Sizin Reklam Burada

Rəfail Becanov: “Rusiya sülhməramlılara separatçılıq təcrübəsi olanları komandan təyin edir”

Rəfail Becanov: “Rusiya sülhməramlılara separatçılıq təcrübəsi olanları komandan təyin edir”“Azərbaycan ərazisi olan Xankəndində yerləşən Rusiya sülhməramlıları özünü Ermənistan Müdafiə Nazirliyinin altqurumu kimi aparır. Gah humanitar aksiya təşkil edirlər, gah erməniləri kontingentin yerləşdiyi ərazilərdəki kilsələrə daşıyırlar”.

Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, səlahiyyətlərindən kənar fəaliyyətlər onların təkcə ermənilərə xüsusi simpatiya ilə yanaşması təəssüratını yaratmır, həm də gizli məqsədlərindən xəbər verir:

“Bizim cəmiyyətdə sülhməramlıların fəaliyyətinə, davranışına və onların ədalətli olmasına onsuz da inam azdır. Fəaliyyətləri ilə isə o azacıq inamımızı da yerləyeksan edirlər. Təəssüf ki, belə əməlləri tez-tez təkrar olunur.

Növbəti dəfə də belə bir fəaliyyət sərgilədilər. Sülhmərmalıların yeni təyin olunan komandanı general-leytenant Gennadi Anaşkin da ilk səfərini Ermənistana etdi və müdafiə naziri Arşak Karapetyanla görüşdü. Bundan əvvəl isə Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovu iki həftəlik əvəz edən Kosobokov da Anaşkin kimi birinci səfərini İrəvana etmişdi.

Niyə sülhməramlıların komandanı birinci Ermənistana getməlidir ki?

Sülhməramlı kontingent Azərbaycan ərazisində yerləşdiyinə görə yeni komandan ən azı tanışlıq və etiket xatirinə birinci Bakıya gəlməliydi. Onlar fəaliyyətlərini Azərbaycan ərazisində həyata keçirirlər. Deməli, birinci Bakıya gəlmək və fəaliyyətləri ilə bağlı rəsmi məlumat verəndən sonra vəzifələrinin icrasına başlamalıdırlar. Lakin Anaşkin də sələfi kimi bunu etmədi. Bu addımı ən yumşaq şəkildə sayğısızlıq adlandırmaq olar.

Digər maraqlı məqam isə Rusiyanın sülhməramlılara təyin etdiyi komandanların kimliyi ilə bağlıdır. Rusiya sülhməramlılara ancaq separatçılıq təcrübəsi olanları komandan təyin edir. Muradovu əvəz edən Kosobokov Abxaziyada xidmət edirdi. Yeni komandan Gennadi Anaşkinin belə bir təcrübəsi var. O, əvvəllər Cənubi Osetiyada xidmət edib. Yəni separatçılığa dəstək verib və Gürcüstan ərazilərinin işğalında iştirak edib.

Rusiyanın bu addımı çox düşündürücüdür...”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər