İlham Əliyev Mehriban xanımın çəkdiyi videolardan danışdı

İlham Əliyev Mehriban xanımın çəkdiyi videolardan danışdıXəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibə verib.

Avrasiya.net xəbər verir ki, Prezident müsahibəsində jurnalistin azad edilən bölgələrə səfər zamanı görüntülərin birinci xanım Mehriban Əliyeva tərəfindən çəkilməsi ilə bağlı verdiyi suala cavab verib.

Ali Baş Komandan bildirib ki, ilk dəfə Şuşaya gedəndə Bakıdan səhər çıxıblar:

“Bu, bilirsiniz, elə öz-özünə yarandı, təbii yarandı. Biz bunu planlaşdırmırdıq. Çünki o zaman yol çox uzaq idi. Biz Füzulidən Şuşaya Zəfər yolu ilə təqribən 3 saata getmişdik, özü də yollar qarlı idi, buz bağlamışdı. Ona görə səhər erkən çıxmışdıq, hələ qaranlıq idi və hava işıqlandıqca çox gözəl mənzərə yarandı. Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı və məni də çəkdi. Mən də dedim ki, yolumuz Şuşayadır və bundan başladı. Ondan əvvəl təbii ki, Ağdam və digər rayonlar da var idi. Bu, xüsusi bir təşəbbüsdür. Çünki adətən mənim səfərlərimi rəsmi heyət işıqlandırır. Adətən orada çox rəsmi görüşlər, çıxışlar, mərasimlər və sair olur. Bu isə yeni bir yanaşma idi və bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Bizim də xoşumuza gəldi.