Sizin Reklam Burada

Peyvəndləmədə ölkələr arasında ayrı-seçkilik yolverilməzdir

Peyvəndləmədə ölkələr arasında ayrı-seçkilik yolverilməzdirNail Cəlil: “Azərbaycanın təşəbbüsü ilə BMT-də müvafiq qətnamənin yekdilliklə qəbul edilməsi ölkəmizin müsbət qərarların mərkəzinə çevrilməsinin təzahürüdür”

“Dekabrın 16-da Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasında COVİD-19 əleyhinə peyvəndləmədə ölkələr arasında bərabərliyin, ədalətli yanaşmanın təmin edilməsi ilə bağlı Qoşulmama Hərəkatının adından irəli sürülən qətnamənin yekdillikə qəbul olunması ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsini təsdiqləyən mühüm, beynəlxalq əhəmiyyətli hadisələrdən biridir. Bu, onu göstərir ki, Azərbaycan dünyada insanların sağlamlığı, təhlükəsizliyi, pandemiyadan qurtulması naminə beynəlxalq səylərin əlaqələndirilməsində qlobal liderliyini getdikcə möhkəmləndirir. Bu mənada, Baş Assambleyada göstərilən təşəbbüsün 179 ölkə tərəfindən birbaşa dəstəklənməsi rəsmi Bakının müsbət qlobal təşəbbüslərin mərkəzinə çevrilməsinin təzahürüdür”.

Bu fikirləri “Xalq Cəbhəsi” qəzetinə açıqlamasında müvafiq qətnamənin hazırlanması və qəbul edilməsində bağlı Azərbaycanın mühüm rolunu qiymətləndirən politoloq Nail Cəlil səsləndirib. Siyasi ekspert vurğulayıb ki, Azərbaycan pandemiya başladığı andan bu problemlə fəal, dünya ölkələri ilə əlaqələndirilmiş, geniş, effektiv mübarizə yolunu seçib: “Son iki ildə bizim ölkə problemin bütün bəşəriyyət üçün hüquq bərabərliyi, hər kəsə bərabər müdafiə, eyni dərəcədə sağlamlıq imkanları yaradılmaqla həllinə çalışır. Bir sıra ölkələrin pandemiya təhdidi fonunda tam özünə qapandığı zamanda Azərbaycanın təşəbbüsü ələ alması və sədrlik etdiyi Qoşulmama Hərəkatı ilə birlikdə peyvəndlənmənin hər kəs üçün bərabər, əlçatan olmasına çalışması olduqca təqdirəlayiqdir”.

Politoloqun sözlərinə görə, Azərbaycan burada bəşəri maraqlar naminə qlobal səylərin birləşdirilməsinə - “peyvənd millətçiliyi” əleyhinə ciddi qətnamənin qəbuluna nail olub: “Ümumilikdə, bu, çox ciddi nailiyyət, yetərincə müsbət irəliləyişdir. Əslində, müəyyən maraq dairələrinin dünyanı “varlı” və “kasıb” ölkələrə bölmələri, xüsusən, “kasıbların” peyvəndləmə, müalicə üçün zəruri vasitələr, dərman preparatları ilə zəif təmin olunması, bəzi hallarda heç təmin olunmaması birbaşa insan haqlarına – 1948-ci ilin 10 dekabrında qəbul edilən, hələ də qüvvəsini saxlayan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarına ziddir, insanların təbii haqlarının bilərəkdən pozulması, məqsədli ayrı-seçkiliyə yol verilməsi deməkdir”.

Nail Cəlil onu da vurğulayıb ki, Azərbaycanın təklifi ilə qəbul edilən son qətnamə bu istiqamətdə dünya ölkələrinin mütərəqqi səylərini birləşdirir, bəşəriyyətin sağlam, təhlükəsiz, sosial rifahlı gələcəyi üçün beynəlxalq səviyyədə yeni siyasi-hüquqi əsaslar yaradır: “Azərbaycan yalnız belə təşəbbüslər irəli sürməklə kifayətlənmir, pandemiya ilə bağlı 80-dən artıq ölkəyə birbaşa və ÜST xətti ilə yardım göstərir.
Xatirinizdədirsə, Prezident İlham Əliyev hələ 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında belə bir qətnamənin irəli sürüləcəyini qeyd etmişdi, peyvənd millətçiliyini çox ciddi qınamışdı. Müvafiq qətnamənin qısa müddət sonra yekdilliklə qəbul olunması mütərəqqi dünya ictimaiyyətinin Azərbaycanın pandemiya ilə mübarizədə sivil, humanist, ədalətli mövqeyini bölüşdüyünü və dəstəklədiyini göstərir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər