Sizin Reklam Burada

"Fransalı siyasətçinin həyasız əməli cavabsız qalmamalıdır"

"Fransalı siyasətçinin həyasız əməli cavabsız qalmamalıdır"Fransada keçiriləcək prezident seçkilərinə namizəd Valeri Pekressin bizim Xankəndi şəhərinə qanunsuz səfər edib, orada erməni separatçıları ilə görüş keçirməsi ölkəmizə, suverenliyimizə qarşı böyük bir təxribatdır, ərazi bütövlüyümüzə qarşı açıq-aşkar hörmətsizlikdir. Avropa Birliyinin lider ölkələrindən birinə rəhbərlik etmək istəyən xanım siyasətçinin bu həyasız əməli cavabsız qalmamalıdır. Bu baxımdan biz Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa tərəfinə nota verməsini və V.Pekress başda olmaqla suveren ərazilərimizə qanunsuz səfər edən Fransa vətəndaşlarının adlarının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsini tamamilə düzgün və vaxtında atılmış addım kimi dəyərləndiririk. Əminik ki, belələrinin Azərbaycana girişinin qadağan edilməsi öz müsbət nəticəsini verəcək.

Ancaq rəsmi Bakı sözügedən fransalı siyasətçinin beynəlxalq hüquqa, BMT qətnamələrinə zidd olan bu addımı ilə bağlı əlaqədar beynəlxalq təşkilatlara, o cümlədən gələn ildən Fransanın rəhbərlik edəcəyi Avropa İttifaqına (Aİ), bu İttifaq Şurasının hazırkı sədri Şarl Mişelə də rəsmi şikayət məktubu ilə müraciət etməli, Aİ-nin yürütdüyü bölgədə sülh siyasətinə zərbə vuran Fransa prezidentliyinə namizədin təxribatçı hərəkətinə münasibət bildirmələrini tələb etməlidir.

Eyni zamanda Valeri Pekressin təxribatçı hərəkətinə göz yuman, onun Xankəndi şəhərinə gizli gəlməsinə şərait yaradan Rusiya sülhməramlıları da bu hadisəyə görə məsuliyyət daşıyırlar. Sülhməramlılar bu insidentə nəyə görə göz yummaqlarına hökmən aydınlıq gətirməlidirlər. Onlar sərhədimizdən qanunsuz girişlərin qarşısını ala bilmirlərsə, bunu da açıq şəkildə etiraf etsinlər. Azərbaycan öz sərhəd qapısını yüksək səviyyədə ayıq-sayıqlıqla qorumağa qadirdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər