Sizin Reklam Burada

"Azərbaycan Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə yeniləyib"

"Azərbaycan Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə yeniləyib"Müstəqil və milli maraqlara əsaslanan siyasət həyata keçirən Azərbaycan bütün xarici dövlət və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir. Təbii ki, bu sırada Avropa İttifaqı (Aİ) da var.

Avrasiya.net xəbər verir ki, Milli Məclsin deputatı Vüqar İskəndərov Trend-ə açıqlamasında deyib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini də bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. O qeyd edib ki, bu məqam dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasındakı görüşdə bir daha vurğulanıb.

Deputat xatırladıb ki, Aİ Şurasının Prezidenti Şarl Mişel bu ilin iyulunda Azərbaycanda səfərdə olub: “Bildiyiniz kimi, bu səfər çərçivəsində Ş.Mişellə Prezident İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsi, əməkdaşlıq üçün əlavə imkanlar, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması kontekstində enerji təhlükəsizliyi və Avropa bazarına ixrac olunacaq təbii qazın həcminin artırılması perspektivləri, o cümlədən, İkinci Qarabağ müharibəsindən sonra regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar, bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf məsələlərini ətraflı müzakirə ediblər”, - deyə deputat bildirib.

Bunlar içərisində iki məsələ üzərində dayanmağın vacib olduğunu deyən V.İskəndərovun sözlərinə görə, məsələlərdən biri Avropanın enerji təhlükəsizliyidir: “Qeyd edim ki, son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Burada da Azərbaycanın rolu və fəallığı vurğulanmalıdır. Belə ki, Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılmasına güclü siyasi iradə göstərir. Bu baxımdan, Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır”.

Deputat qeyd edib ki, ölkəmiz özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb: “Yəni hər kəsə məlum olduğu kimi, Cənub Qaz Dəhlizi ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Bu iradənin nəticəsi olaraq 10 il öncə, 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb. Bununla da həmin layihənin icrasının əsası qoyulub. Ötən 10 il ərzində Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq edən Azərbaycan bu gün də etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Üzərində dayanmaq istədiyim digər məsələ isə Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində hansısa addımlar atmaq, səylər göstərmək istəyi ilə bağlıdır. Məhz bu kontekstdə Ş.Mişellə Prezident İlham Əliyevin dekabrlbn 14-də Brüsseldə baş tutan görüşündə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Ümid edək ki, Avropa İttifaqı bu məsələdə reallıqdan çıxış edərək, Ermənistanın üzərinə göturdüyü öhdəliklərin yerinə yetirməsini təmin etmək istiqamətində addım atacaq

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər