Sizin Reklam Burada

Ermənistan təhlükəli addımlar atarsa, Azərbaycan... - Bayramov ELAN ETDİ

Ermənistan təhlükəli addımlar atarsa, Azərbaycan... - Bayramov ELAN ETDİ“Ermənistan beynəlxalq hüquqa uyğun addım atmayacağı təqdirdə, Azərbaycana qarşı hansısa təhlükəli bir addım görsək, heç tərəddüd etmədən lazımi qarşılığını verəcəyik”.

Publika.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi şərh edərkən deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Taayib Ərdoğanın regiondakı sabitliklə bağlı mesajlarını xatırladıb: “İki liderin bu mesajları son dərəcə əhəmiyyətlidir. Sülhün və sabitliyin təmin olunmasına istiqamətlənmiş bu mesajlara Ermənistanın necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə rəsmi İrəvanın öhdəsinə buraxılan qərardır. Ümid edirik ki, bu, düzgün bir qərar olacaq. Təəssüf ki, Ermənistanın revanşist açıqlamalarına şahidlik etməkdəyik. Bunlar təhlükəli açıqlamalardır. Bizim istədiyimiz regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər