Sizin Reklam Burada

Komitə sədri Azərbaycan-Vatikan münasibətlərindən danışıb

Komitə sədri Azərbaycan-Vatikan münasibətlərindən danışıbBu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin plenar iclasında "Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı çıxışının stenoqramını təqdim edirik:

Dəyərli Sahibə xanım, hörmətli deputatlar!

Hec şübhəsiz ki, Müqəddəs Taxt-Tacda Azərbaycan səfirliyinin açılması ikitərəfli diplomatik münasibətlərin dərinləşməsinə böyük tövhə olacaq. Qeyd edim ki, Müqəddəs Taxt-Tacla Azərbaycanın diplomatik münasibətləri Azərbaycanın müstəqliyinin ilk illərindən başlamışdır. 1997-ci ilin sentyabr ayında Ümummilli Lider, Heydər Əliyev İtaliyada rəsmi səfərdə olarkən Vatikan rəhbəri ilə görüşmüş bundan sonra Azərbaycan-Vatikan münasibətlərinə yeni təkan olmuşdur. 2002-ci ildə II İohann Pavellin Bakıya səfəri zamanı Heydər Əliyev Vatikan rəhbərini dinindən, dilindən və irqindən asılı olmayaraq bütün bəşəriyyətin dostu, dünya vətəndaşı adlandırmışdır. O isə çıxışında Azərbaycanda dinlər arasında dözümlülüyün və qarşılıqlı anlaşmanın mövcud olmasını fəxr etməli hal kimi qiymətləndirib. Roma papası Azərbaycanın Şərq və Qərb arasında qapı olmasını bir daha təsdiqləmişdir.
Qeyd edim ki, səfər zamanı Vatikan rəhbəri Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsinin tikilməsi ilə bağlı xahiş etmiş, Prezident Heydər Əliyev kilsə tikintisi üçün ödənişsiz yer ayırlmasına göstəriş vermişdi. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, ölkəmiz yeganə İslam dövlətidir ki, XX əsrdə Azərbaycanda katolik kilsəsi tikilib.

Sonrakı dönəmlərdə cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ikitərəfli münasibətlər daha da inkişaf etdirilmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın 2018-ci ilin 23-26 sentyabr tarixlərində həmçinin Prezidenti cənab İlham Əliyevin 22 fevral 2020-ci il tarixində Müqəddəs Taxt-Taca səfər etməsi bunun bariz nümunəsidir.

Vatikan Azərbaycan münasibətlərinin hüquqi bazasını iki ölkə arasında bağlanmış 1 Saziş və 7 sahə üzrə əməkdaşlıq müqaviləsi əhatə edir. Yeni yaradılacaq səfirlik bu hüquqi bazanın daha da təkminləşdirlməsinə çalışmalıdır.

Bir qədər əvvəl Azərbaycan rəsmiləri ilə görüşdə Müqəddəs Taxt-Tacın dövlət katibinin müavini Edqar Penna Parra "Azərbaycanla Müqəddəs Taxt–Tac arasında çox yaxşı münasibətlər var və bunu davam etdirməkdə maraqlıyıq. Azərbaycanın çətin günlərində onun üçün dua edirik. Sülhün və dialoqun bərpa olunacağına ümidvarıq" fikirlərini söyləməsi Vatikan-Azərbaycan münasibətlərinin dərinləşməsində hər iki tərəfin maraqlı olduğunu göstərir.

Azərbaycanın 44 günlük Vətən müharibəsinin ilk günündə Roma Papasının Müqəddəs Pyotr meydanında ənənəvi “Angelus” duası zamanı çıxışında Qafqaz regionunda zorakılığa dialoq yolu ilə son qoyulmasına dair istəyi, sülhə çağırışı və sadiqləri Qafqazda sülhün bərqərar olması üçün dua etməyə dəvət etməsidə müsbət dəyərləndirilməlidir.

Onu da qeyd etməliyəm ki, Vatikan-Azərbaycan münasibətlərinə təkcə ikitərəfli münasibətlər konteksində baxmaq düzgün olmazdır. Mədəniyyətlər və dinlər arasında dialoq, multikulturalizm ənənələrinin dünyaya tanıdılması Azərbaycanın xarici siyasətinin ən vacib konponentlərindəndir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə başlamış “Bakı Prosesi” çoxsaylı beynəlxalq tədbirlər və layihələr vasitəsilə sivilizasiyalar və dinlər arasında dialoqun inkişafına böyük töhfələr verməkdədir və bu BMT Baş katibinin 72/488 saylı “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində də öz əksini tapmışdır. Həmçinin Azərbaycanın 2016-cı ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etməsidə bu sahədə aparılan sistemli işin təzahürüdür.

Vatikanla-Azərbaycan mədəni əlaqələrinin inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın rolu yüksək qiymətləndirliməlidir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Pio-Klementino muzeyində mədəni abidələrin və incəsənət nümunələrinin bərpa edilməsi Vatikan rəsmiləri tərəfindən yüksək qiymətləndirlimişdir.

Təsadüfi deyil ki, Vatikan Muzeyinin direktoru Antonio Paolucci Heydər Əliyev Fonduna və şəxsən Mehriban Əliyevaya minnətdarlığını bildirərək onun dünya mədəniyyətinin şah əsərlərinin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirmişdir. Mədəni əlaqələrin inkişafı nəticəsində Vatikanın gizli arxivlərində o cümlədən Apostil kitabxanasında Azərbaycana aid yüzlərlə məxfi arxiv sənədlərinin ölkəyə gətirilməsi mümkün olmuşdur. Orta əsrlərə aid bu sənədlərdə Elxanilər, Qaraqoyunlular, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavablar, müxtəlif missionerlərin hesabatları və s. sənədlər əksini tapmışdır. Bu sənədlərdə Azərbaycan tarixinin müxtəlif məqamlarına işıq salmaq həmin dövrün etno-siyasi mənzərəsinin daha dərindən öyrənmək mümkündür.

Xristian dünyasının müqəddəs məbədgahlarından biri sayılan Vatikanla Azərbaycan arasında diplomatik münasibətlərin inkişaf etməsi xarici siyasətimizin prioritetlərindən birinə çevrilməlidir.

Sonda onu da qeyd etmək istərdim ki, bu gün qardaş Türkiyə 29 oktyabr Cümhuriyyət Bayramını qeyd edir. Bu tarixi gün türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir.

Bu münasibətlə başda Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmaqla dövlət və hökumət üzvlərini, müxalifət partiyalarının liderlərini və millət vəkillərini, eyni zamanda bütün dünyada yaşayan türk qardaşlarımı səmimi qəlbdən təbrik edirəm!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər