət vəkilinə təşəkkürlərini bildirdilər.

Günün ikinci yarısında S.Qurbanovu Şabran rayon Baş Əmirxanlı kənd sakinləri gözləyirdilər. Burada yaşı 100-ə yaxın olan kənd məscidinin bərpasından sonra açılış mərasimi və ilk azan səsləndiriləcəkdi. Millət vəkili deyilən, yəni azan verilən vaxtda gəldi. Məscidin həyətinə yığışan kənd əhli S.Qurbanovu sevinclə qarşılayaraq onu üzük qaşı kimi dövrəyə aldılar. Baş Əmirxanlı, onun ətrafındakı kəndlər də millət vəkilinə doğmaydı. Millət vəkili ora yığışanların hər birini ayrı-ayrılıqda tanıdı. Əvvəlcə S.Qurbanova illərdir qaz üzünə həsrət qalan Əmirxanlı kəndinin qazlaşdırılmasında göstərdiyi köməkliyinə görə minnətdarlıqlarını bildirdilər. Sonra kəndin yeganə - su problemi olduğunu millət vəkilinin diqqətinə çatdırdılar. Millət vəkili bu problemin də həllinə səy göstərəcəyini onların diqqətinə çatdırdı. Burada da millət vəkili ilə sakinlər arasında səmimi söhbətlər oldu. Bərpadan sonra məscidə baxış keçirildi.

Daha sonra millət vəkilinin iştirakı ilə bərpa olunan məsciddə namaz qılındı. Bayram günündə bütün şəhidlərin ruhlarına dualar oxundu. Namaz qılındıqdan sonra da millət vəkili sakinlərlə ayaqüstü söhbətlərini davam etdirdi. Hər birinin ayrıca problemi dinlədi, qeydiyyatı aparıldı.
Kənd ziyalılarından olan Yavər İbrahimov kəndin sosial problemlərinin həllində öz köməkliyini göstərən və hər bir kənd sakininə qayğı və diqqətini əsirgəməyən S.Qurbanova kənd camaatı adından yenidən təşəkkürünü çatdırdı. Ölkənin sosial, iqtisadi inkişafında Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu, əvəzsiz xidmətləri vurğulandı. Təşəkkür kənd camaatını gözü qarşısında oxundu. Bu istiqamətdə hökumətin həyata keçirdiyi siyasətin kəndlilər tərəfindən rəğbətlə qarşılandığı və dəstəkləndiyi bildirildi.

Hər bir sakin millət vəkilini öz evində qonaq görmək istəyini bildirdi. Lakin növbəti görüşlərin olduğundan vaxt məhdudiyyəti buna imkan vermədiyindən, S.Qurbanov bu istəyi növbəti görüşlərdə reallaşdıracağını bildirdi. Millət vəkili hər bir kənd sakini ilə sağollaşdı, hamı ona uğurlar arzuladı və yenidən onunla görüşmək arzusunda olduqlarını bildirdilər.

S.Qurbanov və onu müşayət edən rəsmilər, media nümayəndləri Baş Əmirxanlıdan sonra Ceyranlı kəndindən İkinci Qarabağ Müharibəsində şəhid olan Sahil Babayevin doğulduğu evi ziyarət etdilər. Şəhidin atası Çoşqun kişi də hər dəfə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə S.Qurbanova təşəkkürünü bildirdi. S.Qurbanov şəhidin ata evində çay süfrəsinin qonağı oldu. Çay içiləndən sonra ənənəvi olaraq şəhidin ruhuna dualar oxundu.

Yeri gəlmişkən, onu da qeyd edim ki, S.Qurbanovun təşəbbüsü ilə kəsilən qurban payları məscidə toplaşanlara paylanıldı. Eyni zamanda ətraf kənddən olan şəhid ailələri də yaddan çıxmadı.

Ceyranlı kəndindən sonra növbəti dayanacaq Padar kəndi oldu. Əsas məqsəd millət vəkilinin təşəbbüsü ilə çəkilən asfalt yola baxış idi. Mərkəzi yoldan təxminən 500 metr kəndə gedən yol tamamilə yeni asfaltla örtülmüşdü, maşınlar rahat gedib, gəlirdi. İlk dayanacaq yer kənd orta məktəb oldu. Məktəbin həyətində salınan bağ qonaqları valeh etdi. S.Qurbanovun kəndə gəldiyi xəbərini eşidənlər onun görüşünə gəldilər. Burada da sakinlər millət vəkilinin fəaliyyətindən razı qaldıqlarını bildirdilər. Məktəbin direktoru Akif Fərmanov qeyd etdi ki, hələ sovetlər dönəmindən bu vaxtadək Padar və Bor-bor kəndlərinin yolu asfalt üzü görməyib. S.Qurbanovun təşəbbüsü ilə kəndin yolu asfaltlanıb. Bu da kənd camaatını böyük sevincinə səbəb olub. Ona görə də kənd əhli millət vəkilindən razıdırlar və onun kəndə hər gəlişi sakinlər üçün bayramdır.

Lakin yolun körpüyə çatmamış 400 metr uzunluqda hissəsinə asfatl döşənmədiyi də millət vəkilinin nəzərinə çatdırıldı. Hansı səbəbdən işin yarımçıq qaldığının bilinmədiyi söylənildi. Millət vəkili sakinlərlə birlikdə həmin əraziyə getdi, problemlə yerindəcə tanış oldu. S.Qurbanov elə oradan, sakinlərin yanında lazımı orqanlarla əlaqə yaratdı və problemi onların diqqətinə çatdırdı. Yolun qalan az bir hissəsinin də tezliklə təmir ediləcəyini və buna görə narahat olmamalarını bildirdi...

... Beləcə, iyulun 20-də Qurban bayramının ilk günündə millət vəkili S.Qurbanovun Siyəzən və Şabranda bir neçə kəndin sakinləriylə keçirdiyi bayram görüşünün canlı şahidi oldum. Millət vəkilinin keçirdiyi bütün görüşlərdə sakinlərin ona olan sevgisi, inamı, etibarı, güvəni aydın hiss olunurdu. Səmimiyyət, sadəlik, sözübütövlülük millət vəkilini tez bir zamanda seçicilərinə sevdirib. Tez bir zaman ifadəsini ona görə yazıram ki, həmin tarixdən parlament seçkilərinin üstündən il yarım vaxt keçirdi. Bu qısa zaman kəsiyində S.Qurbanov hər iki rayonun doğma sakininə çevrildi. Onun telefon nömrəsini hər kəs asanlıqla əldə edə, onunla birbaşa əlaqə yarada bilər və bilir. Bütün sosial problemlərin həllində imkan daxilində seçicisinin yanındadır. İcra Hakimiyyətinin səlahiyyəti çərçivəsində olan, lakin müəyyən səhlənkarlıqlar üzündən həll olunmayan sosial problemlərlə belə S.Qurbanova müraciətlər olunub və tezliklər onlar aradan qaldırılıb. Yolların asfatlanmasından tutmuş, kəndlərə qazın, suyun çəkilməsinə, şəhərin abadlaşdırılmasına, məktəblərin, ibadət yerlərinin, küçələrin bərpasına, şəhid bulaqlarının salınmasına kimi...

...Bu yazdıqların heç də təxəyyülümün məhsulu deyil, eşitdiklərim və şahidi olduqlarımdır...

Cavid Şahverdiyev
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya İnformasiya Agentliyinin baş redaktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər