Sizin Reklam Burada

Qoçuların meydanı daralır

Qoçuların meydanı daralırDünya yaranandan bu günə qədər cəmiyyətlərdə güclüsü-gücsüzü, varlısı-kasıbı, igidi-qorxağı, mərdi-satqını, eləcə də lotusu, qoçusu, bir sözlə, hər görkəmdə və xarakterdə insanları olub. Bu baxımdan deyilir ki, nə qədər bəşəriyyətdə insan yaşayırsa, o sayda da fərqli xarakterə malik insanlar mövcuddur. Pərdənin arxasında dayanıb, Azərbaycanda insan xarakterini öyrənmək üçün müşahidələr aparsan, qəliz-qəliz maraqlı və diqqətçəkən məlumatlar toplamaq olar. Başlıcası aydın olar ki, cibi pullu, kreslolu vəzifə sahibləri, sözün həqiqi mənasında, həm lotuluq, həm də qoçuluq edirlər. Maddi imkanlarına və əliuzun olmalarından istifadə edərək, imkansız, arxasız insanlara yuxarıdan aşağı baxırlar, bəzən hikkələrinə və iddialarına söykənib, təhqir və söyüş elementlərindən də geninə boluna istifadə edirlər. Yəni eynən lotular kimi: fırıldaqçı, cüvəllağı, hikkəli və iddialı, kələkbaz, fırıldaqçı.

Lotuluq edənlər və onların əndazələri aşan əlləm-qəlləm əməllərindən söz açmazdan əvvəl onu da qeyd etmək lazımdır ki, günümüzdə rast gəlinən personajlardan biri də qoçuluq edənlərdir. O düzdür ki, bugünkü qoçular 20-ci əsrin əvvəllərində Bakıda yaranan dəstə-tifaqlı qoçuların cır ünsürləridir. Məlumdur ki, qoçular ötən əsrin əvvəllərində Bakı şəhərində neft sənayesinin inkişaf etdiyi bir dönəmdə meydana gəlib.

İri neft maqnatları var-dövlətlərini mühafizə etmək üçün qoçuların imkanlarından istifadə ediblər. Bu da neft sahibkarlarının polislərə bir o qədər güvənməmələri ilə bağlı idi. O dövrdə qoçular o dərəcə də əl-qol açıb, bir növ harınlamışdılar ki, küçədə çəkinmədən insanları təhqir edir, alçaldır, öldürürdülər. Tarixi məlumatlara görə, Nobel qardaşları da özlərini və əmlaklarını qorumaq üçün silahlı qoçu dəstələrindən istifadə ediblər. “O olmasın, bu olsun” filmində Üzeyir Hacıbəyli qoçu Əsgərin timsalında qoçunun tipik formasını tam şəkildə müasir Azərbaycan cəmiyyətinə göstərməyi bacarıb. Kinoda nümayiş olunduğu kimi, qoçu bəzən qəddar, bəzən isə qorxaq olur. Hətta polis görəndə qaçıb gizlənir, mübahisələri kəsib susur. Bəzən isə mauzeri ilə məzlum insanlara atəş açır, onları qorxu altında saxlamağa çalışır. Kommunistlər hakimiyyətə gələndən sonra qoçular bir sinfi düşmən olaraq məhv edildi. Buna baxmayaraq, ötən yüz il ərzində istər lotuluq edənlər, istərsə də qoçuluqdan dəm vuranlar gün işığına çıxıb özlərinin kimliklərini nümayiş etdirməkdədirlər.

Deyək ki, biri bazarda, dükanda əlini belinə qoyub “ filan məhsulların və ya tələbat mallarını monopoliyaya mən almışam, lap əcəb etmişəm” deyə hikkəli şəkildə bəyan edir. Bax, bu, qoçuluğun və lotuluğun əlamətidr. Digər misal, hər kəsə bəllidir ki, “Tikinti və şəhərsalma Məcəlləsi”nin 80-ci maddəsinə görə, müvafiq sənədlərə malik hər bir vətəndaş rayon və şəhər icra hakimiyyətlərini yazılı məlumatlandırmaqla özünə fərdi yaşayış evi tikə bilər. İcra hakimiyyətlərinin qoçuları isə vətəndaşlarda məmnunluq yaradan qanunların icrasına əməl edilməsinə imkan vermirlər. Kimsə həyətyanı sahəsində tikintiyə başlayan kimi başlarının üstünü kəsdirir və “Allah avand eləsin” əvəzində əllərini bellərinə qoyub, “mani-mani” deyib, pul tələb edirlər. Pul da ki, 10 min manatdan 30 min manata qədər. Vay o günə ki, tələb yerinə yetirilməsin, tikinti aparmağa hazırlaşan insanın halı fəna olacaq. İcra hakimiyyətinin mauzersiz qoçuları şillə təpiyə və təhqiramiz sözlərdən geninə boluna istifadə etməklə tikinti aparmağa hazırlaşan şəxsi peşman edəcəklər.

Ümumiyyətlə, mövcud reallıqlar ondan ibarətdir ki, bu gün icra hakimiyyətlərində əllə idarə olunan qoçuların sayı kifayət qədərdir. Onlar arasında elələri var ki, heç icra hakimiyyətlərinin ştatlı əməkdaşları da deyillər. Sadəcə, o şəxsləri kiminsə evini sökmək, hansısa məzlumu döymək və ya biçarə, imkansız bir ailəyə zərər vermək üçün “işə” götürürlər. Məvacibləri isə görə biləcəkləri qoçuluğa bağlıdır. Görünən isə ondan ibarətdir ki, bu qoçu dəstəsinin imkanları çox geniş olur. Bu isə onu deməyə əsas verir ki, boyük qoçular onları ən yüksək formada mükafatlandırırlar. Bu cür qoçular həkimlər arasında, dövlət yol polisi əməkdaşları sırasında, biznesdə dolaşan işbazlar arasında az deyil. O gün dedilər ki, Binə ticarət mərkəzində hərci-mərclik hökm sürür. Yəni qoçular lotularla birləşib, xırda ticarətlə məşğul olan sahibkarları incidirlər. Həm də iddia etdilər ki, qoçuların başında ticarət mərkəzinin sahibi Kəbirə xanımın bacısı oğlu qoçu Bəhruz dayanır. Bığsız, keçəl, cüssəli qoçulardan olan Bəhruz o boyda ticarət mərkəzini fırladır. Kəbirə xanımın qocaldığından istifadə edən qoçu Bəhruz hər yerdə deyir ki, yaxın vaxtlarda bu ticarət mərkəzinin sahibi olacaq. Xırda sahibkarlıqla məşğul olanlar da çox narahatdırlar. Deyirlər ki, Bəhruz idarəetməni tam əlinə alsa, vay onların halına. Bir sözlə, Binə ticarət mərkəzində çox pis-pis hadisələr baş verməkdədir. Bu barədə geniş və əhatəli məlumatı növbəti saylarımızda məlumat verməyə çalışacağam.

Hələlik isə, onu deməliyəm ki, həqiqətən də bu gün qoçu və lotular at oynadırlar. Hətta atla eşşəyin izi bilinmədiyi kimi, artıq lotularla qoçuların da əməlləri bir-birinə qarışıb.

İ.ƏLİYEV

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər