Sizin Reklam Burada

Səfirlər Sakit Okean Alyansının Konfrans Zalının açılışını ediblər

Səfirlər Sakit Okean Alyansının Konfrans Zalının açılışını ediblərAzərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun fəxri qonaq qismində iştirakı ilə Sakit Okean Alyansının (Çili, Kolumbiya və Meksika) Bakıdakı səfirlikləri “Dəmirçi Tower”-in 24-cü mərtəbəsində yerləşən və geniş məkana sahib olan Sakit Okean Alyansının Konfrans Zalının açılışını edib.

Açılış mərasimində nazir müavini Elnur Məmmədov Azərbaycanın 2019-cu ilin iyul ayından Müşahidəçi Dövlət kimi iştirak etdiyi Alyansı mühüm inteqrasiya mexanizmi hesab edərək, Azərbaycan hökumətinin Sakit Okean Alyansı və onun üzvləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.

O qeyd edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının artan inkişafı, eləcə də Azərbaycanın onun iqtisadi transformasiyasının mərkəzi olması faktı Bakıda Sakit Okean Alyansının konfrans zalının açılması qərarında öz əksini tapıb. O vurğulayıb ki, Alyans ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin sürətlə artması Alyansın konfrans zalı vasitəsilə Alyans ölkələri ilə Azərbaycanın işgüzar dairələri arasında birbaşa təmasların asanlaşdırılmasının əsas səbəblərindən biridir. Vitse-nazir işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələrinin Latın Amerikası şirkətləri üçün Azərbaycanda biznes imkanlarından yararlanmaq üçün unikal imkan yaratdığını, kənd təsərrüfatı, şəhərsalma, turizm və yaşıl enerji kimi sahələrin isə birgə müəssisələr üçün imkan yaratdığını vurğulayıb. Bundan başqa, o, işğaldan azad edilmiş ərazilərdə formalaşan nəqliyyat mərkəzinin Transavroasiya nəqliyyat layihələri çərçivəsində bütün Cənubi Qafqazın mövqeyini gücləndirəcəyini bir daha vurğulayıb. Sonda Nazir müavini Məmmədov hər iki tərəfin Sakit Okean Alyansı ölkələri ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinə ümid etdiyini qeyd edib.

Ölkəsi Sakit Okean Alyansının “Pro Tempore” – ya sədrlik edən Kolumbiyanın səfiri Luis Antonio Dimaté, Meksika səfiri Rodriqo Labardini; və Çilinin missiya rəhbəri Fidel Koloma bu mexanizmin məqsəd və nailiyyətlərini vurğulayaraq, Sakit Okean Alyansı ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və dərinləşdirilməsinə tam sadiq olduqlarını qeyd ediblər. Onlar, iki tərəf arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcud olduğunu həmçinin vurğulayıblar.

Rəsmi çıxışlarıdan əvvəl səfirlər, missiya başçısı və xarici işlər nazirinin müavini Sakit Okean Alyansı ofisinin rəsmi açılışını edib qırmızı lenti kəsiblər.
Açılışda həmçinin idman və gənclər nazirinin müavini Fərhad Hacıyev, parlament üzvləri, o cümlədən Alyansa üzv ölkələrlə dostluq qruplarının rəhbərləri, Azərbaycan hökumətinin müxtəlif nazirliklərindən olan vəzifəli şəxslər, o cümlədən Xarici İşlər Nazirliyi, eləcə də Azərbaycanın digər dövlət qurumlarının nümayəndələri iştirak etmişlər. Bakıda akkreditə olunmuş diplomatik korpusun müxtəlif nümayəndələri, akademiyanın, özəl sektorun və kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən digər xadimlər də açılış mərasimində iştirak ediblər.

Sakit okean Alyansı 2011-ci ilin aprel ayında Kolumbiya, Meksika, Peru və Çili tərəfindən iqtisadi artımın təşviq edilməsi, malların, xidmətlərin, kapitalın və insanların sərbəst hərəkətini təmin etmək üçün dörd tərəfdaş ölkənin inkişaf etdirilməsi və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş iqtisadi və ticarət inteqrasiyası bloku kimi yaradılmışdır. Bu il alyansın onuncu ildönümü qeyd edildi. Alyans Asiya-Sakit okean regionuna vurğulanan siyasi ifadə və dünyaya proyeksiya platforması olmağa çalışır. Alyans demokratiyanın ümumi prinsipləri və dəyərləri, hüququn aliliyi, insan hüquqlarına hörmət, iqtisadi açıqlıq və çoxtərəfli münasibətlərə hörmət əsasında yaradılmışdır.

Bu gün Alyansın dörd üzv ölkəsi birlikdə:
Dünyanın səkkizinci ən böyük iqtisadiyyatıdır.
230 milyon nəfərlik bazara malikdir.
Latın Amerikası və Karib hövzəsi ölkələrinin ÜDM-nin 41%-i təşkil edir.
Dünyanda səkkizinci ixrac gücüdür.
Latın Amerikası və Karib hövzəsinə birbaşa xarici investisiyaların 38%-ni qəbul edir.
Adambaşına düşən gəlir 19.000 ABŞ dolları təşkil edir.
Hər il 56 milyon turist qəbul edir.

Digər ölkələrlə əməkdaşlıq

Sakit okean Alyansı xarici əlaqələrinin inkişafı, tərəfdaşları ilə əməkdaşlığın möhkəmləndirilməsi və Alyansın məqsədlərinin irəliləməsi üçün daimi və səmərəli mübadilənin qurulması üçün xüsusi səylər göstərir. Nəticədə, bu gün Alyans altı tərəfdaş dövlətdən (namizədlərdən) və 59 müşahidəçi dövlətdən ibarətdir, o cümlədən Azərbaycan 2019-cu ilin iyulundan. Alyans hər il maraq dairələrinin və konkret əməkdaşlıq layihələrinin tədqiqi məkanı olan, Azərbaycanın da fəal iştirak etdiyi müşahidəçi dövlətlər ilə Əməkdaşlıq Forumu təşkil edir.
Alyans əməkdaşlığın müxtəlif formaları arasında doqquz ölkədə diplomatik və konsulluq nümayəndəliklərini, o cümlədən Çili, Kolumbiya və Meksikanın Azərbaycanda eyni qərargahı bölüşməsi ilə yanaşı, həm də blokun Azərbaycanla müşahidəçi dövlət kimi münasibətlərinin dərinləşdirilməsində böyük potensialla irəliləməsi üçün səylərini birləşdirir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər