Sizin Reklam Burada

"Bu gün Azərbaycanda sabitliyi pozulmağa çalışan qüvvələr var"

"Bu gün Azərbaycanda sabitliyi pozulmağa çalışan qüvvələr var"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

İlin sonuna doğru yaxınlaşsaq da, lakin ölkə gündəmində və siyasi proseslərdə müşahidə olunan məqamlar birilərinin gündəmi daim “qaynar” vəziyyətdə saxlamaq istəyindən xəbər verir. Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 zabitimizin şəhid olması, bunun səhərisi günü isə şəhidlərin dəfn mərasimi ilə eyni vaxta salınan icazəsiz aksiya zamanı “Milli Şura”nın üzvü Tofiq Yaqublunun döyülməsi hadisəsinə verilən reaksiya və yanaşmaların mahiyyəti də onu göstərdi ki, bu gün Azərbaycanda sabitliyin pozulması üçün hər fürsətdən istifadə etməyə, yararlanmağa çalışan qüvvələr var.

Özü də bu hadisələrin məhz Brüssel görüşü və “Demokratiya samit”i ərəfəsində baş verməsi heç də təsadüfi deyil. Bu ölaylar həqiqətən də hansısa təxribat planlarının mövcudluğundan xəbər verir. Bütün bunlar heç şübhəsiz ki, Azərbaycanın maraqlarına zərbə vurmağa, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın dünyada güclənmiş mövqelərini zədələməyə, sarsıtmağa xidmət edir. Ancaq unutmamalıyıq ki, Qarabağı, Şərqi Zəngəzuru işğaldan azad etməyimizlə üzərimizə düşən vəzifələr, milli hədəflər hələ tam icra olunmayıb. İndi qarşımızda daha böyük hədəflər dayanır. Bir tərəfdən işğaldan azad edilmiş ərazilərimizi bərpa etməli və iqtisadi dirçəlişinə çalışmalıyıq. Digər tərəfdən isə düşmən ölkə ilə sərhədlərimizin demarkasiyasına nail olmalı, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etməli, Xankəndi, Xocalı, Xocavənd kimi yaşayış məntəqələrimizdə suverenliyimizi möhkəmləndirməliyik.

Bütün bunların yükü, məsuliyyəti əlbəttə, ilk növbədə dövlətin üzərinə düşür. Amma biz də dövlətimizin yanında olmalıyıq. Eynilə 44 günlük müharibədə olduğu kimi indi də eyni ruh və qətiyyətlə milli birlik və həmrəylik nümayiş etdirməliyik. Çünki indi dövlətlə xalqın birliyi həmişəkindən də çox vacibdir. Cəmiyyətimizlə bərabər, həmçinin siyasi qüvvələr də milli birlik yolunu davam etdirməlidirlər. Biz həqiqətən də məhz birlikdə çox güclü oluruq.

Bizim birliyimiz şübhəsiz ki, anti-Azərbaycan qüvvələri narahat edir. Onlar ölkəmizdə sabitliyi pozmaq üçün daim fürsət, məqam gözləyirlər. Düşmənlərimiz kifayət qədər çoxdur və həm də məkrlidir. Lakin biz onlara zərrə qədər də fürsət verməməliyik. Milli birliyimizi qoruyub saxlamaq indi ən ümdə vəzifəmiz olmalıdır. Məğlub ermənilərdən ən böyük fərqimiz də elə milli birliyin vacibliyini dərk etməyimizdədir. Biz məhz buna görə qalibik!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər