İrandan yeni təhdid: Bakı xarici qüvvələrə güvənməsin

İrandan yeni təhdid: Bakı xarici qüvvələrə güvənməsinAzərbaycan təhlükəsizik məsələlərində xarici qüvvələrlə bağlı illüziyalara qapılmasın.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, bu təhdidvari cümlə İranın Beynəlxlaq münasibətlər üzrə strateji şurasının sədri Kamal Xərrazi tərəfindən səslənib.

“Onların motivlərini, qeyri-qanuni(?) maraq və hədəflərini nəzərə alaraq bütün bunların bölgədə rəqabətə yol açacağını və zərərli olacağını demək olar. Bundan başqa nə qədər burda xarici qüvvə varsa, onları qəbul edən ölkənin də bir o qədər asılılığı artır”,- deyə o bildirib.

Kamal Xərrazi yenə də bölgədə sionist rejimin başqa məqsədlər daşıdığını söyləyib və Azərbaycan rəhbərliyinin strateji səhvlərə yol verdiyini iddia edib.

Onun sözlərinə görə vaxtilə İran rəhbərliyi Azərbaycanın əvvəlki prezidenti Heydər Əliyevə Silahlı qüvvələri rəsmi Tehranın köməyi, onunla əməkdaşlıq əsasında qurmağı təklif edib.

“Lakin təəssüf ki, Heydər Əliyev bunu qəbul etmədi və nəticədə Azərbaycan xarici qüvvələrdən daha da asılı vəziyyətə düşdü”, -deyə İran rəsmisi maraqlı məlumat verib.