Sizin Reklam Burada

"Bu layihə Azərbaycan üçün uğurlu olacaq"

"Bu layihə Azərbaycan üçün uğurlu olacaq"Fars körfəzi-Qara dəniz marşrutu İranın cənubundan başlayıb Avropada bitəcək. Layihənin marşrutu İran→Azərbaycan→Ermənistan→Gürcüstan→Bolqarıstan→Yunanıstan→Avropanı əhatə edəcək.

Deməli, yüklər İrandan Azərbaycana→Ermənistana → Gürcüstanın Batumi limanına, limandan gəmilər vasitəsilə Bolqarıstana daha sonra quru yolla Yunanıstana→Avropaya daşınacaq.

Siyasi ekspert Elman Vəliyev Avrasiya.net-ə bildirib ki, İran daha əvvəl bu yolun Ermənistan üzərindən keçməsinə çalışırdı. Hətta iki tərəfin nümayəndələri bu barədə müzakirələr aparmışdılar. Bu görüşlərdən biri və önəmlisi 2021-ci ilin aprel ayında İrəvənda keçirilmişdir: "Ancaq işlər plana uyğun getmədi. İlk öncə bölgənin Azərbaycan vasitəsilə geosiyasi vəziyyətinin dəyişməsi, daha sonra Türkiyə-Ermənistan münasibətlərində irəliləyişlərin müşahidə edilməsi İrana başqa alternativlər tapmağı vadar elədi. Dekabrın 10-unda Moskvada Türkiyə tərəfinin irəli sürdüyü 3+3 (Türkiyə, Azərbaycan, İran, Ermənistan, Gürcüstan və Rusiya) formatı müzakirə edildi. Gürcüstan bu layihədə Rusiyanın olduğunu əsas gətirərək deaktiv oldu. Noyabrın 28-ində Aşqabadda İlham Əliyevlə İbrahim Rəisi arasında bu məsələlərə dair müzakirə olmuşdu. İki tərəf iqtisadi əlaqələri prioritet kimi ələ alaraq önəmli qərarlar verdilər. Bunlardan biri Türkmənistan qazının nəql edilməsi barədə, digəri isə Fars körfəzi-Qara dəniz xəttidir".
Ekspert qeyd edib ki, bu layihə Azərbaycan üçün uğurlu olacaq. Əgər əvvəllər İran Ermənistan üzərindən aparacaqdırsa, indi Azərbaycan üzərindən keçdiyinə görə Azərbaycan bu layihənin xüsusi parçasıdır və iqtisadi qazanclardan önəmli pay alacaq:
"İran bu layihəyə qol çəkməklə yarım qalan niyyətlərini tamamlamaq istəyir. İran Süveyş kanalına (vaxtı ikən Osmanlı tərəfindən açılmışdı) alternativlər axtarırdı. Bu isə Misiri narahat edən amillərdəndir, çünki ən böyük iqtisadi yük daşımalar üçün zəmin rolunda çıxış edən Süveyş kanalına Misir nəzarət edir".

Əvvəlcə Çinin “bir kəmər bir yol” layihəsinə cavab olaraq Hindistan tərəfindən irəli sürülmüş “şimal-cənub” dəhlizinə qoşuldu, ancaq bu da İranın ürəyincə olmadı. Sonra planını cızdığı Fars körfəzi-Qara dəniz intermodal marşrutu istiqamətində addımlar atmağa başladı. Bu yol İran üçün Süveyş kanalına nisbətən daha sərfəlidir. Digər bir yanadan İran Amerikanın sanksiyalarına davamlılıq üçün bu planı optimal hesab edir:

"Həmçinin İran bu geoiqtisadi planla Türkiyədən asılılığa son verməyə çalışır. Türkiyənin çoğrafi mövqeyi (Asiya ilə Avropa arasında periferiya roluna malikdir) çox önəmlidir. İran Türkiyədən uzaqlaşmaq istəsə də, Çin üçün Türkiyə sərfəlidir. Səbəblərindən biri və önəmlisi Çinin öz məhsullarını Avropaya çıxarması üçün ən az xərc Türkiyə üzərindən ola bilər".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər