Azərbaycanla sülh sazişi imzalamağa hazırıq - Paşinyan
Dərc olunub:
17-11-2021, 19:40
Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib. Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır”, - Paşinyan qeyd edib.