Sizin Reklam Burada

Amerikalı konqresmenlərdən Bakıya təxribat

Amerikalı konqresmenlərdən Bakıya təxribatABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff və erməni məsələləri üzrə fraksiyasının həmsədri Frank Pallone “Azərbaycan Silahlı Qüvvələrinin sərhəddə erməni əsgərlərinə hücumu”ndan dərin narahatlıq keçirdiklərini bildiriblər.

Axar.az xəbər verir ki, Adam Şiff bu haqda özünün rəsmi internet səhifəsində, Frank Pallone rəsmi Tviter səhifəsində yazılı açıqlama paylaşıb.

Adam Şiff açıqlamasında “ABŞ-ın Azərbaycanın davam edən təcavüzünün qarşısını almaq üçün hər şeyi etməli olduğunu” vurğulayıb.

Frank Pallone isə “Azərbaycanın Ermənistana hücumlarının” ABŞ-ın təcili və qəti addımlar atana qədər davam edəcəyini, “Azərbaycanın Ermənistanın suveren ərazisinə hücumunun cavabsız qalmasının Əliyevi daha da ruhlandıracağını” qeyd edib.

Qeyd edək ki, hər iki konqresmen Türkiyə və Azərbaycana qarşı kini ilə məşhurdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər