Sizin Reklam Burada

"İranı başa salmalıyıq ki..."

"İranı başa salmalıyıq ki..."Rəfail Becanov

İrandan Ermənistana, oradan da Azərbaycana, yəni Xankəndinə Azərbaycandan icazə alınmadan humanitar yardım adı altında yük maşınlarının hərəkəti Azərbaycanda haqlı etiraz doğurur.

İranın bu şəkildə davranması Azərbaycanın suverenliyinə, onun müstəqilliyinə, sərhədlərinin toxunulmazlığına müdaxilə cəhdi kimi qiymətləndirilməlidir.

İran höküməti buna görə məsuliyyət daşıyır və cavab verməlidir. Azərbaycan ordusu haqlı olaraq indi həmin yolda nəzarəti tam bərpa edib və bütün gəlib gedənləri yoxlayır. Biz bilmirik ki, İran humanitar yardım adı altında o maşınlarda, orada yaşayan ermənilərə nə göndərir. Bəlkə də humanitar yardım adı altında oraya silah-sursat göndərilir? Bu, ciddi araşdırılmalıdır. Azərbaycanın müvafiq qurumları bununla bağlı ciddi ölçü götürməli və İrana nota verilməlidir.

İranı başa salmalıyıq ki, Azərbaycanın suverenliyinə və müstəqilliyinə, sərhədlərinin toxunulmazlığına, ərazi bütövlüyünə qarşı separatçı mövqeyindən imtina etsin.
44 günlük müharibə zamanı da İran tərəfindən təxribatların ardı-arası kəsilməyib. Sosial şəbəkələrdə, mediada İrandan Ermənistana silah-sursat daşınması ilə bğlı müxtəlif informasiyalar, videolar yayılırdı. Bu onu göstərir ki, İran müsəlman dövləti olmasına baxmayaraq, Azərbaycana yox, Ermənistana bir simpatiyası, sevgisi olub və özünün müsəlman, məzhəb qardaşları ilə deyil, Ermənistanla müttəfiq olub.

İranın Ermənistanla olan müttəfiqliyi bizim torpaqlarımız işğal altında olanda da bilinirdi. 30 illik işğal zamanı Ermənistan Azərbaycan torpaqlarını işğal edib, onun dini dəyərlərini tapdalayanda, məscidlərimiz dağıdılanda, o məscidlərdə donuz saxlanılanda özünü islam dövləti adlandıran İrandn heç zaman təpki və ya etiraz eşidilmədi. Bu, İranın Azərbaycana olan münasibətinin nəticəsi idi.

44 günlük müharibədə biz torpaqlarımızı azad, sərhədlərimizə nəzarəti bərpa etdik. 44 günlük müharibədə təkcə Ermənistan deyil, sanki İran da məğlub olub. Ona görə bu qədər təlaşlıdır və Azərbaycanın suveren hüquqlarına müdaxilə etməklə beynəlxalq hüququ pozur.

Azərbaycan sərhədlərini keçən və dövlətin icazəsi olmadan onun ərazisində, yollarında hərəkət edən maşınların hərəkəti dayandırılmalı, maşınlar, yüklər müsadirə olunmalı, sürücülərə cinayət işi açılmalı və onlar həbs edilməlidir. Əgər bu hal təkrarlanarsa, onda o maşınlar dərhal vurulmalıdır ki, bu, başqalarına da dərs olsun. Hər kəs bilsin ki, Azərbaycan torpaqlarını, sərhədləri pozmaq, Azərbaycan ərazilərində icazəsiz və qanunsuz hərəkət edən bütün subyektlər bu şəkildə məhv ediləcək.

İran hakimiyyəti bu əməlləri ilə bağlı ciddi düşünməli və ölçü götürməlidir. Nəzərə almalıdır ki, Azərbaycanın, eyni zamanda azərbaycanlıların səbrini daşdırmaq olmaz. Ona görə ki, İranda 40 milyon azərbaycanlı yaşayır və onların səbri daşanda İranın bu günki siyasətinə bir dəfəlik nöqtə qoyulacaq və İranın bu günki hakimiyyəti, indiki rejimi hakimiyyətdən birdəfəlik tarixin arxivinə gedəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər