Sizin Reklam Burada

Sülhdən yayındıqca Ermənistan daha çox itirir

Sülhdən yayındıqca Ermənistan daha çox itirirNail Cəlil: “Qonşu ölkə yalnız sülh müqaviləsi imzalamaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla özünü xilas edə bilər”

“44 günlük Vətən müharibəsindən – Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri əhəmiyyətli dərəcədə bərpa edildikdən sonra Prezident İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyini konstruktiv mövqe tutmağa, ölkəmizin ərazi bütövlüyünü tanımağa çağırıb. Dövlət başçısı son çıxışlarında rəsmi İrəvanı müharibə səhifəsini bağlamağa, sülh müqaviləsi imzalayaraq, regionda çoxtərəfli əməkdaşlıqda iştirakçı olmağa səsləyib. Qalib ölkənin rəhbəri kimi, İlham Əliyevin qarşı tərəfə bu müraciəti Azərbaycanın güclü və ədalətli mövqeyini, Güney Qafqaz regionunda sülhün, sabitliyin, əməkdaşlığın əsas qarantı, təminatçısı olduğunu bir daha təsdiqləyir”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında politoloq Nail Cəlil söyləyib. Siyasi ekspert qeyd edib ki, dövlət başçısının Ermənistanın baş naziri Nikol Paşinyanla konstruktiv mövqe tutacağı təqdirdə birbaşa danışıqlara hazır olduğunu bildirməsi Azərbaycanın beynəlxalq hüquqa, sivil dəyərlərə, ərazi bütövlüyü prinsipinə sadiqliyinin, regionda, dünyada güclü və ədalətli aktor olmasının göstəricisidir: “Digər tərəfdən, bu, qonşu Ermənistana, regionda sülhü, tərəqqi təmin etmək məqsədilə yönələn çox müsbət, pozitiv bir jestdir. Azərbaycan Ermənistana mövcud beynəlxalq münasibətlər sisteminə istinadla ədalətli və bərabər səviyyəli əməkdaşlıq təklif edir.

Dəyərləndiriləcəyi təqdirdə bu Ermənistana regional təcrid vəziyyətindən, siyasi-iqtisadi böhrandan çıxması, eləcə də sivil dövlət kimi formalaşması üçün ciddi fürsətdir. Uzun illər Azərbaycan torpaqlarının 20 faizə qədərini işğalda saxlaması nəticəsində Ermənistan regional infrastrukturdan, böyük layihələrdən özünü təcrid edib. Müharibə, əsassız ərazi iddiaları Ermənistana fəlakət, yoxsulluq və böhrandan başqa heç nə verməyib. Görünən odur ki, Ermənistan rəsmiləri tədricən bu mövqeni qəbul etməyə, siyasi reallıqlarla hesablaşmağa meyillənirlər”.

Nail Cəlil əlavə edib ki, Prezident İlham Əliyev bu məqamı nəzərə alaraq, məhz Nikol Paşinyanın hazır olduğu zaman onunla danışmağa hazır olduğunu vurğulayıb: “Heç kəsə sirr deyil ki, labüd məğlubiyyətdən sonra Paşinyan Ermənistanda hazırda azlıq təşkil edən revanşist qruplaşmaların təzyiqi, hətta təhdidi ilə üzləşib. Bununla belə, ictimai rəyin nisbətən sağlamlaşdığı, sülh və əməkdaşlıq mövqeyini dəstəkləyənlərin artdığı, əhəmiyyətli çoxluğa çevrildiyi də görünür. Faktiki olaraq, bu təkliflə Azərbaycan Ermənistan cəmiyyətini və dövlətini xilas etmək, regionda bütün problemləri kökündə həll etmək üçün rəsmi İrəvana öz əlini uzadır. Hesab edirəm ki, qarşı tərəf bu təklifi ciddi dəyərləndirəcək və adekvat cavabı çox da gözləmək lazım gəlməyəcək. Çünki vaxt uzandıqda, sülhdən yayınmağa çalışdıqca Ermənistan daha çox itirir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər