Sizin Reklam Burada

“Biz Ermənistanla qonşuyuq və heç birimiz başqa planetə getmək niyyətində deyilik” - Prezident

“Biz Ermənistanla qonşuyuq və heç birimiz başqa planetə getmək niyyətində deyilik” - Prezident“Ermənistan hər cür düşmənçilik hərəkətlərindən, ərazi iddialarından çəkinməlidir”.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib.

“Sülh müqaviləsi üzərində çalışmaq lazımdır və 21-ci əsrdə normal davranışa riayət olunmalıdır. Hər halda, biz qonşuyuq və heç birimiz başqa planetə getmək niyyətində deyilik. Biz yan-yana yaşamağı öyrənməli və yavaş-yavaş münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün zəmin hazırlamalıyıq. Açıq şəkildə dedik ki, Azərbaycan buna hazırdır. Amma indiyədək heç bir müsbət siqnal almamışıq. Mənə elə gəlir ki, Ermənistanda daxili vəziyyət yumşaq desək, müharibədə uduzduqdan sonra yaranmış məyusluq onların cəmiyyətində şişirdilmiş gözləntilər və hərbi-siyasi vəziyyətin qeyri-real qiymətləndirilməsi səbəbindən bir növ psixoloji travma yaradıb”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər