Sizin Reklam Burada

Nikol danışdı: Aprel savaşının səbəbi və “status"un məhvi

Nikol danışdı: Aprel savaşının səbəbi və “status"un məhviNikol Paşinyanın son müsahibəsi Qarabağ və regional proseslər baxımından birdən çox ciddi açıqlamalarla yadda qaldı: əvvəlki çıxışları ilə müqayisədə həm yeni fikirləri, həm də müəyyən iddialarından imtina etməsi ilə diqqət çəkir.

2016-cı ilin Aprel savaşını xatırladır və mesaj verir ki, “status” məsələsinin “dəfn edilməsi” onun yox, keçmiş hakimiyyətin günahıdır.

- BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, o vaxtdan ATƏT-in Minsk Qrupu həm də regionun statusu məsələsi ilə məşğul olub; lakin 2016-cı ildə status məsələsi yenidən BMT TŞ-yə qaytarıldı və bu, Ermənistan üçün “fəlakət”lə nəticələndi, çünki ən mötəbər beynəlxalq platforma çərçivəsində Qarabağın statusuna ümid etmək mümkün deyil; əgər Minsk Qrupu platformasında Ermənistanın Qarabağa “xüsusi status” iddia etmək şansı var idisə, Təhlükəsizlik Şurasında bu, mümkün deyil;

- Qarabağda yaşayan azərbaycanlıların hüquqları heç vaxt mübahisəli olmayıb, olmayacaq da; “Dağlıq Qarabağ Muxtar Vilayəti” danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərdən keçirilməyib, ən azından erməni-azərbaycanlı icması olaraq qəbul edilib; bölgənin müqəddəratını yalnız azərbaycanlı sakinlərin iştirakı ilə həll etmək olar;

- “Kazan düsturu” Azərbaycanın razılaşmadığı “aralıq statusu” məsələsini nəzərdə tuturdu; 2016-cı ilin yanvarında isə vasitəçilərin yeni sənədlər paketində “Qarabağın aralıq statusu” ifadəsi yox idi, erməni tərəfi bununla razılaşmadı və nəticədə Aprel müharibəsi baş verdi; müharibədən sonra yenə eyni təklif gəlir, İrəvan yenə rədd edir, 2016-cı ilin avqustunda yeni sənədlər paketi peyda olur və “Qarabağın statusu” BMT Təhlükəsizlik Şurasına qaytarılır, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə...

Nikol Paşinyan baş verənlərə görə keçmiş hakimiyyəti ittiham edir, bildirir ki, əgər o vaxt Qarabağın statussuz vəziyyəti ilə danışıqlar prosesinə razılıq verilsəydi, vəziyyət bu həddə çatmazdı, məhz buna görə indi “statusun” Azərbaycan Konstituasiyana uyğun həlli vəziyyəti yaranıb.

Erməni baş nazir bununla bəyan edir ki:

Birincisi, “statusun” olmayacağı ilə razılaşmağa məcburdurlar və buna görə o yox, keçmiş hakimiyyət məsuliyyət daşıyır;

İkincisi, erməni cəmiyyətinə “Minsk qrupu formatında “status”un gündəmdə qalmasına çalışacağını” vəd etsə də, ciddi nəticə gözləməməyin də mesajını verir.

Paşinyan çıxışı ilə bağlı yaranan etiraza münasibət bildirərkən, müəyyən korrektlər etsə də, yenə ümumi mövqeyini saxladı və hər şeyə görə günahkarın keçmiş hakimiyyət olduğunu bəyan etdi.

Proseslərin yekun sülh sazişinə doğru getdiyi müşahidə edilir. Paşinyan da bildirir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Əvvəl də bu haqda danışmışdı, lakin İrəvanın gündəliyi çərçivəsində. İndi isə sülh müqaviləsində Bakının gündəliyinə yaxın mövqedən çıxış edir.

İstisna deyil ki, Sankt-Peterburqda gözlənilən Əliyev-Paşinyan görüşündə sülh müqaviləsi də müzakirə olunacaq.

Asif Nərimanlı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər