Aİ Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır
Dərc olunub:
13-10-2021, 07:14
Avropa İttifaqı (Aİ) tərəflərin razılığı olarsa, Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır.
Avrasiya.net xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin bildirib.
O qeyd edib ki, təşkilat, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesində də vasitəçi kimi çıxış etməyi istəyir.